KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Zeynal Əmrəliyev: Tokayev hökuməti tam tərkibdə istefaya göndərib

Zeynal Əmrəliyev: Tokayev hökuməti tam tərkibdə istefaya göndərib

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
73 0

Qazaxıstan prezidenti Kasım Comərd Tokayev hökuməti tam tərkibdə istefaya göndərib. Baş Nazir vəzifəsinin icrası müvəqqəti olaraq Roman Sklyara həvalə edilib. Sklyar buna qədər Baş Nazirin 1 – ci müavini vəzifəsində çalışıb. Maraqlıdır ki, Tokayev Baş Nazir Alixan İsmayılovdan başqa bütün nazirlərə yeni hökumət qurulana qədər vəzifəsini icra etmək tapşırığını verib. Görünür ki, Tokayev İsmayılovla vidalaşmaq istəyir. Qeyd edim ki, Alixan İsmayılov qazax hökumətinin başına Qazaxıstanda kütləvi etirazların fonunda gətirilmişdi. O dövrdə Əsgər Memin hökuməti istefaya göndərilmiş yerinə Alixan İsmayılovun rəhbərliyi altında daha texnokrat hökuməti qurulmuşdu. İsmayılov Qazaxıstanın dünyaca məşhur Əl – Fərabi Universitetini bitirib və ixtisasca menecerdir. 2 il əvvəl Tokayev onu Baş Nazir təyin edəndə özü qarşında nisbətən sözəbaxan hökumət başçısı istəyirdi. İndi nə dəyişdi ki, Tokayev belə bir Baş Naziri istəmir? Hazırda Qazaxıstan Baş Naziri olmağa ən şanslı namizəd Roman Sklayrın özüdür. Yeni qazax hökumətinin nəsə bir dəyişiklik edəcəyini düşünmürəm. Ən azından xarici siyasətdə heç bir dəyişiklik olmayacaq. Çünki xarici siyasət kursu birbaşa prezident tərəfindən idarə edilir. Ancaq sosial sahədə mühüm dəyişiklər gözlənilir. Etiraf edək ki, Alixan İsmayılova ümidlər böyük də olsa Qazaxıstan iqdisadiyyatında böyük irəliləyiş baş vermədi. Hətta Baş Nazirlə bəzi böyük zavod və şirkət rəhbərlərinin münasibəti də yaxşı deyildi. Qazaxıstanda iri ranqlı iş adamları var ki, hansı ki onlar keçmiş prezident Nursultan Nazarbayevin projesi idi, həmən iş adamları Tokayevin nazirlərini saymır. Tokayev hələ Nazarbayevin rəhbərliyi altında çalışarkən onun ən böyük düşməni Qərblə gözəl münasibətləri olan Kərim Mənsimov idi. Uzun illər Prezident Adminstrasiyanın rəhbəri, Baş Nazir və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri kimi vəzifələrdə çalışmış uyğur türkü olan Mənsimov Nazarbayevdən sonra ölkənin ən güclü adamı idi. Ancaq Tokayev Kremlin dəstəyi ilə onu bitirdi. Məsimov indi həbsdədir. Məsələ bundadır ki, bu iş adamlarının üstündə ən böyük təsir elə Kərim Mənsimova məxsus idi. Məhz Qazaxıstanda hadisələrə baş verərkən bir neçə bank rəhbərinə qarşı əməliyyatın şahidi olmuşduq. Daha sonra onların Mənsimovla birləşib mütəşəkkil dəstə halında dövlətə xəyanət etdikləri açıqlandı. Həmən iş adamlarını Nazarbayevlə tanış edən, onları kurasiya edən elə Mənsimov olub. Tokayevin niyyəti indi onları qazanmaqdır. Ancaq bunu münasib bir Baş Nazirlə etmək istəyir. Bu çox çətin məsələdir. Tokayev ya Putin zamanında Mixail Xodorkovski və digərlərinə etdiyi kimi onları məhv etməlidir, yada onlarla hazırda davam edən şəkildə bir – birinə qarışmamaq siyasətini aparmalıdır. İkinci variant olduqca təhlükəlidir. Xırda tərpəniş Tokayevin sonu ola bilər. Kərimov həbsdə də olsa hələ də çox güclüdür və böyük təhlükədir. Bəs birinci variant baş verə bilərmi ? Bu bir qədər müəmmalıdır, lakin gözlənilməz deyil.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir