KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. AMERİKA ƏRDOĞANI SANKSİYA İLƏ HƏDƏLƏYİR

AMERİKA ƏRDOĞANI SANKSİYA İLƏ HƏDƏLƏYİR

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
295 0

Amerika prezidenti və viste-prezidenti indi də Türkiyəni və şəxsən Ərdoğanı təhdid edirlər, keçmiş müttəfiqini sanksiyalarla hədələyirlər. Vaşinqtona görə PKK və Gülən şəbəkəsi ilə əlaqəsi olan rahib Endryü Branson Türkiyə həbsxanasından ev həbsinə deyil, birbaşa azadlığa buraxılmalıydı. Ankara bəlkə də Bransonu bir az ev həbsində saxladıqdan sonra tamamilə sərbəst buraxardı, ancaq Vaşinqton məsələni qəlizləşdirdi. Ərdoğan prezident Donald Trampın və vitse-prezident Mayk Pensin hədəsindən sonra rahibi sərbəst buraxsa zəif duruma düşəcək. Xarizmatik Ərdoğan buna getməz. Əslində Ankara rahibi uzun müddət həbsdə saxlamaqla onu Pensilvaniyada yaşayan Fətullah Gülənlə dəyişmək istəyirdi. Alınmadı. Türkiyə Güləni istədikdə Amerikanın cavabı belə oldu: “məhkəmənin qərarına tabeyik”. İndi Amerika rahibi istədikdə Türkiyə də eyni sözü deyir: “məhkəmənin qərarına tabeyik”. Ancaq Amerika Türkiyə üçün məhkəmə hüququnu tanımır və tələb edir: “Rahibi buraxmalısan!”. Vaşinqton zor dilinə keçib, diplomatiyadan əsər-əlamət qalmayıb.

Hər halda Ankara bir yolla rahibi evinə göndərmək istəyərkən Vaşinqton işi korladı, bəlkə də qəsdən Ankara ilə münasibətlərin gərginləşməsinə getdilər. Çünki bir gün əvvəl Ərdoğan demişdi ki, Amerika istəyir deyə İrana qarşı sanksiyalara qoşulmayacaq, qonşu dövlətlə siyasi və iqtisadi təmaslarına davam edəcək. Üstəgəl bu gün Cənubi Afrika Respublikasında (bu ölkədə BRİKS ölkələrinin zirvə toplantısı keçirilir) rusiyalı həmkarı Vladimir Putinlə görüşən Ərdoğan böyük ehtimalla Amerikanı nəzərdə tutaraq belə bir ifadə işlətdi: “Bizim münasibətləri pozmaq istəyənlər var”. Amerika bugünkü siyasəti ilə bilərəkdən və ya bilməyərəkdən Türkiyəni daha çox Rusiyaya yaxınlaşdırır. Dərd (oxu: sanksiyalar) iki ölkəni bir-birinə yaxınlaşdırır.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir