Zeynal Emraliyev: KÖÇƏRYAN SARKİSYANI BELƏ SATDI
İKİ DOSTUN MÜNASİBƏTİ NİYƏ DÜŞMƏNƏ ÇEVRİLDİ ? KÖÇƏRYAN SARKİSYANI BELƏ SATDI Ermənistanın üçüncü prezidenti Robert Koçaryan öz varisi Serj Sarkisyana qarşı açılmış iş üzrə şahid qismində çıxış edir. Bu barədə məhkəmə iclasında prokuror Qorik Ovakimyan məlumat verib. Hadisə Yerablur hərbi panteonunun yaxınlığındakı torpaq sahələrinin 2005-ci ildə, Köçəryanın prezident, Sarkisyanın isə müdafiə naziri olduğu dövrdə özəlləşdirilməsi ilə bağlıdır. Torpaq sahələri o vaxt Müdafiə Nazirliyinin mülkiyyətində olub. Prokuror bildirib ki, istintaq zamanı Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və Serj Sarkisyanın mühafizə rəisi Vaçaqan Qazaryan da şahid qismində çağırılacaqlar. Köçəryanın şahid kimi prossesdə dindirilməsi onu göstərir ki, o da Sarkisyanla bərabər bu işə görə məsuliyyətə cəlb edilə bilər. Nəzərə alaq ki, həmən dövrdə Sarkisyan müdafiə naziri olsa da ölkənin rəhbəri Köçəryan olub. Bu iki şəxsin arasında hələ o vaxtdan ciddi ortaqlığının olduğu bilinən bir fakt idi. 2018 – ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra keçmiş prezidentlərin arasında ” soyuq küləklər ” əsir. Bu isə Köçəryanın Sarkisyan əlehinə şahidlik etmək riskini artırır. Ola bilər ki, o özünü məsuliyyətdən qurtarmaq üçün bu yola əl atsın. Əgər bu hal baş verərsə bu, Ermənistan müxalifəti daxilində qarşılıqlı ittihamlar artıracaq və beləliklə müxalifət daxilində parçalanma sürətlənəcək. Seçki öncəsi baş verən bu hadisə Paşinyana sərf edir. Ermənistan iqtidarının əsas hədəfi gələn il keçiriləcək parlament seçkilərində müxalifətin birləşməsinə imkan verməməkdir. Paşinyan hökuməti son zamanlarda Rusiyaya bağlı olan keçmiş nəsil siyasətçilər nüfuzdan salınması istiqamətində fəal iş aparır. Əsas məqsəd onları siyasət səhnəsindən tamamilə uzaqlaşdırmaqdır. Bu fakt onu göstərir ki, Rusiyanın Ermənistandakı əvvəlki nüfuzu mövcud deyil. Ermənistan siyasətində istər iqtidar, istərsə də müxalifətin içində Qərbə bağlı fiqurlar güclənməkdədir. Rusiyanın ardıcıl şəkildə Köçəryan – Sarkisyan cütlüyünə dəstək verməsi faktı da onu göstərir ki, Moskva Ermənistanda yeni nəsil siyasətçilər arasında özünə sadiq kadrlar tapa bilmir. Baş hadisə eyni zamanda Rusiyanın Sarkisyanı zəiflətmək cəhdi də ola bilər. Belə ki, son zamanlar kifayət qədər aktivləşən keçmiş prezident Qərb ölkələrinin siyasi dairələri ilə də müəyyən danışıqlar aparırdı. Bu Moskvanın qəzəbini çəkə bilər. Ancaq ümumilikdə, bu hadisə ən çox Paşinyana sərf edir. Elə buna görə də, proses uğurla nəticələnərsə bu, ” Qarabağ klanı ” na mənsub olan siyasətçilərin sonunun gəlməsi ilə nəticələnə bilər. Bu isə artıq Ermənistanda bir dövrün sonunun yaxınlaşması deməkdir.
Share this content:
 
								


 
                                     
                                     
                                     
                                    
Yorum gönder