KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. VƏTƏNPƏRVƏRLİK- VƏTƏNİN QANADI OLMAQ

VƏTƏNPƏRVƏRLİK- VƏTƏNİN QANADI OLMAQ

Gülnara İnanç Gülnara İnanç - - 11 dk okuma süresi
314 0

Mövzuya başlamamışdan əvvəl “dindar” və “vətənpərvər” sözlərinin etimologiyasını araşdıraq. “Dindarlıq” “din” sözünə “dar “ mənsubiyyət bildirən sözdüzədici şəkilçisi əlavə olunmaqla bir dinə mənsub olan şəxs sözü yaranır. Dindar olmaq bu , yaxud digər dini ayələri həyata keçirməkdir. Yəni dini elmi baxımdan araşdıran şəxs dindar olmaya bilər.

Azərbaycan dilinin izahlı lüğətində “Vətənpərvər” sözün ərəbcə vətən və farsca “pərvərdən” söündən yarandığı göstərilir. Bu sözün başqa bir şəkli də var “vətəncanlı” – vətən və can sözlərinnə lı sözsüzəldici şəkilçi əlavə olunmaqla. Yəni vətən ruhlu olmaq.

“Vətənpərvər” sözünün başqa bir çənasını vermək olar- vətən və farsca “pər” qanad sözünün birləşməinə vər şəkilşisinin əlavə olunmasə ilə. Vətənin qanadı olmaq. Vətəni bir canlı varlıq olaraq araşdırsaq ( ictimai , siyasi və sosial varlıq olan vətən də canlıdır) vətəndaş onun qanadıdır. Qanad nə qədər güclü olsa, Vətən o qədər ucalacaq.

Vətənpərvərlik həmçinin öz torpağına və xalqına –vətəninə minnətdar olmaqdır.

Patriotizm isə yunan sözü olub öz dövlətinə və xalqına xüsusi münasibət göstərmək demıkdir.

Vətənpərvərlik öz xalqını , vətənini və dövlətini sevmək deməkdir. Amma bu, mənim dövlətimin başqaları önündə müstəsna olması, ali olması demək deyil. Bu cür düşüncə artıq ksenofobiya, etnik, dini, milli və dövlət şovinizmi kimi təhlükəli amili yaradır. Ən yaxın tariximizdə Alman faşizmi, daha sonra erməni faşizmi özünü “xüsusi” olaraq görməyin bəşəriyyətə nə qədər təhlükə gətirdiyinin əyani nümayişidir.

Dini müstəsnalıq “xaç yürüşləri” və hazırda islamın bütün dinlərdən üstün olması və bu səbəbdən də bütün dünyanın bu qanunlarla yaşamağa məcbur olması kimi iddiaların dünyaya “Əl Qaidə”, daha sonra “İŞİD” kimi bəlalar gətirdi.

İctimai-siyasi fenomen baxımından vətənpərvərliyin- dövlət vətənpərvərliyi, vətəndaş vətənpərvərliyi, fərdi vətənpərvərlik kimi açıqlaması da var. Dövlət vətənpərvərliyi hər bir dövlətin quruculuğun və idrəçiliyin bütün sahələrini əhatə edən siyasətidir. Dövlət vətənpərvərlik siyasətinin mövcud şəraitə görə korrektə olunması mümkündür. Nümunə, hazırda “azərbaycançılıq”, torpaqlarımızın işğal altında olması dövlətin vətənpərvərlik siyasətinin aparıcı istiqamətləridir. “Azərbaycançılıq” ideologiyası belə torpaqlarımızın azad olunması ideyası ilə pərçimlənib.

Vətəndaş vətənpərvərliyi insanların ümumi vətən uğrunda müəyyən əqidə ətraflnda cəm olması, dövlətin kim tərəfindən idarə olunmasından asılı olmayaraq vətənində hər bir ictimasi, soaial, siyasi, təbii hadisələrdə həmrəy olmasıdır. Vətəndaş vətənpərvərliyi aktiv Qarabaq savaşı dövründə, ən son aprel döyüşlərində (vətəndaşlar dövlətinin yanında idi, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyənlər saysız idi) , lap bu günlərdə Azərbaycandan Mingəçevir su elektrik stansiuasında qəza nəticəsində metroda hərəkətin durduğu zaman vətəndaşların bir birinə dəstək olması, panikaya uymaması oldu.

Fərdi vətənpərvərlik cəmiyyətin hər hansı bir üzvünün öz bacardığl sahədə ictimai və dövlət dəstəyini gözləmədən öz imkanları ilə fəaliyyət göstərməkdir.

Fransız vətənpərərliyi bu mənada diqqət çəkir. İkinci dünya savaşı illərində Fransa iki hissəyə bölünmüşdü , bir hissəsində profaşist hakimiyyət mövcud idi. Fransanın həmin illərdə şox məşhur və sevilən müğənnisi Edit Piaf faşist hökumətindən stansız əsirlər qarşısında çıxış etmək üçün icazə alır. Konsertdən sonra bütün əsirlərlə şəkil çəkdirir. Daha sonra fransız müqavimət hərəkatı həmin şəkillər əsasında saxta sənəd hazırlayaraq bütün əsirləri bir- bir əsirlikdən qaçıra bilir.

Müasir dövrdə bir fransız fotoqraf ölkədəki xəstəxanalar, qocalaq evləri, ruhi xəstəxanalarda olur və orada diqqətdən kənarda qalan problemlərin şəklini çəkərək Daxili işlər nazirinə təqdim edir və bunun əsasında uyğun qurumlar problemləri həll edir.

Azərbaycanda sövet sistemi dağıldıqdan sonra dini dəyərlərə maraq artıb. Dini ibadətlə məşğul olanlar da o cümlədən. Dini şüuru, dindarlığı vətən, dövlət, millət amilindən üstə qoymaq cəhdləri xarici qüvvələrin ən şox can atdığı və istifadə etdiyi alətdir.

Etnik şüur daha dərindədir. Dini şüur daha üstdə. Milli şüur dövlətyaradan şüurdur özündə etnik və dini şüuru cəmləşdirir. Azərbaycan çoğrafiyasında yaşayan xalqlar tarixən teqriçilik, zərdüştilik, yəhudilik xristianlıq və ən son islam dinində olduğu üçün, qenetik yaddaşda bu dinlərin hamısı iz buraxıb. Odur ki, hazırda azərbaycanlıların xristianlığa gəlməsi, zərdüştilik və şamanlığa marağı təbiidir. Həm pravoslav, həm katolik, həm də protestan kilsələrində ənənəvi müsəlman ailələrində doğulmuş etnik Azərbaycan türkləri, talışlar, ləzgilər və sair xalqların nümayəndələri var.

Bütün dinlərdə yaşadığın torpağı sevmək, vətəninə minnətdar olmaq kimi tələblər var. Dindar dininə sitayiş etməklə yanaşı vətəninə sadiq olmalı, ola xəyanət etmənəlidir, çünki Allah xəyanəti qəbul etmir. Vətəninə xəyanət edən dininə və təbii ki, bir fərd kimi özünə xəyanət edir. Çünki şərti olaraq “böyük “ xəyanət olan vətənə xəyanət şərti olaraq “kiçik xəyanət” olan özünə xəyanətdir. İnsan yaşadığı torpaqda dünyaya gəlir, müəyyən nailiyyətlər qazanır və bunlara görə vətənə qaytarmalı olan bəzi haqlar var. Bir az daha dərinə getsək Vətənə borc qaytarmaq yox, vətəni sevmək lazımdır. İnsan özünü sevərsə, vətənin sevəcək. Bu zaman nə özünə , nə də vətəninə xəyanət edəcək.

Dünyada yüzlərlə dövləti olmayan xalqlar var. Bəs bu xalqların vətənə və dövlətə olan sevgisi və vətənpərvərliyi necə baş verir.

İnsan ilk növbədə öz mənsub olduğu xalqını, müstəsnalıq göstərmədən sevir, öz vətənini sevir və yaşadığı dövləti. İnsanın vətəni ola bilər, amma onun xalqının dövləti olmaya bilər, bu səbəbdən o, bu , ya digər dövlətin tərkibində yaşayar. Bu halda o, həm öz xalqını, öz vətənini və içində yaşadığı dövlətin bir parçasıdır. AMEA Etnoqrafiya və Arxeologiya İnstitutunun bəlgələrimizdə apardığı tədqiqatlar göstərir ki, müxtəlif etnoslara məxsus insanlar həm öz etnosunu sevir, həm də Azərbaycanı , özünü həm öz etnosunun nümayəndəsi sayır, həm də azərbaycanlı. Bu, eynilə dini mənsubiyyətə də aid edilə bilər.

Bəzi hallarda dini mənsubiyyəti, xüsusilə İslami qaydalarla yaşayanlar , milli kimlik və vətən amilindən daha üstə qoymaq cəhdləri var. Bu cəhdlər insanın xırda eqoist hisslərinə, özünü başqalarından üstün, əlahiddə və xüsusi görmək kimi hisslərinə əsaslanıb.

Məsələn, müsəlman ölkələri onların dövlətinə gələnlərdən islami şərtlərlə yaşamağı tələb edir, amma özləri müsəlman olmayan ölkələrə getdikdə və hətta oranın vətəndaşı olduqda belə öz müsəlman qaydaları ilə yaşamağı tələb edir, həmin ölkələrin qanunlarına qarşı gedir, özlərinə xüsusi hüquqlar tələb edirlər. Bu isə dini şovinizm, başqalarının haqlarına məhəl qoymamaq , dini eqoizmdir.

Azərbaycanda xarici dini mərkəzlərin təsiri altında olan müsəlman və protestant “Yehova şahidləri “ icmasında olan şəxslər özlərini vətən, dövlət və milli dəyərlərdən ayırır və öz iradələrini cəmiyyətə sırımağa çalışırlar. Məsələn, İrana simpatiyası olan bir dindar üçün İran xüsusi, islam dininin əsası kimi dəyərləndirilir, guya İranın ən döğru islam həyatı yaşadığını iddia etməklə Azərbaycanı düşmən obrazı kimi göstərməyə cəhd edir.

Sünni məzhəbində olan birisi ərəb dövlətlərini İslamın əsası kimi göstərərək öz dövlətləri olan Azərbaycanı antoqonist , islam düşməni kimi qələmə verməyə çalışır. Nəticədə bu hallar fərdi vətənpərvərliyi başqa ölkələ qarşı təəşşübkeşliyi formalaşdırır və təbliğ edir , ictimai vətənpərvərlikdə təfriqə yaraqmağa cəhd edir.

Bunun qarşısını savadlı və müsir şərtlərə və çağırışlara cavab verə biləcək üsullardan istifadə etməklə almaq olar. Vətənpərvərlik kiçik yaşlarından başlayaraq sevgi və səmimiyyətlə tərbiyə olunmalıdır. Bu işdə vətənin ana ilə eyniləşdirilərək təbliği daha yaxşı effekt verə bilər.
Gülnara İnanc, “Etnoqlobus” (ethnoglobus.az) Beynəlxalq onlayn mərkəzinin direktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir