KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qarabağda böyük müharibə: Türkiyəli politoloq Bakının üstünlüklərini AÇIQLADI

Qarabağda böyük müharibə: Türkiyəli politoloq Bakının üstünlüklərini AÇIQLADI

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
310 0

“Ermənistan və Azərbaycan arasında 25 ildir davam edən müharibə mülki əhalinin hədəf alınması ilə davam edir. Bu cəbhə döyüşü yaxında hər bir tərəfə sıçrayacaq böyük müharibəyə çevrilə bilər”.

Bu barədə Publika.az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay iyulun 4-də erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndinə hücum edərək, mülki azərbaycanlıları qətlə yetirməsini və Qarabağ münaqişəsində artan gərginliyi şərh edərkən deyib.

H.Oktay hesab edir ki, gərginlik davam edən görüşlərə kölgə salacaq və sülhün hakim olmasını əngəlləyəcək: “Ermənistan mülki azərbaycanlılara hücum etməklə sülhü pozmaq və bölgədə hakimiyyətini davam etdirmək istəyir. Hesab edirəm ki, Ermənistan mülki əhalini vurmaqla heç bir şey əldə etməyəcəyini və səhv etdiyini yaxın zamanda anlayacaq”.

Türkiyəli politoloq qeyd edib ki, Alxanlı hücumu ilə Ermənistan nazirlərin iyulun 11-də keçirilən görüşünə əli zəifləmiş vəziyyətdə gedəcək: “Həmçinin, Ermənistan bu hücumla dünyada dinc əhalini öldürən dövlət olaraq tanındı”.

H.Oktayın fikrincə, Azərbaycan yaranmış situasiyadan istifadə etməlidir.

“Azərbaycan dinc əhalinin qətlə yetirilməsilə bağlı son hadisələrdə beynəlxalq ictimaiyyətdə psixoloji təbliğat üstünlüyünü əldə etdi. Bu üstünlüyü diplomatiya ilə gücləndirərək, dünyanın diqqətini Qarabağın işğal altında olmasına çəkə bilər”, – deyə türkiyəli politoloq vurğulayıb.

Asif
http://publika.az/news/nida_xeber/205798.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir