KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Cənubi Qafqaz Ukraynadan qabağa keçir?

Fuad Gahramanlı: Cənubi Qafqaz Ukraynadan qabağa keçir?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
106 0

Cənubi Qafqaz Ukraynadan qabağa keçir?

Azərbaycan geosiyasi məngənədə.

Yeni ildə regionumuzda yaşanan geosiyasi gərginliyin yeni kəskin mərhələyə daxil olacağı ehtimalı hər gün daha da artmaqdadır. Lavrovun son açıqlaması bu baxımdan diqqəti cəlb edir. Onun Ermənistan-Azərbaycan arasında sülhün yalnız 10 noyabr üştərəfli sazişi əsasında mümkün olacağını deməsi, onu göstərir ki, Rusiya gələn il Qərbin sülh təşəbbüslərini pozmaq üçün hər şeyə əl atmağa hazırdır. Çünki Moskva üçün bu sülh müqaviləsi onun Cənubi Qafqazdan çıxarılmasına səbəb olacaq bir akt hesab olunur.

Buna görə də Lavrovun açıq şəkildə və hədələyici bir formada Ukraynada mövcud olan vəziyyətin Cənubi Qafqazda da təkrarlana biləcəyini dilə gətirməsi Rusiyanın güc yolu ilə tərəflərə təzyiq etməsi, prosesi pozmaq üçün zora əl ata biləcəyi xəbərdarlığı kimi görünür . Böyük ehtimalla Paşiniyan elə bu səbəbdən Avrasiya İqtisadi birliyinin tədbirinə qatılmaqla Putini oyalamağa, sülh müqaviləsi imzalanana qədər Rusiyanın aqressiyasının güclənməsinin qarşısını almağa çalışır. Ancaq aydındlr ki, Azərbaycanın da yenidən Qərbin vasitəçiliyi ilə sülh danışıqlarına qayıtmağa razılıq verməsi şəraitində Rusiya başa düşür ki, uşaq başına sığal çəkməyə bənzəyən bu cür jestlər onu sakitləşdirib əlavə vaxt qazanmağa xidmət edir.

Bu vəziyyətdə Azərbaycan hakimiyyəti anlayır ki, zamanı uzatmaq limiti artıq tükənib və o həlledici geosiyasi seçim tələb edən çətin qərarlar vermək tələbi qarşısındadır. Bakı yaxşı bilir ki, Moskva ilə arasındakı münasibətlərin bundan sonrakı xarakteri Qərbin sülh danışıqlarında iştirak edib etməməklə müəyyən olunacaq. Əgər Qərbin təkidlə tələb etdiyi sülh danışıqlarında iştirak edib sonra da sülhə imza atılarsa, bu zaman Moskva ilə indiki münasibətlərin gərginləşməyə doğru gedəcəyi heç bir şübhə doğurmur. Digər tərəfdən də Azərbaycan rəhbərliyi Qərbin sanksiya ilə bağlı təzyiqlərinə görə nə qədər istəsə də sülh prosesindən kənarda qala bilmir. ABŞ dövlət katibinin köməkçisi Obrayanın Azərbaycana səfərindən sonra verilən bəyanat Bakının məcburiyyət qarşısında qalaraq Rusiyanın mövqeyini nəzərə almadan Qərbin istəyi ilə razılaşmalı olduğunu göstərdi.

O bir tərəfdən də, Türkiyə ABŞ-la aparılan müzakirələriin nəticəsi olaraq bu yöndə Azərbaycana təzyiq göstərməkdədir. Çünki Ankara hesab edir ki, sülh müqaviləsindən sonra o Qərbin dəstəyi ilə Rusiyanın Qafqazdakı yerini tuta və beləliklə də öz strateji təsir imkanlarını genişləndirə bilər. ABŞ – Türkiyə danışıqlarınln nəticəsi olaraq Hakan Fidanın Bakıya gələrək Rusiyanın etirazlarına rəğmən Qərbin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına dəstək bəyanatı verməsi Bakının bu məsələdə küncə sıxışdırıldığı anlamına gəlir.

Bu vəziyyətdə Azərbaycan rəhbərliyi həm Türkiyə, həm də Qərblə eyni vaxtda qarşıdurmaya gedib sülh danışıqlarından çətin ki, boyun qaçıran bilsin. Bakı çox ümid edirdi ki, bu məsələni Ukrayna müharibəsinin sonuna qədər yubada biləcəkdi. Ancaq indi bəlli olur ki, Qərb heç də Cənubi Qafqaz məsələsini Ukrayna müharibəsinin nəticələriə bağlamaq niyyətində deyil, əksinə belə çıxır ki, bizim regionumuzla bağlı məsələlərin həlli daha tez baş verəcək.

Görünür buna görə də növbədənkənar prezident seçkiləri təyin etməklə və daxildə repressiyaları gücləndirməklə Azərbaycan hakimiyyəti bir daha ələ düşməyəcək fürsətdən maximum faydalanmağa çalışır.
Görünür fərqindədirlər ki, sülh müqaviləsi imzalamasından sonra Qərbin regionda təsir imkanlarının artması demokratik institutlarıa qarşı indiki kimi zorakılıq etməyə imkan verməyəcək. Ona görə də hakimiyyət hesab edir ki, yaxın gələcəkdə sülhdən sonra Qərbin demokratiya ilə bağlı tələbləri ilə qarşılaşacağına görə , öz müqavimət imkanlarını yüksək saxlamaq üçün
indidən demokratik qüvvələri mümkün qədər zəiflətməlidir. Ancaq nəzərə alınmır ki, bu gün həyata keçirilən repressiyalar yaxın gələcəkdə ölkədə insan haqlarının vəziyyətini beynəlxalq səviyyədə gündəmə gətirmək üçün daha çox zəmin yaradacaq. Çünki bu repressiyalar ölkədə insan haqlarının vəziyyətini beynəlxalq səviyyədə daha çox aktualllaşdırır.

Ona görə də gələn il Azərbaycan hökumətinin Qərb və Rusiyanın fərqli səbəblər üzündən meydana çıxacaq çarpaz təzyiqləri altıda öz daxili müvazinətini saxlamaq kimi çətin bir geosiyasi vəziyyətlə üzləşəcəyi ehtimalı böyükdür . Bu çətin vəziyyətdə büdrəməməyin yolu repressiyaları gücləndirməkdən deyil, əksinə, Qərb tərəfdaşlarında islahatlara ümid yaratmaqdan keçir. Rusiya isə həmişəki kimi kobud oynayacaq, ona görə də bu halda cəmiyyəti nəzərə almadan ancaq inzibati resurslara söykənmək yetərli olmaya bilər.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir