KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycana milli demokratik dövlət niyə lazımdir?

Azərbaycana milli demokratik dövlət niyə lazımdir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
349 0

Müasir dövrdəki inkişaf dövlətin özünün ən mühüm imkanlarından biri olan ictimaiyyəti bilgiləndirmə və rəy yaratma mövzusunda ciddi dəyişiklik meydana gətirib. Əgər əvvəllər bu sahədə əsas üstünlük yerli dövlətdə idi isə, indi prosesdə çox daha geniş imkanlara malik böyük xarici dövlətlər daha fəal iştirak edirlər. Üstəlik prosesde artıq radikal yönümlü dövlət xarici təşkilatlar və buna əlavə olaraq fərdlər də çox fəal iştirak edirlər. Belə bir şəraitdə dövlətin öz cəmiyyətini xüsusilə zərərli və geri qalmış radikal tendensiyalardan qorumasını iki yolu var: 1) Həqiqəti olduğu kimi demək 2) Problemləri cəmiyyəti doğru şəkildə səfərbər edərək həll etməkdir.

Günümüz şərtlərində bunu etmənin ən doğru və ən sınanmış yolu milli demokratik dövlət qurmaqdır. Milli demokratik dövlət olmanın ən mühüm sərtlərindən birincisi normal demokratık seçki keçirmək, ən azından o istiqamətdə ciddi irəliləyiş etdiyini real faktlarla göstərməkdir.

Bunsuz güclü dövlət qurmaga çalışmaq riyaziyyat muəliminə cərrahi əməliyyat etdirmək qədər absurd, dəstəmazsız və təyəmmümsüz namaz qılmaq qədər keçersizdir!

Əksi halda millətimiz öz insani və milli maraqlarını bir kənara qoyub onun bunun ideyaları və problemləri ətrafında bir birinin boğazını sıxmağa davam edəcək.
Dr Nazım Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir