Vizyon

Putin’in ABD karşıtı bloku Kahire Şam Ankara ekseninde oluşuyor!

Սերժ Սարգսյանը հայտարարեց Վիգեն Սարգսյանի ժամկետը

Putinin Azərbaycana qarşı təzyiqləri..

Kore Basını : Kore Savaşındaki Gerçek Hikaye’nin Sahibi Cesur Türk Askeri’nin Son Yolculuğu

İrəvan-Moskva birliyinə qarşı yeni sipər: Bakı-Tiflis-Ankara oxu

Azerbaycan, Ermenistan, Gürcistan, Rusya, Türkiye 26 Mayıs 2017
293

Moskva üç paytaxta qarşı əsəb savaşında – mühüm gəlişmə; Müdafiə nazirlərinin Batumi görüşü, Azərbaycan prezidentinin Səudiyyə, Türkiyə baş nazirinin Gürcüstana üst-üstə düşən səfərləri… Kreml və marioneti nədən narahatdır? Rusiya rəsmi KİV-ində erməninin imzası ilə üç paytaxta qarşı getmiş təxribatçı yazının pərdəarxası…
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli Batumi görüşü başa çatdı. Turaninfo.org bildirir ki, görüşdə konkret sənəd qəbul olunmasa da, regionun bu üç mühüm dövləti arasında hərbi sferada strateji əməkdaşlığı daha da dərinləşdimək barədə qərar verildi, o sırada birgə hərbi təlimlərin önəminə xüsusi diqqət yönəldildi. İlk ortaq təlimlərin gələn ay keçirilməsi nəzərdə tutulur.
Şübhəsiz ki, belə üçlü hərbi əməkdaşlıq formatı müstəsna olaraq sözügedən dövlətlərin özlərinin təhlükəsizliyini gücləndirmək niyyəti güdür və hansısa 4-cü, 5-ci dövlətin əleyhinə yönəlməyib. Amma bununla belə, deyəsən, Bakı-Ankara-Tiflis hərbi əməkdaşlıq oxu, ümumiyyətlə, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatı Rusiyada ciddi qıcıq yaradıb, onun marioneti – işğalçı Ermənistanı isə əməllicə təlaşlandırıb.
Belə olmasaydı, nazirlərin Batumi görüşü günü Rusiyanın dövlət agentliyi olan “RİA-Novosti”də Gevorq Mirzəyan ad-soyadlı birisinin imzası ilə son illər yüksəliş dövrü yaşayan Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığını hədəfə alan “Qafqaz yalançı triumviratı: niyə Bakı-Ankara-Tiflis oxu baş tutmaya?” təxribatçı yazı dərc olunmazdı.

Gürcüstanla Türkiyə və Azərbaycanın arasını vurmağa, Rusiyanın Tiflis üçün önəmini qabartmağa hesablanmış bu yazının Rusiyanın dövlət KİV-də getməsi onu göstərir erməninin cızma-qarasının arxasında bilavasitə Kremlin sifarişi və iradəsi dayanır. Bunu isbatlayan dəlillərdən biri də odur ki, müəllif Gevorq Mirzəyan Rusiya hökuməti yanında Maliyyə Universitetinin Politologiya Departamentinin dosentidir.
***
Artıq Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yazıya münasibətini bildirib. O, belə bir təxribatçı məqalənin Rusiyanın rəsmi KİV-ində peyda olmasından təəssüf hissi keçirdiyini və məqsədin də xoş niyyətdən doğmadığını qeyd edib; yazını “ədəbsiz şərh” adlandırıb (APA).

Sitat: “Azərbaycanın qonşu dövlətlərlə münasibətlər qurması məsələsində kiminsə, xüsusən erməni əsilli Qevorq Mirzəyan adlı şəxsin şübhəli, ədəbsiz şərhinə və təhlilinə ehtiyacı yoxdur. Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan əlaqələri var. ”Soyuq müharibə” əhval-ruhiyyəsində olan və terminologiyasından istifadə edən Q.Mirzəyana xatırlatmaq istərdim ki, Azərbaycan mehriban qonşuluq siyasəti yürüdərək Cənubu Qafqazda və onun hüdudlarından kənarda uğurlu və qarşılıqlı faydalı regional əməkdaşlıq modellərinin müəllifidir. Mirzəyanın vətəni olan Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədib. Ermənistanın destruktiv siyasəti Güney Qafqazda sülhün, tam və hərtərəfli regional əməkdaşlığın formalaşmasına ciddi maneədir. Türkiyənin Qarabağ münaqişəsində mövqeyinə gəldikdə isə Mirzəyana xatırlatmaq istərdim ki, Türkiyənin münaqişənin həllində mövqeyi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslanır. Rusiyanın dövlət informasiya agentliyində belə bir yazıya yer verilməsi ciddi sual doğurur. Görəsən, bu, məqsədyönlü xarakter daşımır ki?”
***
Əlbəttə ki, məqsədyönlü xarakter daşıyır. XİN sözçüsü açıq deməsə də, söhbət əslində ÜAK-ın ləğvinin ardınca Rusiyanın Azərbaycana qarşı növbəti demarşından gedir – həm də bu dəfə erməni mirzəsinin əli ilə. Odur ki, yaxşı olardı, Azərbaycan tərəfi cavab haqqından istifadə edib “RİA-Novosti”də öz mövqeyini dərc etdirəydi. Bu, Hikmət Hacıyevin cavabı şəklində də ola bilər….
Məqalənin təsadüfi olmadığına dair daha bir dəlil-sübut: iş ondadır ki, həmin təxribatçı yazı peyda olan gün, yəni müdafiə nazirlərinin Batumi görüşü ilə eyni vaxtda Türkiyə baş naziri Binəli Yıldırım Gürcüstanda rəsmi səfərdə idi. Səfər zamanı əsas diqqət mərkəzində olan mövzu isə tərəflər arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, o sırada Bakı-Tiflis-Qars dəmir yolunun inşası məsələsi, digər mövzular olub. Səfər həmçinin prezident Rəcəb Tayyib Ərdoğanın gələn ay Gürcüstana planlaşdırılan səfərini hazırlamaq niyyəti güdürdü.
Bakı-Tiflis-Qars dəmir yolu layihəsindən danışan Türkiyə baş naziri bu dəmir yolunun tezliklə işə düşəcəyinin anonsunu verib: “Qafqazdan Orta Asiyaya və Uzaq Şərqə, digər tərəfdən isə Anadolu vasitəsilə Avropa və Londona uzanacaq bu ortaq dəhliz tarixi İpək Yolunun vacib hissələrindən biri olacaq. Strateji anlamda bölgə üçün çox önəmli layihədir. Yaxın bir neçə ayda açılışı birlikdə həyata keçirəcəyik. Layihə üç ölkə arasında əlaqələri çox daha irəliyə daşıyacaq. Layihənin əsas iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, Türkmənistan, Qazaxıstan, Çin və digər tərəfdən, Avropa və Balkan ölkələri də layihəyə qoşulacaq. Bu, bölgənin taleyini dəyişəcək”.
***
Məsələ də elə ondadır ki, bölgənin taleyini dəyişəcək bu kimi iri layihələr sonuc etibarilə həm də region ölkələrinin Rusiyadan asılılığını azaldacaq, paralel surətdə qardaş ölkənin önəmini artıracaq, işğalçı Ermənistan isə daha güclü təcrid durumuna düşəcək. Moskva və onun marioneti Ermənistanın narahatlığı bu xüsusda başa düşüləndir.

Bundan əlavə, Azərbaycan, Türkiyə və Gürcüstan strateji əhəmiyyətli Cənub Qaz Dəhlizi layihəsinin də mühüm iştirakçılarıdır. Avropanın Rusiya qazından asılılığını bir az da azaldacaq və Ermənistandan yan keçəcək bu layihədə də Rusiya təbii ki, maraqlı deyil, onu 2017-ci ildə reallaşdırmağa çalışdığı “Türk axını”na rəqib hesab edir.

Bu xüsusda politoloq Elxan Şahinoğlunun şərhi yerinə düşür. Politoloq deyir: “Türkiyə, Azərbaycan, Gürcüstan müdafiə nazirlərinin mütəmadi görüşləri hər üç ölkənin xeyrinədir. Üç ölkə strateji müttəfiq olmaqla regional inkişafda müstəsna rol oynayır. Onları ümumi sərhəddən əlavə böyük enerji layihələri və boru xətləri də birləşdirir. Üstəgəl, yaxın zamanda Bakı-Tiflis-Qars dəmir yolu da istifadəyə veriləcək. Demək, bu cür layihələrin həm də təhlükəsizlik məsələləri həll olunmalıdır. Bu baxımdan, üç ölkənin müdafiə sferasına cavabdeh şəxslərin müxtəlif layihələrin təhlükəsizlik məsələlərini müzakirə etməsi vacibdir. Üç ölkə arasında ortaq hərbi təlimlərin intensivləşdirilməsinə də ehtiyac var, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı bölgədə Rusiya-Ermənistan hərbi ittifaqına qarşı sipər rolu oynamalıdır. Dağlıq Qarabağ uğrunda müharibə başlasa, Gürcüstan Azərbaycanla Ermənistan arasında neytral qala bilməyəcək, seçim etmək məcburiyyətində qalacaq”.
***
Rusiya-Ermənistan ittifaqını qorxudan sözsüz ki, həm də bu amildir – Qarabağ məsələsində Azərbaycan-Türkiyə-Gürcüstan sipərinə tuş gəlmək riski, münaqişənin Moskva-İrəvan ssenarisi üzrə həllinin fiasko olma ehtimalı.
Nəhayət, yazıya dəxli olan daha bir mühüm detal barədə. Maraqlıdır ki, Mirzəyanın məqaləsi həm də Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri günlərinə təsadüf edir. Politoloq Qalib Hüseynliyə görə, prezidentin ər-Riyadda ABŞ prezidenti Donald Trampın da qatıldığı İslam sammitində iştirakı son vaxtlar Azərbaycan əleyhinə addımlar atan Moskvaya bir xəbərdarlıq mesajı sayılmalıdır. “Bu, Kremlə bir mesajdır ki, Bakı geniş seçim imkanına malikdir və günün birindı öz siyasi oriyentirini dəyişə bilər”, – politoloq vurğulayıb.
Mirzəyanın təxribatçı məqaləsini həm də bu mesaja Moskvanın reaksiyası kimi qəbul eləmək lazım gəlir./musavat.com/

Yorumlar