Rəhimli Allahın adı, Rəhimli Aytənin qələmi ilə…
İran yeni bir seçim astanasındadır. Bu seçim rejimin sonu da ola bilər, güclənməsinə açılan qapı da. Son seçimlərdə adətən rejimə yaranmış inamsızlıq səbəbindən Güney Azərbaycan əhalisi proseslərə aktiv qoşulmur. Güney Azərbaycan öz namizədini sonuncu dəfə 2009-cu il prezident seçkiləri zamanı Mir Hüseyn Musəvinin simasında görüb. Ölkənin ali dini lideri Seyid Əli Hüseyni kimi Mir Hüseyn Musəvi də Təbriz yaxınlığındakı Xamnədən idi. Lakin bu ali dini liderin onu dəstəkləməsinə gətirib çıxarmadı.
Ümumiyyətlə, 1979-cu il İran İnqilabından sonra ölkənin prezidenti olmuş şəxslərin siyahısına baxsaq Güney Azərbaycanla bu və ya digər şəkildə bağlılığı olan iki şəxs olub. Bunlardan biri qısa müddət hakimiyyətdə olan və bombalı sui-qəsd nəticəsində öldürülən Məhəmməd Əli Recayi, digəri isə hazırkı ali dini rəhbər Seyid Əli Hüseyni Xamneyidir.
Qəzvindən olan Məhəmməd Əli Rəcainin prezidentliyi cəmi 28 gün çəkib. Keçirilən prezident seçkilərində 91 faiz səs toplayan Rəcai 30 Avqust 1981-ci ildə İran Xalqının Mücahidlərinin üzvü olan Məsud Kəşmiri tərəfindən bombalı hücum nəticəsində öldürülüb. Hazırki dini rəhbər isə Seyid Əli Hüseyni Xameneyi isə 1981-1989-cu illərdə ölkənin prezidenti olub.
1989-cu ildən sonrakı dövrdəki prezidentlərin doğulduğu şəhərlərə diqqət etsək qəribə bir məsələ diqqəti cəlb edir. Seyid İbrahim Rəisiyə qədərki bütün prezidentlər İranın klassik fars vilayətlərində doğulanlardır. Əli Əkbər Haşemi Kirman əyalətinin Rəfsəncan şəhərində, Məhəmməd Hatəmi Yəzdin Ərdəkan bölgəsində, Mahmud Əhmədinejat Semnan əyalətinin Aradan şəhərində, Həsən Ruhani Semnan əyalətinin Sürxə şəhərində doğulub. Yalnız sonuncu Prezident İbrahim Rəisi türkmənlərin sıx yaşadığı Xorasan bölgəsinin Məşhəd şəhərində dünyaya göz açıb. Onun soy-kökündə türklüyün olması ilə bağlı müəyyən iddialar olsa da, bu fikirlər hələlik iddia olaraq qalır. Bu mənzərəni aydınlaşdırdıqda haqlı bir sual yaranır: Əcəba 1989-cu ildən sonra İranın şiə kimliyinə bürünmüş fars millətçilərindən ibarət kölgə dövləti Güney Azərbaycandan olanları Prezidentlik kürsüsünə görəsən niyə yaxın buraxmayıb? Tam əksinə Güney Azərbaycanda doğulan hətta rejimə münasibətdə loyal və mötədil olan liderlərin çoxu müxtəlif vasitələrlə sıradan çıxarılıb, nüfuzdan salınıb, mühacirə çevrilib və ya fiziki məhv edilib. Bu bir təsadüfdürmü?! Düşünmürəm.
Hər nə qədər “ölkənin ali dini lideri Seyid Əli Hüseyni Xamneyi Güney Azərbaycandandır”, a”li dini rəhbər də İran dövlətində əsas fiqurdur” deyilsə də, məsələnin digər tərəfləri var. Görəsən Seyid Əli Xamneyi fars-şiə elitasının öz məqsədləri naminə qabağa verdiyi və məqsədlərini reallaşdırmaq üçün istifadə etdiyi bir siyasi fiqur ola bilərmi?! Suallar çoxdur. Fakt isə faktlığında qalır ki, Güney Azərbaycanda doğulan siyasi liderlərin prezidentliyə yolunu hansısa gizli və güclü əl hər zaman bağlayıb. Onların rejimə bağlılıqları və sədaqətləri yüksək belə olsa Güney Azərbaycandan olan siyasi iddiası olan şəxslərə sadəcə olaraq bir yerə qədər yaşıl işıq yandırılıb. Həmin pillədən sonra onların yüksəlməsinə faktiki olaraq maneə yaradılıb. Qarşıdakı seçimlərdə potensial namizəd olaraq qiymətləndirilənlər arasında da Güney Azərbaycandan olan ciddi bir siyasi persona yoxdur. Güney Azərbaycanlılar, və ümumilikdə İran türkləri bu seçimdə öz namizədi ilə çıxış edəcəkmi? Yoxsa yenə də qüvvələr parçalanacaq və İranın Semnan, Kirman, Yəzd vilayətlərindən birində doğulan bir farsa prezidentlik hədiyyə ediləcək?! Daha böyük sual isə ya vəlvələdən, ya zəlzələdən Təbriz yaxınlığındakı Xamnədə doğulan Seyid Əli Hüseynidən sonra ali dini rəhbər postunun da farslar tərəfindən mənimsənilib-mənimsənilməyəcəyi ilə bağlıdır? Əgər bu baş verərsə, Güney Azərbaycanı daha ağır təzyiqlər, daha aşkar assimilyasiyanın gözlədiyi aşikardır. Bu baxımdan güneydəki soydaşlarımız dərin-dərin yuxulardan qalxıb dərin-dərin düşüncə dəryalarına baş vurmaldırılar. Pəhləvilər dönəmi istisna olmaqla son min illik tarixi tamamilə türklərlə bağlı olan indi İran adlandırılan məmləkəti yenidən bir türk dövlətinə çevirmək üçün fəallaşmaqmı, yoxsa İran dövlət sistemində azərbaycanlılara aid olan son işartıların silinib atılmasına şahidlik etməkmi?! Bəlkə xatırlayaq…. Nəyi?! Şəhriyarın şeirini:
Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan.
Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.
…Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.
Ayten Rahimli
Ayten Rahimli: Güney Azerbaycan İrandakı cumhurbaşkanlığı seçimlerinin neresinde?
181 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.