Hazar’ın Sultanı Mihriban Paşa!

“Muharrem”-“Recep” qovğası – Türk seçicisi iki seçim arasında

Civil service system in Azerbaijan

Հեղափոխություններից հետո կալանավորումներից հնարավոր չէ խուսափել

Afrin əməliyyatı kürd planına zərbə vurur..

Gündem 23 Ocak 2018
185

Rusiyanın vasitəçiliyi ilə bu ayın 29-da keçiriləcək Suriya üzrə Milli Konqrensin iclasına Pkk/YPG kürd təşkilatları digər müxafilət partiyalar kimi dəvət edilmişdi.

Moskvanın YPG siyasəti, bu terror təşkilatına Suriyada ABŞ-dan sonra legitimlik qazandırmaq idi. Bu günə kimi Türkiyənin israrı və tələblərinə rəğmən Rusiya Soçi müzakirələrində YPG-nin iştirakını təmin edəcəkdi. Halbuki Moskvanın Türkiyənin əleyhinə bu addımı, Rusiya-Türkiyə və İran formatının apardığı Astana müzakirələrinə ziddi idi.

Kremlin YPG əsas siyasi dəstəyi, bu terror təşkilatının ABŞ-la əlaqələrinə müəyyən dərəcədə təsir etmək və Türkiyə əleyhinə müəyyən zamanda istifadə edərək Ankaraya Suriya məsələsində təzyiq etmək planından ibarətdir.

Ankaranın Afrin əməliyyatından bir gün öncə, qərargah rəisini və MİT müstəşarını Moskvaya göndərməsi, ardınca Afrin əməliyyatına başlaması Rusiyanın YPG siyasətində korrektlər etməyə məcbur oldu. Qeyd etmək lazımdır ki, Türkiyənin Afrinə başladığı “Zeytun budağı” hərbi əməliyyatları Rusiyanın YPG terror təşkilatına həm siyasi dəstəyinin kəsilməsinə, həmçinin Soçidə Suriya Milli Konqrensinə qatılmağının qarşısını aldı.

Göründüyü kimi Moskvanın Türkiyənin hərbi əməliyyatlarına müəyyən dərəcədə dəstək verməsi, Ankaranın ənənəvi müttəfiq olan ABŞ-ın isə, Türkiyə əleyhinə terrorçulara silah-sursat verdiyi ortadadır. Bundan əlavə ABŞ Türkiyənin bu əməliyyatlarına qarşı öz narahatlığını ifadə etməsi başadüşülən deyil. ABŞ o qədər narahatdır ki, bu gün ABŞ dövlət katibi Tillersonla Türkiyə həmkarı Çavuşoğlu ilə görüşə gəlir.

Suriyada Ankara ilə koordinasiya siyasət aparan Kremlin çıxılmaz vəziyyətdə və geosiyasi şərtlər daxilində məcburən Türkiyəyə dəstək verir. Ona görə ki, YPG-nin ABŞ-la müttəfiqliyi Rusiyanın maraqlarına cavab vermir.

Rusiya terror təşkilatının yanında deyil, indiki şərtlər daxilində Ankaranın yanında olması iki ölkə arasında gələcəkdə siyasi əlaqələrin inkişaf etməsində mühüm əhəmiyyət kəsb edəcək.

Qeyd edim ki, bu ayın sonunda Soçidə başlanan Suriya Milli Konqrensinin toplantısında Rusiyanın bütün şərtlərinin Türkiyə və İran tərəfindən qəbul edilməsi və Suriyada Əsədin keçici hakimiyyətdə qalması barədə razılıq əldə olunacaq. Amma ABŞ-ın dəstəklədiyi Cenevrə danışıqları isə, sülh müzakirələri bəhanə olmaqla, Suriyada sülhə deyil, əsasən yenidən xaos və müharibənin davam etməsinə, Suriyanın fedrallaşmasına, Əsədin hakimiyyətinə son verilməsinə hesablanıb.

Qəribədir ki, Vaşinqton Soçi müzakirələrini BMT-nin mandatına uyğun olmadığını qeyd edərək, legitim hesab etmir. Amma ABŞ-dan soruşmaq lazımdır ki, BMT-nin qərarlarına baxmayaraq legitim olmayan Qüdsü İsrailin paytaxtı kimi tanıdı.

Suriyada savaş davam etdikcə, bu regionda yeni müharibə ocaqlarının yaranmasına səbəb olacaq. Beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid edərək, ABŞ-ın Yaxın Şərqdə deestablizasiya siyasətinə xidmət edəcək.

Hazırda Suriyada sülhün bərqərar edilməsinin vaxtı çatıb. Təssüf ki, Vaşinqtonun imza etmədiyi hər hansı sülh müzakirələrinə Suriyada təhlükəsizliyin və sülhün əldə olunması mümkün görünmür. ABŞ hər vəchlə Suriyada müharibəni yeni fazaya keçirməklə, Əsədə qarşı mübarizəni davam etdirəcək.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh Institutunun başqanı Məhəmməd ƏsədullazadəAfrin əməliyyatı kürd planına zərbə vurur..

Məhəmməd Əsədullazadə
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh Institutunun başqanı

Yorumlar