Güc mərkəzlərinin arasında qalan Azərbaycan: Bakının seçimi necə olacaq?

Petersbug Ekonomi Forumu

Teşkilatı Mahsusa’nın kurduğu Gürcistan Cumhuriyeti 100 yaşında!

ABD Savunma Bütçesi Pentagon-Beyaz saray mücadelesi

Yaxın zamanlarda Rəcəb Tayyib Ərdoğan- Bəşər Əsəd görüşü reallaşa bilər”

Gündem 6 Eylül 2016
721

Hasan Oktay: “Yaxın zamanlarda Rəcəb Tayyib Ərdoğan- Bəşər Əsəd görüşü reallaşa bilər”
Türkiyənin İŞİD-ə qarşı başladığı mübarizə uğurla nəticələnəcək
Artıq iki həftəyə yaxındır ki, Türkiyə Suriya ərazisində İŞİD və PYD/YPĞ terror təşkiilatlarına qarşı uğurlu əməliyyat həyata keçirir. Qısa müddətdə Türkiyə Silahlı Qüvvələrinin Cerablusu terrorçu birləşmələrdən azad etməsi və terror təşkilatlarına qarşı davam edən uğurlu mübarizə həmin terror birləşmələrinin arxasında dayanan bəzi beynəlxalq gücləri ciddi narahat etməyə başlayıb. Elə bu səbəbdəndir ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən Türkiyənin Suriyada başladığı hərbi əməliyyatlara adekvat olaraq Ankaraya qarşı təzyiqlər artıb. Bəs görəsən Türkiyə bu təzyiqlərin qarşısında duruş gətirə biləcəkmi? Ümumiyyətlə, Ankaranın İŞİD və PYD/YPĞ-ya qarşı Suriyada başlamış olduğu hərbi əməliyyatlar uğurla nəticələnəcəkmi? Bu və ya digər suallarla Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik. Hasan Oktay “OLAYLAR”-a verdiyi müsahibədə Türkiyənin Suriya ilə bağlı mövqeyinə də aydınlıq gətirib.

-Hasan bəy, Türkiyənin Suriyada terrora qarşı başlamış olduğu mübarizə ilə istənilən nəticə əldə etmək mümkün olacaqmı?

-Türkiyə Cümhuriyyəti dövlətinin Suriyada “Fərat qalxanı” adı altında Cerablusda başladığı hərbi əməliyyatlar başda İŞİD terror təşkilatı olmaqla bölgədə Türkiyəni təhdid edən qruplara qarşı həyata keçirilir. Hesab edirəm ki, İŞİD terror təşkilatına qarşı mübarizə əsas göstərilərək həyata keçirilən bu hərəkat uğurla nəticələnəcək. Türkiyənin cənubunda yaradılmağa çalışılan nəzarətsiz terror yuvalarının Türkiyəni təhdid etmə potensialı böyükdür və bu səbəbdən ciddi şəkildə mübarizə aparılır. Bu mənada Türkiyənin həyata keçirdiyi əməliyyatı uğurlu hesab etmək olar. Amma önümüzdəki günlərdə meydana gələcək olaylar, cərəyan edəcək proseslər Türk ordusunun durumunu daha da dəqiqləşdirə bilər. Xüsusilə bir məqama diqqət çəkmək lazımdır ki, Türkiyə terror təşkilatına mübarizə məqsədilə Suriyaya daxil olarkən bu ölkənin ərazi bütövlüyü prinsipini əsas tutub və Suriyanın ərazi bütövlüyünə zərbə vurmağı qətiyyən qarşıya məqsəd qoymayıb. Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır.

-Türkiyə Suriyada terrora qarşı qətiyyətli mübarizə apardıqca Qərbin də narahatçılığı artır. Sizcə Qərbin Türkiyəyə təzyiqləri arta bilərmi?

-Bir daha qeyd edirəm ki, Türkiye Suriya torpaqlarına girərkən Suriyanın ərazi bütövlüyü prinsipinə hörmət bəslədiyini açıqlayıb. Bu da beynəlxalq hüquq prinsipləri baxımından son dərəcə əhəmiyyətlidir. Avropa və Qərb alyansının İŞİD-ə qarşı olan mövqeyini, münasibətini hər kəs bilir. Bu mənada Ankaranın Suriyadakı nəzarətsiz bölgədən Türkiyəyə qarşı terror aksiyaları həyata keçirilməsinin qarşısını alması həm Türkiyə, həm də Qərb bloku üçün olduqca əhəmiyyətlidir. Bu mənada Avropanın Türkiyənin Suriyada həyata keçirdiyi hərəkata qarşı söyləyə biləcək bir sözü olmamalıdır.

-Bəs, Türkiyənin başlamış olduğu hərbi əməliyyatlar Əsədin sonunu nə dərəcədə yaxınlaşdıracaq?

-Türkiyədə bir müddət əvvəl xarici işlər naziri və baş nazir olan Əhməd Davudoğlunun vəzifədən uzaqlaşdırılmasından sonra, rəsmi Ankara xarici siyasətdə ciddi dəyişikliklər etməyə başlayıb. Xüsusilə, Suriya siyasəti və Bəşər Əədə qarşı münasibətdə tədricən dəyişiklik müşahidə olundu. Artıq Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsi ilə bağlı bir siyasət həyata keçirmir. Hətta gələcək günlərdə yəqin ki, bir görüşmə də baş tuta bilər. Vəziyyət belə olduqda Əsədli bir Suriya Türkiyə üçün daha sağlam nəticələr verecek. İndiki halda Suriya coğrafiyasına baxdığımızda Əsəddən sonra bu ölkədəki problemləri həll edə biləcək bir lider görünmür. Hazırda Suriyada müxalifət adına mübarizə aparan qrupların isə ölkədə bütövlükdə sabitliyi, sülhü təmin edə biləcək idarəetmə sistemi yoxdur. Əsəddən sonra həmin qruplarla birlikdə ortaq anlaşma əldə etmək çətin olduğundan Bəşər Əsədlə müəyyən bir yerə qədər gedib Suriyanın ərazi bütövlüyü prinsipinə hakim olmaq, onu təmin etmək daha məqbuldur.

-Yəni, Türkiyə artıq Əsədin hakimiyyətdə qalmasının tərəfdarıdır?

-Türkiyədə baş qaldıran 15 iyul hərbi üsyan cəhdindən sonra bir çox şeylər dəyişməyə başladı. Türkiyə-Rusiya münasibətlərində nəzərəçarpacaq dərəcədə bir dəyişiklik yaşandı. Hesab edirəm ki, bu dəyişiklik Suriyada da özünü göstərəcək və yaxın zamanlarda Rəcəb Tayyib Ərdoğan- Bəşər Əsəd görüşü reallaşa bilər. Keçən il, noyabr ayının 24-də məlum təyyarı krizi ilə Suriya məsələsində Türkiyə ilə Rusiya sanki baş-başa vuruşdurulmaq halına gətirilmişdi. İndi də eyni ilə iki ölkə Suriya məsələsində həll variantını üstün tutaraq Əsəd iqtidarının davam etdirilməsi üzərində bir müqavilə əldə edə bilərlər. Bununla da Qərb müttəfiqlərinin Suriya üzərində tətbiq etdikləri oyuna son verilər.

-Türkiyənin Suriyada terror əleyhinə apardığı mübarizə İŞİD və PKK-nı yeni terraktlar törətməyə sövq edə bilərmi?

-Türkiyə Suriya torpaqlarında İŞİD əleyhinə həyata keçirdiyi əməlıyyatlarla yanaşı, diğər terror təşkilatlarını nəzərə alacaq. Xüsusilə, rəsmi Ankaranın Suriyanın torpaq bütünlüyü məsələsini davamlı olaraq vurğulaması gələcəkdə PYD/YPG kimi terror qruplaşmalarının yaratmağa çalışdığı nəzarətsiz ərazilərin zərəsizləşdirilməsi üçün imkanlar yaradacaq. Qısa zamanda Suriya məsələsində Rusya ilə Türkiyənin anlaşması həmin terror qruplaşmalarının təcrid olunmasına yol açacaq.

-Ümumiyyətlə, Türkiyəni yaxın tarixdə nələr gözləyir?

-İyulun 15-dən sonra Türk ordusunun Suriya torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatların anlamı olduqca önəmlidir. Dosta güvən, düşmənə göz dağı şəklində ifadə edilən bu hərəkat nəticəsində Suriyada sülh əldə edilməsini istəyirik. Türkiyən təhdid edən İŞİD və digər terror təşkilatlarının zərərsizləşdirilməsi, Suriya Türkmənlərinin daha rahat, təhlükəsiz bir ortamda yaşaması, Suriyanın ərazi bütövlüyünün təmin olunması, Türkiyənin cənubu, Suriyanın isə şimalında hər hansı bir terrorçu qruplaşmanın fəaliyyət göstərməməsi əsas hədəfimizdir.

S.İsmayılbəyli/olaylar.az

Yorumlar