Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

ABŞ-ın Putinlə Ərdoğana qarşı yeni cəbhəsi: Kerç toqquşmasının şifrələri

Gündem 29 Kasım 2018
61

Slavyanların “asi oğulları” qövmün “atalarına” qarşı… Kerç boğazında Ukrayna-Rusiya toqquşması Yanukoviçin devrilməsindən və Krımın ilhaqından sonra başlanan böhranın ən pik nöqtələrindən biri hesab oluna bilər. Bu, həm də Rusiya və Ukrayna əsgərlərinin üz-üzə gəldiyi nadir hadisələrdəndir. Çünki Donbas və Luqansk nə qədər Rusiya planı olsa da, rus əsgərləri bölgədə ukraynalılara qarşı döyüşsə də, bunun rəsmi sifəti yoxdur. Bu baxımdan, Azov dənizini Qara dənizə birləşdirən Kerç boğazındakı toqquşma Maydandan sonra slavyanların “asi oğulları” olan ukraynalıların özünü qövmün “atası” hesab edən ruslarla bütün dünyada müharibə ehtiraslarını oyadan açıq qarşıdurmalarından biri idi.

Bütün diqqətlər ilk olaraq Ukrayna və Rusiyaya yönəlsə də, hadisənin müxtəlif tərəflərinin olduğu aydın görünür, xüsusilə Kerç toqquşmasına qədər yaşananlar və baş verənlərin siyasi tərəfləri fonunda bunun sadəcə slavyan oğullarının bölüşdürə bilmədikləri pay uğrunda döyüşü olmadığı məlumdur.

Məlumdur: Rusiya və Ukrayna arasında hələ 2003-cü ildə Azov dənizindən istifadə ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, hər iki ölkə Kerç boğazından azad şəkildə istifadə edə bilər. Lakin Maydan hadisələri və Krımın ilhaqından sonra Rusiya Kerç boğazında körpü inşa etdi və Ukrayna gəmilərinin Qara dənizdən Azova girişini əngəllədi. Rusiya Ukrayna ilə bağlanmış müqaviləyə əməl etməsə də, ondan imtina da etmir. Hərçənd, bu, Ukrayna tərəfinin ürəyincə olardı. Ruslar anlayır ki, bu müqavilə ləğv edilsə, Kerç boğazı beynəlxalq konvensiyalar əsasında idarə olunacaq və bu həm rusların əl-qolunu bağlayacaq, həm də Ukraynanın Qara dəniz və Azovda möhkəmlənməyi planlaşdıran ABŞ/NATO üçün fürsət olacaq. Müqaviləyə əsasən iki ölkədən birinin dəvətilə Azova üçüncü ölkə daxil ola bilər. Əslində baş verən toqquşmanın arxasındakı əsas nüans da məhz üçüncü qüvvəyə gedib çıxır.

Gözlə görünən versiyalar:

Ukrayna; hadisədə bütün diqqət Poroşenkonun seçki hədəfinə dikilib. Kiyev hakimiyyəti bu hadisə ilə ən yaxşı halda 31 martda keçiriləcək prezident seçkilərini təxirə salır, ən pis halda aşağı səviyyədə olan reytinqini qaldırmaq üçün seçicilərə “Putinlə kəllə-kəlləyə gələn” prezident imicini yaradır. Poroşenkonun hadisədən dərhal sonra 60 günlük müharibə vəziyyəti elan etməsi də bunu təsdiqlədi, lakin üç sabiq prezidentin etirazından sonra müddət 30 günə endirildi və fövqəladə vəziyyətin miqyası kiçildildi. Bu, Poroşenkonun “ən yaxşı” planının – seçkinin təxirə salınması – baş tutmadığını, “ən pis” planının qüvvədə olduğunu göstərir.

Rusiya; qarşıdurma Rusiyaya sərf etmir, hərçənd, bu hadisənin baş verməsində əsas körükləyici tərəf Ukrayna görünür, bu baxımdan, rusların reaksiya verməsi normal qarşılana bilər. Lakin böyük mənzərədə günahkar müqaviləyə əməl etməyən Rusiya görünür. Qarşıdurmanın nəticəsində Rusiyaya qarşı sanksiyalar gücləndirilə bilər, artıq ABŞ prezidenti Donald Tramp G-20 sammitində Putinlə görüşünün sual altında olduğunu bəyan etdi. Lakin nəticə etibarilə hadisə Rusiya hakimiyyətinə də sərf edir.

Müharibələr olmayanda insanların diqqəti sosial problemlərə yönəlir və bu hakimiyyətlər üçün mənfi nəticələrə gətirib çıxara bilər.

Kerç böhranının hər iki tərəf üçün bu tezis fonunda maraqlı olduğunu hesab etmək olar.

Lakin məsələ bu qədər sadə deyil, xüsusilə açıq qalan suallar diqqət çəkir:

– Rusların Kerçdə post qurması yeni deyil və bunu bilən Ukrayna niyə indi boğazdan keçməkdə bu qədər israr etdi?

– Rusiyanın Ukraynanın dənizə çıxışını ələ keçirmək planı var: Krım və Rostovdan hücum edərək, Mariupol və Berdyansk şəhərlərini ələ keçirmək, beləliklə, Krıma quru yolunu açmaq. Bu plan real görünür: biricisi, Rusiya bununla həm Ukraynanın Azov və Qara dənizə çıxışının ələ keçirməyin başlanğıcını qoya, ikincisi, Ukrayna iqtisadiyyatına ağır zərbə endirə və Kiyevi ram edə bilər. Daha böyük mənzərədə ruslar bununla Dnestryanına qədər quru ərazisini ələ keçirir. Lakin indiki situasiyada Rusiyanın bu planı işə salması nə qədər real görünür?

Bu suallar və son günlər müşahidə olunan siyasi proseslər gözlə görünməyən versiyaları önə çıxarır və ana hədəf Rusiyaya qarşı yeni cəbhə açmaq, ən pis halda Yaxın Şərq və İran məsələsində onun geri çəkilməsini təmin etməkdir. Hadisələrin inkişaf xətti Kerç boğazının arxasında ABŞ-ın olduğu versiyasını gücləndirir və okeanın o tayında biri əsas, digəri köməkçi olmaqla iki plan hazırlanıb:

ƏSAS HƏDƏF – BÖLGƏYƏ MÜDAXİLƏ: NATO qüvvələri Qara dənizə daxil olsun. Bu çağırışı Kerç böhranından sonra Poroşenko verdi və bununla əslində böhranın yaradılmasında əsas məqsədin NATO-nun bölgəyə girişi üçün əsasların yaradılması olduğunu dolayısı ilə təsdiqlədi.

Əsaslar: Kerç böhranı Rusiyanın Ukraynaya yeni hücumunun başlanğıcı olaraq təqdim edilir; Ukrayna Rusiyanın “Krıma quru yolu açmaq üçün Mariupol və Berdyansk şəhərlərini tutmaq” planını gündəmə gətirir; “Bizdə dəqiq informasiya var ki, Rusiyanın Ukrayna gəmilərinə hücumu yalnız başlanğıcdır. Kəşfiyyat bununla bağlı sübutlar təqdim edib”, Poroşenko təhlükənin miqyasını bacardıqca böyüdür.

Rusiyanın Ukraynaya yeni hücumunun olması real görünür, çünki ABŞ-la toqquşmada, xüsusilə Rusiyanın Qərb sərhədləri boyunca NATO qüvvələrinin yerləşdirilməsi fonunda, rusların Ukraynada məğlubiyyəti imperiyanın sonunu yaxınlaşdıracaq. Lakin ABŞ Rusiyanın nə vaxtsa hərəkətə keçəcəyini gözləmək niyyətində deyil, əksinə, ehtimallar üzərindən çıxış edərək, “Rusiya hücuma keçir” mənzərəsini yaradır. Çünki NATO-nun Qara dənizə və Azova girişinin başqa yolu görünmür.

Bunun fonunda Rusiya mediasının Vaşinqtondakı mənbələrə istinadən yaydığı xəbər diqqət çəkir: “Tramp və Proşenko ya Krım, ya da Ukraynanın şərq sərhədlərində (Rusiya sərhədində) ABŞ bazasının açılması ilə bağlı məxfi danışıqlar aparır” xəbərdə deyilir. Bu, ABŞ-ın Rusiyaya qarşı hücum planlarında inandırıcı görünür.

Hərçənd, səbəb lazımdır və latın Amerikası ölkələri, eləcə də İraqa müdaxilədən fərqli olaraq daha böyük səbəb, çünki hədəfdə böyük Rusiya var. Kerç böhranı sakitləşmiş kimi görünə bilər, lakin hadisələrin sonrakı inkişafı Rusiyaya qarşı yeni cəbhənin məhz buradan açılacağı ehtimalını gücləndirir:

a) Sanskiyaların gücləndirilməsi;
b) Rusiya hücumu əsas götürülərək Şimali Avropa boyunca, eləcə də Ukraynada NATO qüvvələrinin artırılması;
c) ABŞ-ın Ukraynanın şərqində yaratmaq istədiyi hərbi bazanın reallaşması istiqamətində real addımlar;
d) NATO gəmilərinin Qara dənizdə aktivləşməsi;

Kerç böhranı Azov dənizində NATO və birgə təlimlərinin keçirilməsinin önünü də aça bilər. Ötən ay Rusiya baş diplomatı Lavrov “Ukrayna və NATO Azovda hərbi təlimlər keçirə bilməz, çünki Ukrayna ilə müqaviləmiz buna imkan vermir” deyə bildirmişdi, hərçənd, böhran rusların reaksiyasının heç bir nəticə verməyəcəyi və təlimlərin keçirilə biləcəyi üçün ciddi əsas yaratdı. Və əsas hədəf də bölgədə Rusiyaya qarşı yeni cəbhənin açılmasına əsasın yaradılması idi.

Lakin Kerç böhranına təkcə Ukrayna-Rusiya xətti üzrə baxmaq doğru deyil, əksinə bu böyük prosesin elementlərindən biridir.

YENİ CƏBHƏLƏR: Noyabrın 5-də İrana qarşı sanksiyaların ikinci və ağır mərhələsi işə düşdü; Noyabrın 16-da ABŞ və Ukrayna hökuməti strateji ortaqlıq haqqında sənəd imzaladılar – sənəddə Rusiyanın Qara və Azov dənizi, eləcə də Kerç boğazındakı addımlarına qarşı birgə hərəkət yer alır; Aralıq dənizində karbohidrogen ehtiyatları Türkiyənin iştirakı olmadan istismar edilməsi prosesi gedir, ABŞ və İsrail Yunanıstan və yunan Kiprinin iştirakı ilə hərbi təlimlər keçirir, bölgədə “sular isinir”;

Rusiya və Türkiyəyə qarşı ayrı-ayrılıqda yeni cəbhə açılmaqla yanaşı, hər iki ölkənin İran məsələsində masaya əyləşdirilməsi planı da var.

Rusiya: Kerç böhranında ABŞ-ın ikinci – KÖMƏKÇİ PLANI rusları İranın Suriyadan çıxarılmasına razı salmaqdır. Moskva və Vaşinqton arasında İranın bölgədən çıxarılmasına dair danışıqların getdiyi məlumdur, lakin rusların “İrana və Rusiyaya qarşı sanksiyalar ləğv olunarsa, bu məsələdə razılaşa bilərik” şərti ABŞ-ın niyyətini kilidləyir. Və ABŞ Kerç böhranı ilə Rusiyaya qarşı yeni cəbhə açır: əsas hədəf təbii ki, NATO-nun bölgəyə girişidir, lakin bölgədə suların isinməsi rusların İranın Suriyadan çıxarılmasında şərtini geri çəkməyə və Vaşinqtonla razılaşmasını təmin etməyə də hesablanıb. Vaşinqton prosesdə cari qazanc kimi bunu görür.
Bunun fonunda Suriyada Bəşər Əsədin Hələbdə mülki insanlara qarşı kimyəvi silahdan istifadə etməsinə dair yayılan məlumat nə dərəcədə təsadüfi ola bilər?! Əslində ABŞ “Kimyəvi silahdan istifadə edən Əsədin qoruyucusu” ittihamı ilə buradan da Rusiyaya hücuma hazırlaşır və Suriyada qeydə alınan bu detal Ukraynadakı böhranla eyni hədəfə yönəlib: rusların dizini bükmək.

