KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: Azərbaycanla İran arasında son günlər yaşanan gərginlik

Arastun Orujlu: Azərbaycanla İran arasında son günlər yaşanan gərginlik

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
332 0

Azərbaycanla İran arasında son günlər yaşanan gərginlik səngiməyə doğru gedir. Səngiməyə, bitməyə yox, çünki iki ölkə arasında gərginlik üçün obyektiv səbəblərlə yanaşı bu, gərginliyin saxlanılmasında maraqlı olan çoxsaylı tərəflər də var.

Baş verənlərə dair dəyərləndirmələrin təbii ki, hamısını izləyə bilmədim, amma izlədiklərimin mütləq əksəriyyəti emosiyalarla, populizmlə və dezinformasiyalarla dolu yanaşmalar idi.

Təəssüf ki, belə dəyərləndirmələr də hadisələrə obyektiv qiymət verilməsini və ən başlıcası da insanların real və obyektiv məlumat ala bilməsini əngəlləyir.

Ümumiyyətlə, son dövrlər sanki cəmiyyəti emosiyalar və eyforiya ilə təmin etmək qaydaya çevrilib. Görünür, bu səbəbdən də ayıq, qərəzsiz və obyektiv analizlər təkcə etimadsızlıq və mübahisə deyil, bəzən hətta açıq aqressiya doğurur.

Görünən həm də budur ki, məhz belə atmosferin yaradılması siyasi konyunkturaya sərf edir. Birmənalı deyə bilərəm ki, xalq və dövlət olaraq bu, bizim ancaq ziyanımızadır.

Çünki belə yanaşma insanları reallıqdan uzaqlaşdırır, hadisələrin obyektiv dəyərləndiriməsindən kənarda qoyur. Son nəticədə isə emosiyalar dalğasında bizim marağımıza zidd olan addımların atılmasına şərait yaradır.

Bu gün imkan çərçivəsində iki ölkə arasındakı münasibətlərə dair öz subyektiv fikrimi bildirəcəyəm. Anlayıram ki, heç də hamının zövqünü oxşaya bilməyəcəyəm, amma etiraf edim ki, buna heç ehtiyac da duymuram.
Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir