KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycan Türkiyə və İran vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırmalıdır

Azərbaycan Türkiyə və İran vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
24 0

Rusiya XİN-nin xüsusi nümayəndəsi Mariya Zaxarova və prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov heç bir sualı cavabsız qoymurlar. Xoşlarına gəlməyən və Kremlin siyasətini zidd sualları da cavablandırırlar. Onların cavablarını bəyənib-bəyənməmək başqa məsələdir, ancaq əsas odur ki, gündə danışırlar, ictimaiyyəti daima məlumatlandırır və bununla şayiələrin qarşısını almağa çalışırlar. Bizim yazılı və elektron mediası hər gün onların dilindən çıxan açıqlamaları xəbər başlıqlarına çıxarır, hətta mənə telefon açaraq rusiyalı mətbuat katiblərinin sözlərinə reaksiya verməyimi istəyirlər.

Bizdə isə parlamentin sədri millət vəkilinə xəbərdarlıq edərək deyir ki, mövzu üzrə danışmasan mikrofonunu kəsəcəm. Millət vəkilinin biri deyib ki, Azərbaycana loyal münasibət bəsləyən ermənilərlə işləmək lazımdır, digəri isə bildirib ki, Azərbaycan Türkiyə və İran vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırmalıdır. İndi bu mövzular parlamentdə, elektron KİV-də müzakirə edilmək əvəzinə ya okeanın o tayındakı prezident seçkisi, ya da Suriyadakı müharibənin gedişatı müzakirə olunur. Azərbaycan gündəmini müzakirə edəcək məkan daralır. Monoloqla uzağa getmək olmaz, televizorun pultunu Rusiya kanallarına çevirənlərin sayı çoxaldıqca informasiya təhlükəsizliyimizin necə böyük zərbələr aldığını anlamaq çətin deyil. Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.