KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. AZƏRBAYCAN ALİMİ QAFQAZ BİRLİYİ İDEYASINDAN BƏHS EDİB

AZƏRBAYCAN ALİMİ QAFQAZ BİRLİYİ İDEYASINDAN BƏHS EDİB

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
393 0

Faiq Ələkbərov: “Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı etdikləri soyqırımlara görə rəsmi şəkildə üzr istəməlidir”

21-22 oktyabr 2016-ci il tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində Tiflis Dövlət Universtetinin Sosial və siyasi elmlər fakülətəsiylə “The Institute for Georgia’s Neighborhood Studies”in (İGNS) təşkilatçılığıyla “Qafqaz Ətrafında Siyasət” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib. Gürcüstan, Türkiyə, Polşa, Ermənistan və başqa ölkələrin onlarla alimlərinin, tədqiqatçılarının qatıldığı beynəlxalq elmi konfransda Azərbaycanı AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu) təmsil edib.

F.Ələkbərov bildirib ki, beynəlxalq elmi konfransı TDU-nin professoru, İGNS-in direktoru Revaz Gachechiladze açaraq onun Qafqaz xalqlarının həyatında oynaya biləcəyi müsbət təsirindən bəhs edib. Gürcüstan aliminin fikrincə, Qafqaz ətrafındakı siyasi məsələləri elmi şəkildə, danışıqlar masası ətrafında həll etmək vacibdir. Daha sonra Sosial və siyasi elmlər fakülətəsinin dekanı, dosent Tamara Dolbia söz alaraq konfrans iştirakçılarına öz işində uğurlar diləmişdir.

Azərbaycan alimi Faiq Ələkbərov isə beynəlxalq elmi konfransda “Qafqaz birliyi ideyasına tarixi-fəlsəfi baxış: reallıqlar və utopiya” mövzusunda çıxış edib. F.Ələkbərov bildirib ki, Şimali Azərbaycan türkləri müstəqil dövlətin, yəni Qacarların bir hissəsindən qoparlaraq, gürcülər yarımmüstəqil şəklində çar Rusiyasının işğalçılığına məruz qaldıqları halda, ermənilər-haylar ya da “gəlmə” ermənilər isə heç bir statusu olmadan çar Rusiyasının təbəəliyinə keçiblər. Çar Rusiyası yalnız işğal etdiyi Cənubi Qafqazın bir hissəsində, yəni müsəlman-türk torpaqları İrəvan və Naxçıvanın ərazisində “gəlmə” ermənilərin hesabına qondarma “Erməni vilayəti” yaradıb ki, onun da ömürü uzun olmamışdır.

Azərbaycanlı alim məruzəsində onu da qeyd edib ki, XX əsrdə Qafqaz birliyi ya da qafqazçılıq ideyasının gerçəkləşməsi iki dəfə baş vermişdi. Ancaq onlardan biri könüllük şəkildə baş vermişdirsə, ikinci halda Sovet Rusiyasının istəyilə baş tutmuşdur: “Qafqaz xalqlarının vahid dövlət ətrafında birləşməsi ilk dəfə çar Rusiyasının faktiki olaraq süqutundan sonra üç xalqın təmsilçiliyilə Cənubi Qafqazın idarəçiliyi üçün, Tiflisdə ortaq bir dövlət qurumunun yaranmasıyla gerçəkləşmişdir. 1918-ci ilin fevralın əvvəllərində Tiflisdə, Cənubi Qafqazdan Ümumrusiya Müəssisələr Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziyanın ali hakimiyyəti orqanı olan Zaqafqaziya Seymi açıldı və bu bölgədə əsas güc mərkəzinə çevrildi. Ancaq daxili ziddiyyətlər Zaqafqaziya Federativ Demokratik Respublikasının dağılmasına səbəb oldu. Çox maraqlıdır ki, Sovetlər Birliyi ya da Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dövründə də Zaqafqaziya Federasiyası yaradılmışdı. Ancaq bu dəfəki birlik Sovet Rusiyasının diktəsi altında məcburi olaraq gerçəkləşdirilmişdir”. Faiq Ələkbərov daha sonra bildirib ki, Sovetlər Birliyi qurulduqdan sonra Şimali Azərbaycanı tərk edib mühacirət həyatı yaşayan mütəfəkkirlər arasında da ən geniş yayılmış ideyalardan biri Qafqazçılıq olub. Belə ki, həmin dövrdə Qafqazçılığın əsas ideoloqlarından olan Məhəmməd Əmin Rə­sul­zadə Azərbaycan xalqının artıq müstəqil Qafqaz Konfederasiyası siyasi birliyindən qıraqda qurtuluş olmadığını müdafiə edib. anlamışdı.

Azərbaycanlı alimi məruzəsinin sonunda onu da bildirib ki, Qafqaz birliyi ideyasının gerçəkləşməsinə əvvəllər olduğu kimi, hazırda da əsas əngəl olan Ermənistan və ermənilərdir. F.Ələkbərovun fikrincə, ermənilər Rusiyanın və digər xarici qüvvələrin təhrikiylə Azərbaycan xalqını tarixi düşmən obrazında görməkdən əl çəkərək Azərbaycan torpaqlarından işğalçı hərbi qüvvələrini dərhal geri çəkməlidirlər: “Ermənistan rəhbərliyi bu günə qədər super dövlətlərin, o cümlədən Rusiyanın oyununa gətirilərək azərbaycanlılara qarşı etdiklərinə görə, yəni 1918-ci il mart soyqırımı, 1992-ci il 26 fevral Xocalı soyqırımlarına görə rəsmi şəkildə üzr istəməlidir. Başqa sözlə, Qafqaz birliyi ideyasının gerçəkləşməsi üçün, ilk növbədə Ermənistan rəhbərliyi, Ermənistan millətçiləri Azərbaycana və Gürcüstana olan ərazi iddialarından, mədəniyyət abidələri iddialarından əl çəkməlidir. Əgər ermənilər bu iddialarına davam edəcəksə o zaman Azərbaycan və Gürcüstan xalqları da eyni iddiaları Ermənistana qarşı irəli sürəcəklər. Bu isə Qafqaz Birliyi ideyasının nəinkli gerçəkləşməsi ümidini, eyni zamanda ideyanın özünün birdəfəlik aradan qaldırılmasına səbəb olacaqdır”

Faiq Ələkbərov deyib ki, Ermənistan rəhbərliyinin və onun millətçi dairələrinin bu iddialardan əl çəkməsi üçün, ilk növbədə Rusiyanın və digər super dövlətlərin oyuncağı olmaqdan qurtulması da lazımdır: “Əks təqdirdə xarici qüvvələrin diktəsiylə oturub-duran bir dövlət müstəqil qərar verə bilməyəcək, bunun nəticəsi olaraq da qonşu dövlətlərlə nəinki hər hansı konfederativ dövlətdə birləşə biləcək, üstəlik daima düşmənçilik münasibəti içində olacaqdır. Bütün bunlarla yanaşı, hesab edirik ki, Qafqaz Konfederasiyasının gerçəkləşməsi üçün, ilk növbədə Azərbaycan və Gürcüstan bir araya gəlməlidir. Əgər Azərbaycan və Gürcüstan konfederativ dövlət olmaq uğrunda real addımlar atarsa, Ermənistan və Şimali Qafqaz respublikalarının buna cəlb olunması mümkündür. Bizcə, Gürcüstan və Azərbaycanın konfederativ dövlətdə bir araya gəlməsi Şimali Qafqaz xalqları üçün də bir stimul olacaqdır”.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir