Alman uzman: Türkiye ekonomisinin çökmesi Almanya’nın da zararına olacaktır

Rus uzman: DTÖ neden ABD’nin Türkiye’ye yönelik yaptırımlarına sesini çıkarmıyor?

Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Beyinlərdə və açıqlamalarda pozulan atəşkəs

Azerbaycan, Ermenistan, Rusya 24 Ocak 2017
483

Rusiyanın Gürcüstanı və Ukraynanı parçalaması Azərbaycanda da müəyyən qədər bu dövlətə qarşı qorxu sindorumu yaradıb. Ancaq rəsmi Bakı Kiyev və Tiflisdən fərqli olaraq Moskvaya bəhanə verməyib, Azərbaycan nə NATO-ya üzv olmaq istəyir, nə də Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb. Halbuki, hər ikisi Azərbaycanın daxili məsələsidir. Rusiyadan qorxduqca və ya çəkindikcə bu dövlət daha çox Azərbaycanın üzərinə gələcək.

Rusiyadan ehtiyatlanmanın nəticəsidir ki, mətbuat konfransında bu ölkənin xarici işlər işlər naziri Sergey Lavrova verdiyi sərt suala görə azərbaycanlı jurnalist işdən çıxarıldı. Lavrov suala cavabında Dağlıq Qarabağın Azərbaycanın daxili işi olmadığını bildirdi və bu cavab Azərbaycanda böyük narazılıqla qarşılandı. Lavrova cavab olaraq həmin gün xarici işlər naziri Elmar Məmmədyarov dedi ki, “Rusiya məsələyə tam ciddiyətlə yanaşacağı təqdirdə, işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılması təmin olunacaq”. Ancaq bu prinsipial mövqenin səsləndiyi gündən 3 gün keçdikdən sonra Azərbaycan XİN-in yaydığı bəyanatda Rusiya sözü çıxarıldı və cümlə “Rusiyasız” belə yazıldı: “Nazir Elmar Məmmədyarov vurğulayıb ki, həmsədr ölkələrin (halbuki bu yerdə Rusiya olmalı idi) məsələyə tam ciddiyətlə yanaşacaqları təqdirdə, işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılması təmin olunacaq”.

Keçmiş prezident Heydər Əliyev dövründə Azərbaycan hakimiyyəti indiki kimi Rusiyadan ehtiyat etmirdi. Məsələn, mərhum dövlət başçısı 1999-cu ilin martın 29-da Moskvanın keçmiş meri Yuri Lujkovu Bakıda qəbul edərkən Rusiyanın Ermənistanı silahlandırmasıyla bağlı etirazını bu şəkildə bildirirdi: “Başa düşmürəm, Rusiyanın silahları bu qədər çoxdur ki, istədiyi ölkəyə paylayır? Bu siyasət düzgün deyil”. Bu görüşdən iki gün əvvəl isə keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov Heydər Əliyevin iştirak etdiyi Azərbaycanın xüsusi xidmət orqanlarının yaradılmasının 80 illiyi ilə bağlı keçirilən mərasimdə bunları deyirdi: “Rusiya Azərbaycana qarşı yalnız iqtisadi və siyasi sanksiyalar həyata keçirmir, həm də təxribat kəşfiyyat işləri aparır. Rusiya ərazisində Azərbaycanda terror aktları, təxribatlar törətmək tapşırığı alan şəxslərə xüsusi hazırlıq keçirilib”. Həmin dövrdə Rusiya kəşfiyyatına indiki prezident Vladimir Putin başçılıq edirdi.

Buna baxmayaraq Azərbaycanın indiki hakimiyyəti içərisində hamının Rusiyadan çəkindiyini söyləmək də mümkün deyil. Hakimiyyət içində Rusiyanın siyastinə münasibətdə iki qrupun var olduğunu sezmək mümkündür. Birinci qrup Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı jurnalistə qarşı cinayət işi açdı və Belarusdan həmin şəxsin ekstradisiyasını tələb etdi. Bu vaxt hakimiyyətdəki ikinci qrup isə azərbaycanlı jurnalisti Rusiyanın xarici işlər nazirinə Qarabağla bağlı sərt sual verdiyinə görə işdən çıxartdı. Birinci qrup Dağlıq Qarabağa qeyri-qanuni səfər edən edən Rusiya vətəndaşını ona görə cəzalandırdı ki, bu başqalarına dərs olsun və daha Qarabağa getməklə Azərbaycan qanunlarını pozmasınlar və bu mənada Moskva Bakını zəif bilməsin. İkinci qrup isə tam tərsinə azərbaycanlı jurnalisti cəzalandırmaqla öz vətəndaşına “dərs” verdi ki, rusiyalı rəsmiləri narahat etmək olmaz və bununla Moskvadan qorxduğumuzu ortaya qoydular.

Ermənistan prezidenti Serj Sərkisyan yanvarın 20-də aprel ayında 4 günlük savaşda iştirak edən və tərxis olunan hərbçilərlə çay süfrəsi arxasında görüşdü. Sərkisyanın görüşdəki çıxışının və verdiyi cavabların əsas tezirləri bunlar idi:

1) Dağlıq Qarabağın statusu müəyyənləşmədən ətraf torpaqların boşaldılmasından söhbət belə gedə bilməz;

2) Ermənistan münaqişənin həllinə bugünkü qədər yaxın olmayıb və beynəxalq vasitəçilər İrəvanın mövqeyini dəstəkləyir;

3) Madrid prinsipləri statusun müəyyənləşməsini diqtə edir;

4) İrəvan silah almaqda Bakı ilə ayaqlaşa bilməsə də, Ermənistanın müdafiə xarakterli kifayət qədər silahı var.

Sərkisyanın bu tezisləri sübut edir ki, Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlar prosesi İrəvanı qane edir və Ermənistan hakimiyyəti bu yolla status-kvonu mümkün qədər uzatmağa çalışır. Sərkisyan hərbçilər qarşısında çıxışında və verdiyi cavablarda Rusiyanın adını çəkmədi. Halbuki, Rusiyanın Ermənistana pulsuz verdiyi silahlar olmasa, İrəvan müdafiəsini gücləndirə bilməz. Əslində Sərkisyanın sadaladığı bütün tezislərin arxasında Kremlin dəstəyi və xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında vurğuladığı məqamlar dayanır.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak etdi. İlham Əliyev hərbçilər qarşısında çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Ermənistan prezidenti Serj Sərkisyanın adını çəkmədən hər ikisinin cavabını verdi.

“Erməni işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan BMT qətnamələrini kimsə unudubsa, biz bunu yada sala bilərik. Ermənistan bu qətnamələrə məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir” – prezidentin bu açıqlaması Lavrova mesaj idi. Lavrov bu qətnamələri unuda bilməz, çünki uzun illər Rusiyanın BMT-dəki nümayəndəsi olub. İlham Əliyevin hərbçilər qarşısında çıxışı zamanı dediyi “Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir” cümləsi də Rusiyaya aiddir. Ermənistanın hansı dövlətdən asılı olduğunu hamı bilir.

Prezidentin “Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin, bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm də bütün dünya belə qəbul edir” fikri isə bir daha Serj Sərkisyana xəbərdarlıqdır.

Bu mənada xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfərindən real nəticə gözlməyə dəyməz. Sadəcə, Lavrov bir neçə gün əvvəl erməni həmkarı Edvard Nalbandyanı Moskvaya dəvət etmişdi, “balans” pozulmasın deyə indi də azərbaycanlı həmkarını fikir mübadiləsi üçün çağırıb. Lavrov münaqişənin həllinə baxışını məlum mətbuat konfransında bildirib və bu “həll” Azərbaycanın maraqlarına cavab vermir. Lavrovun mövqeyində bir neçə günün içində dəyişiklik gözləmək yersizdir. Ona görə də Lavrov həmkarları ilə görüşdə onlara atəşkəsə riayət etməyə çağıracaq. Bu da Azərbaycanın maraqlarına ziddir. İşğalçı daima təzyiq altında saxlanılmalıdır. Münaqişənin həlli prosesi başlamadan atəşkəsin uzanmasına verilən dəstək rəsmi İrəvanın maraqlarına xidmət edir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar