İsrail’in eski bakanı İran ajanı suçuyla yakalandı

Çin’in Türkiye, ABD’nin Rusya sevdası

Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Portekiz’in Yahudi açılımı ve Türkiye Yahudilerini Portekiz’e kim gönderiyor!

Vatikan Qafqazda ikinci cəbhəni açır – Qərbin “Qarabağda müharibə” planı

Gündem 30 Eylül 2016
604

Roma Papası Fransisk Gürcüstanda səfərdədir. Ardınca Azərbaycana gələcək katoliklərin liderinin Qafqaz səfərinin pərdəarxası diqqət çəkir.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay Publika.az-a müsahibəsində Papanın səfərini şərh edib.

– Roma Papası Gürcüstana və Azərbaycana səfərə gəlir. Maraqlıdır ki, bundan öncə Ermənistana səfər etmişdi. Nə üçün Papa Ermənistana ayrı, regionun digər iki ölkəsinə ayrı səfər etdi?

– Ukraynada Rusiya-Qərb savaşı qızışanda Papa Rusiyaya qarşı hərəkətə keçdi. Ortodoks aləmini bölüb Rusiyaya qarşı istifadə etmək üçün hərəkətə keçən Papa əvvəlcə Türkiyəyə gələrək, Rum Ortodoks Patriarxı Bartolomeo ilə görüşdü, sonra da Ermənistana səfər etdi. İndi isə Gürcüstana gəlir. Bu üç Ortodoks kilsəsinin mövqeyi önəmlidir. Azərbaycana edilən səfəri də Papanın Rusiyaya qarşı cəbhə formalaşdırması kontekstində dəyərləndirmək lazımdır.

Ermənistana xüsusi səfər etməsinin səbəbi isə dünyadakı erməni lobbisini, həmçinin, Ermənistanı Rusiyaya qarşı qaldırmaq idi. Papanın səfərindən sonra Ermənistanda baş verənlər də bunu sübut edir.

– Papanın Azərbaycan səfəri “hamımız qardaşıq” şüarı altında baş tutacaq. Vatikan bununla nəyə işarə edir? Hesab etmək olarmı ki, Papa İrəvanda Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün müharibə variantından çəkindirəcəyinə dair söz verib və Bakıda ermənilərlə anlaşmasını istəyəcək?

– Papanın ana strategiyası Qafqazda Rusiyaya qarşı bir cəbhə açmaq ola bilər. Bunun üçün Azərbaycan və Ermənistanı barışdırıb hər iki ölkəni Rusiyaya qarşı olan Qərb blokuna qoşmaq istəyər. Bunun baş verməsi çox çətin görünür. Amma Vatikan iki il öncə hazırladığı planı davam etdirir. Post-sovet coğrafiyasında, Qafqazda, həmçinin, Yaxın Şərqdə gündəmin hər gün iki dəfə dəyişdiyi bir vaxtda Vatikanın bu gündəmi iki il öncə hazırladığı planlarla dəyərləndirməsi həmin siyasətin iflasa uğradığını göstərir.
Qafqazda sülhün önündə ən böyük maneə Qarabağ problemidir. Bu problemin həlli də bəllidir. Münaqişənin həlli olmadan Qafqaza sülh gətirmək çox çətin görünür.

– Siz bir müddət öncə bildirmişdiniz ki, Papanın Qafqaz səfərindən sonra Qərb Qarabağda idarəolunan müharibə başlada və bunu Rusiya torpaqlarına daşıya bilər. Bu ssenarilər hələ də gündəmdədirmi?

– Papanın İrəvan səfərindən sonra Qarabağda döyüşlər baş verdi. Papanın əsas məqsədi və hədəfi Qafqazda qarışıqlığın olması və bunun Rusiya torpaqlarına sıçraması idi. Qarabağ müharibəsi Rusiyaya sıçrasaydı, o zaman Ukraynada Moskva üzərində qələbə qazanacaqdılar. Amma fikrimcə, indi bu planların uğurlu olma şansı yoxdur. Bu baxımdan, Papanın Azərbaycana gəlişi müsbət səfərdən başqa bir şey

– Bu səfərdən sonra bölgədə nələr dəyişə bilər, yaxud dəyişə bilərmi?

– Papanın səfəri iki il öncədən planlaşdırılırdı. Bu iki ildə Qafqazda çox şeylər dəyişdi. Xüsusilə apreldə Qarabağda baş verən hərbi toqquşma Azərbaycanın bölgədə silahlı gücünü ortaya qoydu. İndi Ermənistan Qarabağ məsələsində müharibə yox, diplomatiya yolunda hərəkət edir. Eyni zamanda, Azərbaycan da diplomatiyasını hərəkətə keçirərək, bölgədə sülh əldə olunmasını təmin edə bilər. Müharibə indiki məqamda nə Ermənistana, nə də Azərbaycana fayda verəcək. Burada meydana gələ biləcək uzunmüddətli müharibə həm Yaxın Şərqə, həm də Rusiyaya təsir edə bilər. Buna görə Rusiya bölgədə daha diqqətli hərəkət etməyə başladı. Papanın səfəri də Rusiya tərəfindən yaxından izlənilir.

– Bu səfərin Qarabağ məsələsində təsiri necə ola bilər?

– Qarabağda sülh diplomatiyası xaricində heç bir həll yolu yoxdur. Buna görə də Papa 2 il öncə planlaşdırılan Ukrayna strategiyasından vaz keçəcək. Əvəzində Papa Qarabağda hər iki tərəfin anlaşmasına zəmin yarada bilər. Bunu edərsə, iki il öncə içinə düşdüyü yanlış strategiyanı düzəldə bilər. Papanın siyasi və iqtisadi gücü buna imkan verir. Lakin Vatikanın Qafqazda Ermənistan və Gürcüstan kilsələri üzərindən Rusiyaya hücum təşkil etmək gücü isə zəifdir. Həmçinin, bu, uğurlu strategiya deyil.

Asif Nərimanlı

Yorumlar