KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Arastun Orujlu: Rusiyada nə baş verir?

Arastun Orujlu: Rusiyada nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
203 0

Rusiya hakimiyyətinin hərbi qanadının önəmli fiqurlarından biri və bəlkə də birincisi sayıla biləcək Geosiyasi Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov maraqlı çıxış edib.

Ölkəsinin ən intellektual hərbçisi sayılan general İvaşov Ukraynaya təcavüzü pisləyib (o, bunu əvvəllər də edib), bunun məqsədsiz olduğunu bildirib. Proqram çıxışı sayıla biləcək açıqlamasında leonid İvaşov bir çox məsələlərə də münasibət bildirib.

İvaşov Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etmək təkliflərini istər hərbi-taktiki, istərsə də siyasi-diplomatik baxımdan ciddi yanlışlıq olduğunu bildirərək bunun Rusiya dövlətinin sonuna gətirə biləcəyini deyib.

Leonid İvaşov müdafiə naziri Sergey Şoyqunu da aşağılayıcı ifadələrlə tənqid edərək, əsas diqqəti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına çəkib və NATO ilə münasibətlərə dair danışıqların aparılması zərurətini vurğulayıb.

Beləliklə, əvvəllər Kremllə hərbi qanadın arasında gedən siyasi mübarizənin indi artıq Rusiya ordusunun daxilinə keçdiyi görünür. Burdan da belə qənaətə gəlmək olur ki, dövlətə nəzarət artıq daha çox ordunun əlindədir.

Priqojin qiyamından sonra bir çox ekspertlər Putinin artıq nominal fiqura çevrildiyini iddia edirdilər. İvaşovun açıqlamasından isə təkcə Putinin deyil, bütövlükdə Rusiya hakimiyyətinin nominal olduğu görünür.

Xatırladım ki, ilk baxışdan loyal siyasətçi kimi görünən Leonid İvaşov da əslində qatı imperiya tərəfdarıdır. Bir o fərqlə ki, opponentlərindən və tərəfdaşlarından fərqli olaraq qat-qat ağıllı, dərin və özünü sivil göstərməyi bacaran. Bu isə daha təhlükəlidir.

Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir