Hasan Oktay: ABŞ təzyiqi ilə baş tutacaq Türkiyə-Ermənistan sülhü münasibətlərə zərər verəcək
Alison Hookerin Ermənistan səfəri və ABŞ rəsmilərinin regiondakı görüşləri son dövrlərdə Cənubi Qafqazda sülh proseslərinə diqqəti yenidən cəlb edib. Ermənistan-Türkiyə nizamlanması prosesi üzrə xüsusi nümayəndə, Milli Assambleyanın sədr müavini Ruben Rubinyan İrəvanda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşərək regional hadisələri və Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib. ABŞ səfirliyinin açıqlamasına görə, səfərin məqsədi ABŞ prezidentinin regional sülh və təhlükəsizliklə bağlı baxışını irəli sürməkdir. Bu səfərlər və açıqlamalar, üçtərəfli Türkiyə-Ermənistan-Azərbaycan sülh prosesinə kənar yeni istiqamətlərin müzakirəyə çıxdığını göstərir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay mövzu ilə bağlı Sherg.az-a açıqlamasında Türkiyə-Ermənistan-Azərbaycan sülhünə diqqət çəkib:
“Alison Hookerin Ermənistan səfəri regional sülh baxımından diqqətləri üzərinə çəkən səfər oldu. Bu səfər və görüşlə bağlı Rubin Rubenyannın etdiyi açıqlama yenidən diqqətləri bölgəyə yönəltdi. ABŞ rəsmisinin Türkiyə-Ermənistan sülh prosesini müzakirə etdiklərini açıqlaması prosesin Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhündən kənar yeni bir yola yönəldiyini göstərir. Bu da Ermənistan-Azərbaycan sülhünün qarşısında yeni bir əngəl yaradacaq. Biz, Kafkassam olaraq, üçtərəfli sülhü dəstəkləyirik”.
Siyasi analitik ABŞ təzyiqi ilə baş tutacaq Türkiyə-Ermənistan sülhünün, Azərbaycan-Türkiyə münasibətlərinə zərər verəcəyini söyləyib:
“ABŞ rəsmisi ilə Ermənistan rəsmilərinin görüşləri bölgəyə sülh və sabitlik gətirməyəcək, əksinə vəziyyəti daha da çıxılmaz edəcək”.
Banuçiçək Kalbalıyeva
https://sherg.az/cenubi-qafqaz/hasan-oktay-abs-tezyiqi-ile-bas-tutacaq-turkiye-ermenistan-sulhu-munasibetlere-zerer-verecek
Share this content:


Yorum gönder