Türkiyə: Ankara da İran məsələsində Vaşinqtonla müzakirələr aparır, lakin ruslar kimi türklər də amerikalıların istədiyini vermir. Bu kontekstdə Aralıq dənizində baş verənlərə cari olaraq Türkiyənin İran masasında ABŞ-ın yanında əyləşməsini təmin etmək gedişlərindən biri olaraq baxmaq olar.

Uzaq perspektivdə isə Rusiyaya qərb sərhədlərindən yeni cəbhə açıldığı kimi, Türkiyəyə Aralıqdan yeni cəbhə açılır və həm hər ikiyə ölkə ayrı-ayrı cəbhələrdən zərbələr endirilir, həm onların Yaxın Şərqdə hərəkət trayektoriyası daralır, həm də İran bölgədə təklənir.

Kerç böhranı bütün bu planlarda başlanğıc və açar nöqtəsi kimi görünür:

– Bölgədə qarışıqlıq, Qara və Azov dənizlərində hərbi aktivliyin olması Rusiyanın qüvvələrini bura cəlb etməsinə səbəb olacaq. Bu, rusların Yaxın Şərq cəbhəsində siyasi və hərbi cəhətdən qüvvələrinin parçalanması deməkdir;

– Qara dənizdə hərbi aktivlik Türkiyəni də proseslərə cəlb edəcək, bu, Aralıq dənizində karbohidrogen ehtiyatlarının Ankaranın diqqətindən yayındıraraq, istismarına başlanmasına imkan yaradacaq.

Və bütün baş verənlərdə Rusiya və Türkiyənin birgə reallaşdırdığı “Türk axını” layihəsinə də zərbənin endirilməsi niyyəti diqqətdən yayınmır:

Noyabrın 14-də İstanbulda “Türk axını” layihəsinin dəniz hissəsinin tikintisinin başa çatdırılması münasibətilə mərasim keçirildi. Putin və Ərdoğanın iştirakı ilə keçirilən mərasim əslində ABŞ-ın qarşı olduğu bu layihənin başa çatdırılmasında hər iki ölkənin siyasi iradəyə malik olduğunun mesajı idi. Bu layihə reallaşarsa, Avropanın Rusiya qazından asılılığı daha da artacaq və bu, son dövrlər öz ordusunu yaratmaq, ABŞ-ın təsirindən çıxmaq mesajları verən avropalıların ruslarla anlaşması, hətta gələcəkdə Vaşinqtonun maraqlarına qarşı birgə çıxması ilə nəticələnə bilər. ABŞ bunu anlayır, onu da anlayır ki, Rusiya və Türkiyənin milyardlarla dollara başa gələn bu layihədən imtina etməsi qeyri-realdır. “Türk axını”nın inşasının qarşısını yalnız layihənin keçdiyi bölgədə – Qara dəniz – hərbi toqquşmalar ala bilər, yaxud ən azından bu toqquşmaların layihəni qeyri-müəyyən müddətə təxirə sala və ABŞ-a vaxt qazandıra bilər. Ukrayna və Rusiya arasındakı toqquşma bu kontenstdə də diqqət çəkir.

Və bütün bunlar fonunda Kerç böhranının bölgədə yeni proseslərin başlanğıcı və açar nöqtəsi olduğunu deyirik.
Asif Nərimanlı
Publika.az

Yorumlar