PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

“Macedonia: what happened, what’s happening, what might happen”

Ermenistan Başbakanı Paşinyan, Rus savaş uçağının “pilotu” oldu

Cozef Baydenin Türkiyəyə bugünkü səfəri

Gündem, Manşet Üstü, Türkiye 24 Ağustos 2016
492

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Türkiyəyə bugünkü səfərindən və açıqlamalarındang gəldiyim qənaət budur ki, Vaşinqton Ankara ilə münasibətlərdə “soyuq müharibə” illərində ilişib qalıb. Bunu Baydenin “Türkiyənin Amerikadan yaxın dostu yoxdur” sözləri də xəbər verir. Bəli, İkinci Dünya Müharibəsindən sonra Türkiyənin SSRİ-dən, daha doğrusu diktator Stalindən qorunmasına ehtiyac var idi, çünki bığlı diktator gözünü isti sulara, Bosfor və Dardanel boğazlarına dikmişdi. Belə bir məqamda Vaşinqton Türkiyəni SSRİ-dən qorudu, Amerika qardaş dövləti öz təhlükəsizlik çəmbəri altına aldı.

Ancaq soyuq müharibənin bitməsindən 25 il keçib, dünya ikiqütbü deyil və Türkiyənin olmayan SSRİ-dən qorunmaq üçün mütləq mənada ABŞ-ın hərbi və siyasi dəstəyinə ehtiyacı yoxdur. Əksinə, Ankara Vaşinqtondan anlayış gözləyir, strateji müttəfiqliyə sadiq qalmasını, FETÖ liderinin Amerikadan qovulmasını, ən azı indiki mərhələdə nəzarət altına alınmasını, Suriyada PKK-nın qanadı olan silahlı kürdlərə dəstək verməməsini istəyir. Bayden Ankaranın gözləntiləri ilə bağlı konkret vəd vermədi, mücərrəd açıqlamalar səsləndirdi. Fikrimcə, bu mərhələdə Ankaranın Bayden və ya ABŞ prezidenti Barak Obamadan ciddi gözləntisi qalmayıb. Yanvarda Obama Ağ Evi tərk edir, Ankara onun və Baydenin yerinə gələcək simaları gözləmək məcburiyyətindədir. Ancaq yeni prezident də Ağ Evə yiyələnən kimi FETÖ liderini Pensilvaniyadakı rahat mülkündən Ankarada və ya Türkiyənin digər şəhərindəki ciddi rejimli həbsxanaya göndərən deyil. Belə olan halda Türkiyə ABŞ-dan uzaqlaşmaqda davam edəcək. Bu gedişatın hansı dövlətin işinə yarayacağı bəllidir: Rusiya. Söhbət vaxtilə ABŞ-ın Türkiyəni qoruduğu SSRİ varisi olan dövlətdən gedir. Həqiqətən “soyuq müharibə”dən əsər-əlamət qalmayıb, dövran və regional şərtlər dəyişib və Ankara dəyişən bu şərtlər daxilində yaxın və uzaq qonşularla münasibətlərinə yenidən baxır. Elhan Şahinoğlu

Yorumlar