İsrail’in eski bakanı İran ajanı suçuyla yakalandı

Çin’in Türkiye, ABD’nin Rusya sevdası

Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Portekiz’in Yahudi açılımı ve Türkiye Yahudilerini Portekiz’e kim gönderiyor!

AZƏRBAYCANDAN GÜRCÜSTANA KİM GEDƏCƏK?

Azerbaycan, Ermenistan, Gündem, Gürcistan 23 Mayıs 2018
52

Gürcüstan 26 may Respublika gününü böyük təmtəraqla keçirməyi planlaşdırır. Azərbaycan kimi Gürcüstanda da Respublikanın 100 illiyi qeyd olunur. Bu tədbirlərdə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerlə yanaşı 20-yə yaxın nümayəndə heyəti iştirak edəcək. Gürcüstandakı tədbirlərə Litva, Latviya, Finlyandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri qatılacaqlar. Gürcüstan hakimiyyəti yaranmış fürsətdən istifadə edərək prezidentləri iştirakı ilə Tiflisdə böyük beynəlxalq konfrans da keçirəcək.

Şübhəsiz Gürcüstan hakimiyyəti bayram tədbirləri ilə bağlı Azərbaycana da dəvət göndərib. Ancaq Azərbaycanın Gürcüstandakı tədbirlərdə hansı səviyyədə iştiraka dair məlumat yoxdur. Maraqlıdır ki, tədbirlər tamamlanan kimi Gürcüstana Ermənistanın baş naziri Nikol Paşinyan gedəcək. Paşinyan 30-31 may tarixlərində Tiflisdə görüşlər keçirəcək. Ümumiyyətlə Nikola Paşinyan Gürcüstanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. O, bunu bir neçə gün əvvəl Gürcüstanın televiziya kanalına verdiyi müsahibədə də təsdiq etmişdi. Müsahibədə “biz qardaş xalqlarıq” deyən Paşinyan Gürcüstanla əməkdaşlığı üst səviyyəyə qaldırmaq istəyir.

Bu arada, biz də Gürcüstana diqqəti artırmalıyıq. Görəsən Paşinyanın istəyi qarşsıında rəsmi Tiflis Ermənistanla hansı sahələrdə əməkdaşlığı genişləndirmək istəyir? Bunu dəqiqləşdirməyə ehtiyac var. Biz Qarabağ separatçılarının Abxaz separatçılarının liderləri ilə görüşlərinə etiraz etdik. Ancaq Gürcüstanda sanki bu fakta görməzlikdən yanaşdılar. Üstəgəl Gürcüstan hakimiyyətinin Rusiya-Ermənistan dəmiryolunun fəaliyyətinin bərpasına razılıq verməsi də Azərbaycana xoş olmayan mesajdır.
Elhan Şahinoğlu

Yorumlar