ikinci ve son ilkbahara doğru

Alman uzman: Türkiye’nin NATO’dan ayrılacağına eminim

Kafkassam Başkanı Oktay’dan Abd’nin Ypg Açıklamasına İlişkin Değerlendirme

Rus milletvekilinden ABD’nin planlarına sert tepki: Yaptığın domuzluk!

yeni yunan-türk müharibəsi qapıda?

Gündem, Türkiye 4 Şubat 2017
642

Türkiyə və Yunanıstan arasında uzun müddət münaqişə mövzusu olan adalar məsələsi yenidən gərginliyə səbəb oldu. Kardak qayalıqları üzərində başlanan qarşıdurmanın hansı nəticələrə səbəb olacağı diqqətlə müşahidə olunur. Müharibə, yoxsa sadəcə güc nümayişi? Ümumiyyətlə, Yunanıstanın Türkiyəyə qarşı baş qaldırmasının arxasında hansı səbəblər dayanır?

Bu və digər məsələləri Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay Publika.az-a müsahibəsində şərh edib.

– Türkiyə və Yunanıstan arasında adalarla bağlı qarşıdurmanın tarixi əvvəllərə gedib çıxır. Gərginliyin yenidən başlamasının səbəbi nədir?

– 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra bəzi hərbiçilər uğursuzluğa düçar olduqlarını görərək, helikopterlə Yunanıstana qaçdılar. Türkiyə dövləti bu hərbiçilərin təhvil verilməsi məsələsində Yunanıstan rəsmiləri ilə təmaslar qurdu. Yunanıstan isə hərbiçiləri verməkdən imtina etdi. Bəzi yuna siyasətçilər Türkiyədə təhlükəsizliyin və demokratiyanın olmadığını iddia edərək, hərbiçilərin qaytarılmadığını deyir. Türkiyə və Yunanıstan arasında uzun müddət mövcud olan münaqişə bu hadisədən sonra təkrar gündəmə gəldi. Yunanıstan Ermənistan kimi layihə dövlətidir. Şərq və qərb sərhədlərimizdə qurulan bu iki dövlət Türkiyənin xarici dünyaya açılan qapılarını bağlamaq üçün davamlı olaraq ölkəmizə qarşı istifadə olunur. Türkiyə Kipr hərəkatından sonra Yunanıstanla əlaqələrində sülh yaratmaq üçün çox mübarizə apardı. Lakin Yunanıstan üzərindən Türkiyəyə qarşı hərəkət edənlər davamlı olaraq, Afinanı Ankaranın üzərinə qaldırırlar. Yunanıstan və Türkiyənin müzakirə edilərək, həll edə biləcəyi məsələlər çətinləşdirildi, problemlər yaradıldı və həllolunmaz vəziyyətə gətirildi. Sahil suları və adalar məsələsi də həmişə problem olaraq istifadə olundu.

– Hazırda iki ölkə arasında müharibənin başlaya biləcəyi ehtimalı varmı?
– Yunanıstan və Ermənistan kimi layihələşdirilmiş dövlətlər müstəqil şəkildə müharibə qərarını verə bilməzlər. Verəcəkləri müharibə qərarı da ən çox 2 saat çəkə bilər. Yəni Yunanıstan hansısa dövlətə güvənərək, başlaya biləcəyi müharibənin qalibi ola bilməz. Ona görə də bu gərginlik daha da artırıla bilər, lakin müharibəyə gətirib çıxarmaz. Yaxın zamanda, Yunanıstanın arxasındakı Avropa dövlətləri hərəkətə keçəcəklər və məsələni müzakirə səviyyəsinə endirəcəklər. Yox, əgər Yunanıstan Türkiyəyə qarşı hücum mövqeyini davam etdirərsə, nəticələrə davam gətirməyə şansı olmaz.

– Bu gərginliyin sonunu necə görürsünüz?
– Türkiyənin Suriyada yürütdüyü siyasətdən narahat olan Qərb dünyası Türkiyəni cəzalandırmaq üçün bu böhranı fürsət bilib Yunanıstanla Türkiyəni qarşı-qarşıya gətirə bilərlər. Lakin bundan Yunanıstan ziyan çəkəcək. Ümumiyyətlə, Türkiyənin Suriya cəbhəsində apardığı mübarizəsini beynəlxalq hüquq çərçivəsinə salmasından və Suriyada olmasından narahat olanlar Türkiyə əleyhinə fəaliyyəti artıracaqlar. Görünən odur ki, indi Yunanıstanı da Türkiyəyə qarşı hərəkətə keçirəcəklər. Lakin bundan ən çox zərəri Yunanıstanın özü görəcək.

Asif Nərimanlı
http://publika.az/news/dunya/186402.html

Yorumlar