Different Energy Interests Among the EU Member States

Russia Unhappy With Armenian Statue

“Türkiyə terroru bitirmək məsələsində də son dərəcə qətiyyətlidir”

AL BAB Alındı: Türkiye’nin Sıradaki Hedefleri, Menbiç’in Önemi, Rakka Formülleri

ABŞ qardaş ölkəyə terrorçular üzərindən təhdid yaradır

Gündem 18 Ocak 2018
199

Vüqar Zifəroğlu: “Türkiyə növbəti əməliyyatlara start vermək fikrindədir” Hasan Oktay: “Türkiyə torpaqlarına, vətəndaşlarına qarşı kimdən və hansısa istiqamətdən hücum olarsa, o terror yuvalarını dağıtma məsələsində qərarlıdır”
ABŞ-ın “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan etməsindən sonra Fərat çayının şərqi Türkiyənin milli təhlükəsizlik məsələsinə çevrilib. Ankara Fəratın şərqinin terrordan təmizlənməsi üçün YPG v PYD-dən ibarət qüvvələrə qarşı hərbi əməliyyatlara istənilən an başlana biləcəyini bəyan edib. Artıq Türkiyə Suriya sərhədi yaxınlığında əlavə 10 tank yerləşdirib. Məlumata görə, daha bir neçə döyüş maşının göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bundan əvvəl həftə ərzində Suriyanın Mənbic və Afrin bölgələrində YPG qüvvələrinə qarşı əməliyyat keçirə biləcəyini bəyan edib. R.T. Ərdoğan daha sonra ABŞ-ın Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmaq planının Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratdığını bildirib. Analitiklər bildirirlər ki, ABŞ bununla Türkiyəyə təhlükə yaratdığının fərqindədir. Bu fonda ABŞ-Türkiyə münasibətləri də xoş istiqamətdə cərəyan etməyəcək. Ancaq bütün hallarda Türkiyə özünün təhlükəsizliyi üçün lazım olan bütün addımları atacaq.
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirdi ki, sərhəd bölgələr, əsasən də Fərat çayının sahilləri Türkiyənin strateji maraqlarına daxildir: “Əsasən də kürd qruplaşamalarının nəzarət etdiyi məntəqələrdən Türkiyəyə təhdidlər edilir. Türkiyə də müstəqil dövlət olaraq bu təhdidlərin qarşısını almaq üçün keçən il “Fərat qalxanı” əməliyyatına başlamışdı. Bir çox müstəb nəticələr əldə etdi. Hazırda isə söhbər “Afrin əməliyyatı”ndan gedir.
Türkiyə növbəti əməliyyatlara start vermək fikrindədir. Burada da məqsəd Suriyanın şimalından olan təhdidləri tam zərərsizləşdirmək və Türkiyənin sərhədlərini möhkəmləndirməkdir. ABŞ isə Suriyada, İraqda gedən proselərdə əsasən kürd yaraqlılarını dəstəkləyir. Təbii müttəfiq kimi kürd qruplaşmalarını seçib. Hətta ABŞ-ın YPG və PYG qüvvələrinə yardımı ilə bağlı məlumatlar da yayıldı. Bu mənada ABŞ-ın həmin qruplaşmalara yardım etməsi təəccüblü deyil”.
Vüqar Zifəroğlu əlavə etdi ki, hazırda Suriyada vəziyyət tamamilə dəyişib: “Bəşər Əsəd hazırda möhkəmlənib. Bundan başqa, Suriyada Rusiyanın və İranın mövqeləri də kifayət qədər bərkiyib. Həmçinin Türkiyə şimalda ciddi mövqe əldə edə bilib. Bütün bunların hamısı ABŞ-ın Suriyadan sıxışdırılıb çıxardılması təəssüratını yaradır. Düzdür, ABŞ bölgədən çıxmaq niyyətində deyil. Müəyyən manevr edərək hansısa toqquşmalara rəvac verməsi gözləniləndir. Burada da kürd qruplaşmalarından istifadə edəcək”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, Türkiyə Suriya mövzusunda son dərəcə həssasdır: “Dünənə qədər İŞİD mövzusunda edilən bütün müzakirələrdə Türkiyənin adı İŞİD ilə birgə çəkilirdi. Nəticədə nə oldu? Türkiyəyə qarşı terror hücumları təşkil etdi. Türkiyə isə torpaqlarına, vətəndaşlarına qarşı kimdən və hansısa istiqamətdən hücum olarsa, o terror yuvalarını dağıtma məsələsində qərarlıdır. Bu gün İŞİD-ə qarşı ən sərt mövqe sərgiləyən ölkə Türkiyədir. İndi ABŞ Türkiyəni Rusiya yaxınlaşmaması üçün PYD və YPG kimi təşkilatlarla təhdid edir. ABŞ deyir ki, əgər Rusiyaya yaxınlaşarsansa, PYD və YPG-ə dövlət qurmağa imkan verərəm. “Oradan torpaqlarına hücumlar olur” deyə mesajlar verir. Rusiya isə Türkiyəni yenə PYD YGP vasitəsi ilə qorxudaraq, Bəşər Əsədə dəstək verməməsini istəyir. Ancaq həm ABŞ, həm də Rusiya bilmədən yanğınla oynayırlar və Türkiyəsiz Suriyada bir həll ola bilməyəcəyini bəyan edirlər. Türkiyə dünən İŞİD-ə qarşı necə əməliyyat həyata keçirirdisə, indi də arxasında kim olduğuna baxmadan Suriya torpaqlarında olan digər terror qruplarına qarşı da əməliyyatları davam etdirəcək”.
Mübariz BAYRAMOV

Yorumlar