KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Akshin Kerimov: Qalstyan geri çəkilir?

Akshin Kerimov: Qalstyan geri çəkilir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
112 0

Qalstyan geri çəkilir? – Bakı üçün kritik ssenari

Erməni kilsə hərəkatının müasir lokomotivi imicini yaratmaq istəyən keşiş Baqrat Qalstyanın Paşinyanı devirə biləcək resurs və bazaya malik olmadığı aydın görünməkdədir:

Bunu üç səbəblə izah etmək olar.

Birincisi, Nikol Paşinyan erməni cəmiyyətini Ermənistanı mümkün regional münaqişə perspektivi ilə artan qorxulara və narahatlıqlara öyrəşdirə bilib. Bunun üçün sülhün vacibliyini önə çəkən mövqelər Paşinyanın bəyanatlarında və bəzi addımlarında görünür.

Aydındır ki, Qalstanyan və digər revanşist qüvvələrin tezisləri, tərəfdarları Paşinyanın mövqeyi və elektoratı yanında çox sönükdür.

İkincisi, Paşinyan ölkə daxilindəki siyasi qüvvələrin daxili yerdəyişməsi perspektivini öz xeyrinə yönləndirə bilib və seçkilərdə qalib gəlib. Bunu onun həm kilsə, həm də diaspor üzərindəki cari şərait üçün nisbi qələbəsi kimi şərh oluna bilər.

Üçüncüsü, Paşinyan nə qədər Rusiyadan uzaqlaşıb Qərb sisteminin nüvəsinə çəkilmək istəsə də, Moskvanın İrəvan üzərindəki böyük təsirləri ucbatından istəyinə nail ola bilməyib. O, həmçinin Ermənistanı Rusiya ilə ABŞ arasındakı böyük sövdələşmə predmeti olmaq kimi klassik təcrübədən çıxarmağa da müyəssər olmayıb.

Bu məntiqlə Ermənistandakı kilsə mərkəzli etirazlar həm Rusiyaya, həm də Qərbə sərfəli variant görünürdü.

Hər ikisi bu etirazlardan Paşinyana qarşı cəza tədbiri kimi yararlanmaq niyyətində idi – məntiqləri fərqli olsa da.

Qeyd etdiyim üçüncü variantdan üç nəticə çıxarmaq olar:

– Paşinyan həm Qərbin, həm də Rusiyanın maraqlarını təmin edən uzlaşma metodologiyası tapıb və bunu tərəflərə çatdırıb. Əvəzində isə etirazlar, bu əmri verən mərkəzlər tərəfindən səngiyib.

– Paşinyan ümumiyyətlə seçici bazasına, elektoratına, mümkün seçkilərdəki qalibiyyət şanslarına güvənib hərəkət edir. Bu variantın həqiqilik nisbəti çoxdursa, onda Paşinyan, hətta mümkün təxribatları, iğtişaşları da gözə alır və belə qanlı proseslərin onu devirmək həddinə çatmayacğını düşünür.

– Ümumiyyətlə, Ermənistandakı kilsə provokasiyaları Paşinyanın layihəsidir və baş nazir özü bunu uğurla yönləndirir.

İndi üçün açılan mənzərə belə deməyə əsas verir ki, Paşinyan səbəblərdən asılı olmayaraq proseslərdən qalib çıxmaq əzmini göstərir.

Proseslərdə Azərbaycan üçün optimal ssenari Ermənistanda Paşinyanın öndərliyində siyasi sabitliyin qalmasıdır.

Düzdür, Ermənistanda hər hansı iqtidar dəyişikliyi olsa belə, bu, Azərbaycanın yaratdığı regional reallıqları dəyişmək gücündə olmayacaq, lakin sülh gündəliyinin axsamaması üçün məqbul variant Paşinyanın hakimiyyətdə qalmasıdır.
Akshin Kerimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir