KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ankara geosiyasi “derbisi”

Ankara geosiyasi “derbisi”

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
296 0


Türkiyə-Rusiya-Iran alyansı: bölgə və dünya üçün gözlənilən nəticələr haqda

Putin yeni prezidentlik dönəmində ilk xarici səfərini bu gün Türkiyəyə edir. Görüş zamanı Türkiyə ilə Rusiya arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi, Akkuyu AES, S-400 kompleksləri ilə bağlı müzakirələr gözlənilir. Lakin ən diqqətçəkən məsələ Rusiya-Türkiyə-İran prezidentlərinin görüşü və onun nəticələridir. Üçtərəfli görüş çox mürəkkəb beynəlxalq şəraitin olduğu dövrə təsadüf edir.

ABŞ və Avropadan yüzlərlə rus diplomatının çıxarıldığı, ABŞ-da Dövlət katibi və Milli təhlükəsizlik müşaviri vəzifələrinə Pompeo və Bolton kimi sərt xətt tərəfdarlarının təyin olunduğu və Rusiya, Türkiyə, İrana qarşı ciddi siyasətin yürüdüləcəyi, ABŞ-ı Suriyada Fransanın əvəz edəcəyi bir zamanda bu görüş baş tutur. Artıq Avropa və ABŞ ilə bu üç ölkə arasında Soyuq müharibə yelləri daha şiddətlə əsir. Onların hər üçünün Qərblə öz problemləri var: Rusiya və Qərb arasında diplomat böhranı, Krımın Rusiyada keçirilən prezident seçkilərinə qatılması səbəbindən Ukrayna böhranının dərinləşməsi, bu ilin yayında Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirakdan imtina olunması ki, eynilə 1980-ci il SSRİ-də keçirilən Olimpiadanın Qərb ölkələri tərəfindən boykot olunmasını xatırladır və s.

Türkiyənin Qərb ilə münasibətləri də məlum olduğu kimi Afrin əməliyyatından sonra daha da kəskinləşib. Artıq Fransa ABŞ-ı Suriyada əvəz etmək qərarını açıqlayıb. Bu məsələnin də üç ölkə prezidentinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir. İran isə Tramp Adminstrasiyasının nüvə razılaşmasının pozulması təhdidi ilə üzbəüz qalıb. Ötən ilin son günlərindən başlayan daxili iğtişaşlar onun daxili və xarici təhdidlərlə qarşılaşa biləcəyini göstərdi. Səudiyyə Ərəbistanı və İsrailin də ABŞ-la eyni mövqedən çıxış etməsi onun vəziyyətini mürəkkəbləşdirir. Tramp Adminstrasiyasının tamamilə mülayim xətt tərəfdarlarından təmizlənərək “şahinlər”, yaxud “qırğılar” qruplaşması ilə əvəz olunmasından sonra Rusiya, Türkiyə və İranla gərginliyin artması gözlənilən idi. Eyni zamanda, Britaniya, Fransa kimi ölkələrin də bu qarşıdurmaya qoşulması artıq Pentaqondakı elitanın Avroatlantik katolik həmrəyliyinə nail olduğunu və Avropanın katolik dövlətləri ilə türk- İran-slavyan ittifaqına qarşı siyasi ciddi birlik halında hərəkət etdiyini sübut etdi. Rusiya ABŞ və Avropadan fərqli olaraq Türkiyənin Afrinə daxil olmasına şərait yaratdı. Bütün olanlarda, vəziyyətin bu həddə çatmasında bütün məsuliyyətin ABŞ-ın üzərinə düşdüyünü bəyan etdi. İran da sözdə bəyanatlar versə də, faktiki olaraq Türkiyə əleyhinə hər hansı bir addım atmadı. Hətta Putinin Ərdoğanla Ədədi barışdırmaq üçün Ankaraya səfər etdiyi qeyd olunur. Rusiyaya qarşı diplomatların çıxarılması gərginliyinin arxasında məhz onun Afrin məsələsində Türkiyəni dəstəkləməsi, beləliklə də ABŞ və İsrailin “Daha Böyük Orta Şərq” layihəsinin iflasa uğraması əsas səbəb kimi göstərilir. Ümumiyyətlə, son dövrlər Rusiyaya və Türkiyəyə qarşı əsas təzyiqlərin səbəbi onların müttəfiqlik münasibətləri, eyni zamanda İrana göstərilən təzyiqlərə qarşı birgə olması göstərilir. Rusiya ABŞ və Avropadan fərqli olaraq Türkiyənin Afrinə daxil olmasına şərait yaratdı. Bütün olanlarda, vəziyyətin bu həddə çatmasında bütün məsuliyyətin ABŞ-ın üzərinə düşdüyünü bəyan etdi. İran da sözdə bəyanatlar versə də, faktiki olaraq Türkiyə əleyhinə hər hansı bir addım atmadı. Hətta Putinin Ərdoğanla Ədədi barışdırmaq üçün Ankaraya səfər etdiyi qeyd olunur. Rusiyaya qarşı diplomatların çıxarılması gərginliyinin arxasında məhz onun Afrin məsələsində Türkiyəni dəstəkləməsi, beləliklə də ABŞ və İsrailin “Daha Böyük Orta Şərq” layihəsinin iflasa uğraması əsas səbəb kimi göstərilir. Ümumiyyətlə, son dövrlər Rusiyaya və Türkiyəyə qarşı əsas təzyiqlərin səbəbi onların müttəfiqlik münasibətləri, eyni zamanda İrana göstərilən təzyiqlərə müqavimət göstərməsi başa düşülür.

Nəzakət Məmmədova kafkassam bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir