KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Daglıq Qarabagda ona görə “rus icması”yaradır

Kamal Aliyev: Daglıq Qarabagda ona görə “rus icması”yaradır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
330 0

Rusiya Daglıq Qarabagda ona görə “rus icması”yaradır ki,lazım bildiyi vaxtda ərazini özünə birləşdirsin.
Rusiya Federasiyasının prezidenti V.Putinin strateji hədəflərindən biri də budur ki,Qarabag ərazisində “rus icması”yaratsın.
Artıq deyə bilərik ki,kreml şefi bu prosesə start verib və mətbuatın yazdıgına görə,FTX Akademiyasının məzunlarından olan Aleksandr Bordovu bu vəzifəyə seçib.
Dogrudur,Rusiya bu xəbəri təsdiq etmir,ancaq biz kremldən hər şey gözləyirik;Rusiya öz geosiyasi maraqları naminə əvvəlcə taktiki gedişlərlə auditoriyanı hazırlayır,daha sonra da prosesə nöqtə qoyur.
Mən başa düşə bilmirəm,Qarabagdakı rus “sülhməramlı”kontingentinin rus icması yaratmaga,heykəl ucaltmaga,Aleksandr Nevski və başqa rus ədibləri üçün xatirə büstləri qoymaga haqqı varmı…
Madam ki,rus ədiblərinin xatirəsi əbədiləşdirilirsə,o zaman niyə məsələn,M.P.Vaqifin də büstü Xocalıda və ya Xankəndidə qoyulmasın?!
Ancaq gəlin mövzumuzdan yayınmayaq.
Bilirik ki,həm SSR zamanı,həm də imperiyanın dagılmasından sonra Daglıq Qarabag ərazisində çox az slavyan mənşəəli etnik qruplar yaşayıb.Üstəgəl,Qarabagdakı az saylı ruslar hələ SSR vaxtında azərbəycanlılara və ermənilərə qarışmışdılar.
Mənim qənaətim budur ki,prosesin hüquqi altyapısı üçün Putin birinci mərhələdə “rus icması”nı yaradacaq,daha sonra etnik rusları əraziyə köçürəcək.
Yəni Putinin Rusiyası Daglıq Qarabagda öz geopolitik mənfəətləri naminə və beynəlxalq hüququ da kobudcasına pozaraq,demoqrafik dəyişiklik etmək istəyir.
Kreml bunu ona görə edir ki,4 il sonra Daglıq Qarabagı tərk etməmək üçün yaratdıgı “rus icması”ndan istifadə etsin.
Hər halda,Rusiyanın bu addımı bizə Krımı və Donbası xatırladır.Belə ki,həm Krımda,həm də Donetsk və Luqanskda etnik rusların sayı ukraynalılardan daha çox idi.Və nəticənin də nə oldugu hamımıza məlumdur.
Heç kim deyə bilməz ki,sabah Rusiya Donbasdakı kimi Qarabagdakı rus icmasına da rus pasportları paylamayacaq.
Belə olan təqdirdə,gələcəkdə rəsmi Bakı Daglıq Qarabagı öz yurisdiksiyasına necə daxil edəcək?
Silahlı əməliyyatmı keçirəcəyik?
Ukrayna Donbasda buna cəhd etsə də,ödədiyi bədəli gördük.
İndi Əliyev hakimiyyəti Ukraynanın başına gələnlərdən ibrət götürməlidir.Əks halda,daha sonra it də gedəcək,ip də.
Daglıq Qarabagdakı “sülhməramlı”ruslar bir müddət əvvəl Xocalıda provaslavlar üçün kilsə tikəndə də yazmışdım ki,ermənilər apastol xristianlardır və tarixən apastol və provoslav kilsələr arasında ədavət olub.Bəli,Putin Xocalıda provoslav kilsəni həm də ona görə tikdirdi ki,gələcəkdə əraziyə etnik rusları köçürəcək.
İndi kimsə deyə bilər ki,Daglıq Qarabag ərazisi Rusiyaya çox uzaqdır.Xeyr,ona qalsa,Kalininqrad da Rusiyanın əsas torpaq parçasından uzaqdır və Putin bu əraziya “İsgəndər ZRK”-ləri yerləşdirməklə,bütün Avropanı qorxu altında saxlayır.
Belə gətsə,Rusiya gələcəkdə Daglıq Qarabag ərazisindəki “rus icması”nın təhlükəsizliyi üçün də ərazidə hərbi arsenalını artıra bilər.
Bəzən düşünürəm ki,Rusiya Yuxarı Qarabagı nə azərbaycanlılara,nə də ermənilərə verəcək.Sanki bu torpaq elə Kalininqrad kimi Rusiyanın Cənubi Qafqazdakı “ən etibarlı”forpostu olacaq…
Kamal Aliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir