KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Bir daha Xudafərin körpüsü və Dağlıq Qarabağa İrandan yanacaq daşınması haqda

Bir daha Xudafərin körpüsü və Dağlıq Qarabağa İrandan yanacaq daşınması haqda

Gülnara İnanç Gülnara İnanç - - 10 dk okuma süresi
336 0

Aprel ayında virus epidemiyası haqda informasiya axınında İran-Azərbaycan münasibətlərində gərginlik yaradan iki məlumat yayıldı: İrandan Dağlıq Qarabağa yanacaq daşınması və “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının inşasının Tehran hökumətinin işğal altında olan Azərbaycan torpaqları ilə kommunikasiya yaratmaq cəhdləri. Bu iki məsələyə bizim baxış bucağımızı təqdim edirik.
Əvvəla, ikinci iddaları Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov təkzib edərək “Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı il tarixində imzalandığını bildirib.
Azərbaycan cəmiyyəti üçün həssas olan körpülərin və suqovşağının inşasının İranın Dağlıq Qarabağla əlaqələr qurmasına gəlincə isə X.Xələfov bunları deyib: “Sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. Bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”.1.
Bu məsələnin bilərəkdən, yaxud naşılıqdan gündəmə gətirildiyi məlum deyil, amma növbəti dəfə İran və Dağlıq Qarabaq məsələsində Azərbaycanın ictimai fikrinin öyrənildiyi aşkardır.
Sovet İttifaqının dağılması nəticəsində Azərbaycanın ikinci dəfə müstəqil dövlət qurmasından sonra İranla münasibətlərdə zamanla gərginlik, sürtünmələr, yumşalmalar, sərtləşmələr bir-birini əvəz edib. Son illərdə Tehran rəsmi Bakı ilə münasibətlərin yumşalma mərhələsindən qarşılıqlı etimaq mərhələsinə keçməsinə çalışır. Ara-sıra İran mətbuatı və siyasətçiləri tərəfindən Azərbaycana qarşı neqativ fikirlər səsləndiyi zaman isə diplomatlar adətən təxminən belə deyir: “Hər iki ölkədə münasibətlərimizə xələl gətirən hallar olur, amma bu, iki dövlət arasındakı münasibətlərə təsir etmir.”
Tarixi ənənələrinə əsaslanan İran dövləti şərq dövlətçilik prinsipləri ilə yaşamaqdadır. Dövlətin xarici siyasəti isə İslamın yayılması (konservatorlar) və dünyəvi diplomatik tələblər (reformatorlar) üzərində qurulur. Birinci yanaşma daşıyıcıları dini prinsipləri önə çəkərək ölkələrimiz arasında münasibətləri İslam prizmasından keçirirlər. Bu amili isə bu günkü İranla əməkdaşlıq zamanı nəzərə alınmamaq mümkün deyil. İkinci istiqamət üzrə çalışanlar isə başda dövlətlər arasında etimad və səmimi münasibətlərin yaradılmasına çalışır və din amilini ikinci plana çəkirlər. Məhz ikinci yanaşma nəticəsində Azərbaycanla münasibətlərdə istiləşmə nəzərə çarpır, bir çox ikitərəfli maraqlara xidmət edən sazişlər imzalanıb və razılaşmalar əldə olunub. X.Xələfovun yuxarıda qeyd etdiyimiz bəyanatındakı “…inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir” ifadəsində də qonşularımıza etimadın şübhələrdən daha irəlidə olduğunun göstəricisidir.2.
Reformatorlar rəsmi Bakı ilə əlaqələrdə etimadın və etibarın yaranması və güclənməsini dəstəkləyir və dövlət maraqları çərçivəsində Azərbaycanda siyasiləşmiş dini strukturları ilə məsafə saxlayır, onların siyasi proseslərə qatılmasını istəmir.
İrandakı son parlament seçkilərində konservatorların qələbəsindən sonra Tehranın xarici siyasətinin sərtləşəcəyi gözlənilir. Məsələn , İran parlamenti hələ də Xəzərin statusu barədə anlaşmanı ratifikasiya etməyib və konservatorların böyük əksəriyyət təşkil etdiyi yeni Məclisdə sənədin rədd ediləcəyi, ən yaxşı halda təxirə salınacağını demək olar. Bu isə, Azərbaycanın da dəstəklədiyi transxəzər layihələrinin reallaşmasına maneədir. Hətta hökumət və parlamentdə reformatorların üstünlük təşkil etdiyi dövrlərdə belə Azərbaycan cəmiyyətinin İrana etimadını artıracaq rəsmi bəyanatların verilməsinə belə konservatorlar maneələr yaradıblar.
Əgər konservatorlar üçün İranın sərt imicinin formalaşması çalışırlarsa, reformatorlar əksinə Tehranın çevik siyasətçi olduğunu nümayiş etdirilər.
İkinci diqqət tələb edən məlumat isə ermənilər tərəfindən yayılan videoda İrandan işğal altında olan Dağlıq Qarabağa yanacaq daşınmasıdır. İranın Azərbaycandakı səfirliyi yayılan xəbəri yalanlaraq və bunun Ermənistanın təxribatı olduğunu bildirib.
Videonu analiz edərkən yanacaq daşıyan maşınların bir qismində ümumiyyətlə dövlət nişanının olmaması müşahidə olunur. Videoda hərəkət edən avtomobillərdə isə əsasən Ermənistanın iki regionunun dövlət nişanı görünür 35 (Qeqarkunik) və 36 (Lori). Lori mərzi Gürcüstanla sərhəddir, Qeqarkunik isə Azərbaycanla, o cümlədən işğal altında olan Dağlıq Qarabağla. Ermənistan Dağlıq Qarabağda avtomobillər üçün 22 və 90 indeksini qəbul etsə də, işğal altnda olan torpaqlarımızda istənilən indeks istifadə olunur. Yəni, əgər avtomobillər sözügedən regionlardandırlarsa, bu regionlar işğal olunçuş ərazilərə ya yaxındır (Lori), ya da birbaşa təmasdadır. Yaxud da bu dövlət nişanları Dağlıq Qarabağ avtomobillərinə məxsusdur.
İranın xarici işlər nazirinin müavini Abbas Araqçı ölkəsindən işğal altında olan Dağlıq Qarabağa yük daşınması haqda məlumatları təkzib edib. Qeyd edək ki, Azərbaycanda da hökumətə yaxın bəzi siyasətçilər hər iki məlumatın yayılmasının məqsədyönlü oduğunu və düşmənçilik məqsədi daşıdığını bildiriblər.
Lakin nəzarətdə olmayan ərazilərdə, o cümlədən münaqişəli və işğal altında olan bölgələrdə narkotik, silah, yanacaq ticarətin yayılması artıq məlum bir faktdır.

Rəsmi məlumatlara görə, 2019-cu ilin 8 ayı ərzində İran sərhəddində 2018-ci illə müqayisədə 35% daha çox qaçaq yanacaq tutulub. Həmin dövrdə 62 t. narkotik tutulub ki, bu isə əvvəlki ilə nisbətən 59% artıqdır. 4.
2019-cu ilin yazında ABŞ-ın İranın yanacaq satışına qoyduğu növbəti sanksiyalarından sonra İrandan neftin qaçaqmalının dövriyyəsinin artacağını bildirmişdik: “Dünya bazarında neft bahalaşır. Rəsmi neft satışından əlavə qara bazar da güclənəcək. Bu isə daha da təhlükəlidir. Çünki müxtəlif terror təşkilatları İran neftini qeyri-leqal yollarla alıb satacaq. Bu sanksiyalarla əslində ABŞ neftin qanunsuz satışına rəvac verdi.5.
Ötən ilin iyul ayının əvvəlində İran parlamentində qaçaq neftin ucuz qiymətə qonşu ölkələrə satılması haqda skandal qalxmışdı. O zamankı məclisin enerji komitısinin sıdri Əli Ədyani son aylar İrandan sərhədyanı ölkələrə qaçaq yanacaq satışının gündə 10-15 mln. litr təşkil etdiyini bildirmişdi. müxtəlif deputatlar qaçaq yanacağın satışının gündə 11.8 mln. litrdən 22 mln. litrə qədər təşkil etdiyini bildiriblər.
Rəsmi qurumlar qaçaq yanacağın ölkədən şıxardılaraq satıldığını inkar etmirlər. Qaçaq yanacağın satış bazarı siyahısında Azərbaycan, Türkiyə, Ermənistan , Pakistan və İraq göstərilsə də, işğal altında olan torpaqlarımız, o cümlədən Dağlıq Qarabağın da bura daxil olduğunu demək olar. Məlumdur ki, Dağlıq Qarabağ və işğal olunmuş rayonlarımızda (və dünyadakı bu kimi bölgələrin hamısında) kriminal elementlərin hərəkəti nəzarətdə deyil. Təbii ki, diplomatik qurumlar yanacaq qaçaqmalını dillərinə gətirə bilmirlər və bu səbəbdən bir çox sualların cavabı açıq qalır.

Mənbələr:
1.https://ovqat.com/manset/39283-xlf-xlfovdan-rann-iddiasna-cavab-korpulr-azrbaycan-respublikasnn-razi-butovluyu-crcivsind-tikilib.html
2. https://ovqat.com/manset/39283-xlf-xlfovdan-rann-iddiasna-cavab-korpulr-azrbaycan-respublikasnn-razi-butovluyu-crcivsind-tikilib.html
3. https://ru.irna.ir/news/83604402/%D0%9E%D0%B1%D1%8A%D0%B5%D0%BC%D1%8B-%D0%B8%D0%B7%D1%8A%D1%8F%D1%82%D1%8B%D1%85-%D0%B2-%D1%82%D0%B0%D0%BC%D0%BE%D0%B6%D0%B5%D0%BD%D0%BD%D1%8B%D1%85-%D0%BF%D1%83%D0%BD%D0%BA%D1%82%D0%B0%D1%85-%D0%98%D1%80%D0%B0%D0%BD%D0%B0-%D0%BD%D0%B0%D1%80%D0%BA%D0%BE%D1%82%D0%B8%D0%BA%D0%BE%D0%B2-%D0%B2%D1%8B%D1%80%D0%BE%D1%81%D0%BB%D0%B8
4. https://rossaprimavera.ru/news/d5f7a782
5. https://az.sputniknews.ru/radio/20190513/420351442/Politolog-sanktsii-usa-Iran-neft.html

Gülnara İnanc, “Etnoqlobus” onlayn analitik mərkəzinin direktoru, ekspert

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir