KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elchin Halidbeyli: ABŞ və Böyük Britaniya eyni vaxtda Rusiya, Avropa Birliyi və Çini hədəfə alıb…

Elchin Halidbeyli: ABŞ və Böyük Britaniya eyni vaxtda Rusiya, Avropa Birliyi və Çini hədəfə alıb…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
342 0

ABŞ və Böyük Britaniya Ukrayna savaşını törətməklə, Kremlə qarşı sanksiyalarla yalnız Rusiyanı deyil, Avropa Birliyi və Çini də “hərbi-iqtisadi bataqlığa” salıb…

***

Ukrayna savaşı artıq Rusiyaya qarşı beynəlxalq koalissiyanın parçalana biləcəyi mərhələyə yaxınlaşmaqdadır. Hər halda, savaş uzandıqca, hesablamaları yanlış çıxanlar tədricən baş qaldırmağa və özlərini üzləşə biləcəkləri ziyandan yayındırmağa çalışırlar. Tam əminliklə iddia etmək olar ki, Almaniya, Fransa və İtaliya Kremlin belə çətin duruma düşəcəyini, eləcə də, Ukraynanın uzun müddət müqavimət göstərə biləcəyini gözləmirdilər. Bu ölkələr Rusiyanın Ukrayna üzərində qəti qələbəsində maraqlı olduqlarını gizlətməkdə çətinlik çəkirlər.

Ona görə də, indi artıq əsasən, ABŞ və Böyük Britaniyanın liderlik etdiyi bir qrup dövlət Ukraynanın qələbəsi üçün israrlı çəhdləri davam etdirirlər. Ona görə də, hazırda Ukrayna savaşının Qərbi Avropa ölkələri ilə anqlo-sakslar arasında kəskin rəqabətə çevrilmək üzrə olduğunu da düşünmək olar. Əgər, Rusiya qalib gələrsə, bu, yalnız ABŞ və Böyük Britaniyanın deyil, həm də bütövlükdə NATO-nun iflası demək olacaq. Bu halda, Qərbi Avropa ölkələrinin anqlo-saksları qitənin təhlükəsizlik sistemindən kənarlaşdırmağa və əvəzindəsə, Rusiyanın da yer ala biləcəyi yeni “hərbi müdafiə çətiri” qurmağa çalışacaqları qətiyyən şübhə doğurmur.

Təbii ki, ABŞ və Böyük Britaniya hadisələrin belə inkişaf təhlükəsi ilə barışa bilməz. Ona görə də, böyük ehtimalla savaş ilk növbədə Rusiya, ona paralel olaraq da, Avropa Birliyi iqtisadi cəhətdən çökənə qədər davam etdiriləcək. Çünki, bu, həm də Avropa Birliyinin əsas iqtisadi tərəfdaşlarından olan Çinin də zəifləməsinə və ardınca da çökməsinə yol aça bilər. Yəni, Ukrayna savaşı ABŞ və Böyük Britaniyaya eyni vaxtda Rusiya, Avropa Birliyi və Çini zəiflətmək şansı yaradır.

Belə ehtimal etmək olar ki, bundan sonrakı mərhələdə Rusiyaya qarşı sanksiyalar, həm də Avropa Birliyi və Çinin də əleyhinə çevrilmiş olacaq. Bu isə o deməkdir ki, ABŞ və Böyük Britaniya Ukrayna savaşını törətməklə, yalnız Rusiyanı deyil, həm də Avropa Birliyi və Çini də “hərbi-iqtisadi bataqlığa” salıb. Üstəlik, Ağ Ev və London Rusiyaya qarşı sanksiyaların tətbiqinə məcbur etdiyi Avropa Birliyini öz əleyhinə qərarların qəbuluna yönəldə bilib. Bu isə Rusiya kimi, buraxılan səhvlərdən gec nəticə çıxaran Avropa Birliyinin “könüllü intihara” məcbur edilməsi anlamı da daşıyır.

Elchin Halidbeyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir