ABŞ qardaş ölkəyə terrorçular üzərindən təhdid yaradır

Grozni’den Arabistan’a Ehli Sünnet Tartışmaları

ORLANDO CİNAYETİ

KISACASI GÜNEYDOĞUDA NELER OLUYOR…

Ümumxalq referendumu: Azərbaycan Konstitusiyanı 3-cü dəfə niyə dəyişdirir?

Gündem 27 Eylül 2016
419

Azərbaycanda prezidentin səlahiyyət müddətinin uzadılması və ölkənin inzibati strukturlarının islahatı üzrə referendum başa çatdı.

Virtualaz.org RBK-ya istinadən bildirir ki, eskperlər buna-referendumun keçirilməsinə ölkədəki kəskin iqisadi böhranın təkan verdiyini bildirirlər.

Əliyev paketi

Xatırladaq ki, Referendum Aktı layihəsində Konstitusiyada prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qədər artırılması təklif edilirdi. Bundan başqa, sənəddə Azərbaycan prezidenti vəzifəsinə seçilmək üçün vətəndaşın ən az 35 yaşı olması barədə müddəanın çıxarılması haqda paraqraf vardı. Layihə birinci vitse-prezident və vitse-prezident vəzifələrinin tətbiqini də nəzərdə tuturdu.

Mövcud əsas qanuna görə, prezident öz vəzifəsindən vaxtından əvvəl getdiyi təqdirdə onun səlahiyyətlərini baş nazir həyata keçirirdisə, yeni layihədə həmin hüquq birinci vitse-prezidentə verilir.

Sənəddə həmçinin, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi barədə qərar vermək hüququnun verilməsi nəzərdə tutulur.

Bundan əlavə, layihəyə vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddinin 25-dən 18-ə endirilməsi barədə bənd daxil edilib.

Milli təhlükəsizliyi təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa da dəyişikliklərdə əksini tapıb.

Konstitusiyanın hazırda qüvvədə olan redaksiyasına əsasən, Azərbaycan prezidentinin Ali Baş Komandan kimi Azərbaycan Ordusunun zabitlərindən fərqli olaraq, Milli Qvardiyanın komandanlığına, Daxili Qoşunların komandanlığına və ümumiyyətlə, silahlı birləşmələrin zabitlərinə birbaşa əmr vermək səlahiyyətləri təsbit edilməyib. Bu maddənin təklif olunan yeni redaksiyası Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olmasını nəzərdə tutur. Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti silahlı birləşmələrin də Ali Baş Komandanı olacaq.

Referendum Aktı layihəsində, eyni zamanda insan hüquq və azadlıqlarının daha geniş müdafiəsini nəzərdə tutan dəyişikliklər də yer alıb.

Xatırladaq ki, Azərbaycan hokümətinə 1996-ı ildən bəri qısa fasilələrlə 81 yaşlı Arur Rasizadə başçılıq edir. Opinionway-ın keçirdiyi “exit-poll”un nəticələrinə görə, prezident müddətinin uzadılmasına referendumda iştirak edən seçicilərin 80%-ə yaxını səs verib.

Daxili səbəblər

Qeyd edək ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Azərbaycan Prezidenti tərəfindən Konstitusiya Məhkəməsinə bu il iyulun 18-də göndərilib. Qonşu və dost Türkiyədə hərbi çevriliş cəhdindən bir neçə gün sonra. Daha bir həftə sonra Konstitusiya Məhkəməsi düzəlişləri bəyəndi. Ondan sonra isə İ.Əliyev sentyabrın sonuna referendumun təyin edilməsi haqda fərman imzaladı.

Bəziləri bildirirlər ki, bu hadisələrə apreldə uzun illərdən bəri Dagliq Qarabagda vəziyyətin ilk dəfə kəskinləşməsi də səbəb olub. Yeri gəlmişkən, bir müddət əvvəl RBK-ya açıqlamasında Asiya və Yaxın Şərq Mərkəznin rəhbəri Anna Qlazova bildirmişdi ki, Rusiya ilə Türkiyə arasındakı regional gərginlik bu münaqişəni yenidən gündəmə gətirdi.

Azərbaycan ekspertləri isə əmindirlər ki, Konstitusiyaya dəyişikliklər təkcə xarici səbəblərlə bagli deyil. Məsələn, Milli Məclisin deputatı Çingiz Qənizadə deyir ki, bu hadisələr arasında heç bir əlaqə yoxdur: “Biz müharibə istəmirik, amma işgal olunmuş ərazilərin qaytarılması sülh yolu ilə mümkün olmasa, bizim istənilən vasitələrdən istifadə emək hüququmuz var. Burada referendumun nəticələri heç bir rol oynamır”.

Milli Məclisin keçmiş spikeri və müxalif Müsavat Partiyasının lideri İsa Qəmbər də referendumla həmin hadisələr arasında birbaşa əlaqənin oldugunu qəbul etmir: “Hakimiyyət kifayət qədər mürəkkəb vəziyyət qarşısında qalıb. Bir tərəfdən neftin qiymətinin düşməsi, digər tərəfdən iqtisadiyyatın səmərəliliyinin aşagi olması ciddi böhrana gətirib çıxarıb. Bundan başqa, görünür, prezident nə deputatlara, nə də məmurlara inanır və hakimiyyətin təhlükəsiz şəkildə – inzibati islahatlarla otürülməsini təmin etmək istəyir”. .

“Varis” əməliyyatı

Prezidentin yenidən seçilməsi ilə baglı limitin götürülməsi Əliyevə 2013-cü ildə 3-cü dəfə seçilmək imkanı verdi. Növbəti prezident seçkiləri 2018-ci ildə, sonra – yeni düzəlişlərin qəbul olunacagi təqdirdə isə artıq 2025-ci ildə keçiriləcək. O vaxt Əliyevin 63, onun yeganə oglu – kiçik Heydər Əliyevin isə 28 yaşı olacaq. Bu faktı qabardan rusiyalı politoloq Sergey Markedonov deyir kİ, dövlət başçısının seçilməsi üçün aşagi yaş həddinin dəyişdirirlməsi məhz prezident oglunun varis kimi təsdiq edilməsi üçündür.

Amma haqqin.az və virtualaz.org informasiya agentliklərinin rəhbəri Eynulla Fətullayev bu nəzəriyyəyə şübhə ilə yanaşır: “Birincisi, İlham Əliyev özu hələ kifayət qədər cavandır, ikincisi, 2025-ci il seçkiləri kifayət qədər uzaq perspektivdir. Böyük ehtimalla bu zərurət siyasi elitanın regenerasiyasına olan ehtiyacdan dogub. Hakimiyyət gəncləri parlamentə və mühüm dövlət postlarına cəlb eməklə kadr islahatları həyata keçirəcək.

Bundan başqa, referendumdan sonra siyasi və iqisadi islahatların həyata keçiriləcəyi də gozlənilir. Son iki il ərzində neft qiymətlərinin düşməsinə görə Azərbaycan iqtisadiyyatı sürəkli böhran həddinə enib. Mərkəzi Bank 2015-ci ilin dekabrında manatın məzənnəsinin üzən kursuna keçdi. Bundan sonra milli valyuta bir gün ərzində 1,5 dəfə ucuzlaşdı. Mərkəzi Bank qış ərzində bankalrdankənar valyuta dəyişdirilməsini qadagan etdi və onun ölkədən çıxarılmasına məhdudiyyət qoydu”.

“Əsas odur ki, hazırda rejim hakimiyyəti hakim ailənin ətrafında cəmləşdirməyə çalışır. Qalan şeylər artıq detallardır”, –deyə İsa Qəmbər kiçik Əliyevn seçkilərdə mümkün iştirakını şərh edərkən deyib.

Onun sozlərinə gorə, bu, kənardan hakimiyyətin mohkəmləndirilməsi kimi gorünsə də, əslində prezident təkcə cəmiyyətdən yox, həm də məmurlar ordusundan aralı düşür, hansı ki, rejim üçün daxili və xarici məsələlərin həllində çətinliklər yarada bilər.

Eynulla Fətullayev isə daha optimisdir, baxmayaraq ki, hakimiyyət institutlarının möhkəmləndirilməsinin və iqisadiyyatın xammaldan dönüş modelinin ən azı 5-10 il çəkəcəyi barədə xəbərdarlıq edir: “Referendumun əsas səbəbi iqtisadiyyatla baglıdır, baxmayaraq ki, biz indinin özündə də bu hakimiyyətin alternativinə malik deyilik: ya Əliyev, ya da islamçılar”.

Eynulla Fətullayev həmçinin qeyd edir ki, referendum torpaq islahatlarının həyata keçirilməsi üçün qanunverici baza yaratmaga imkan verəcək.

“Müxalifət və ekspertlər ölkənin qeyri-neft sektorunun inkişaf etdiirlməsinə cagırırlar. Prezident özü də buna çagırır. Artıq neçə illərdir ki, o, Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsinə ehtiyacın oldugu haqda danışır. Amma əgər torpaqların hamısı oliqarxlar və bir çox keçmiş məmurlar tərəfindən tutulubsa, bunu necə etməli? Həmin torpaqların qaytarılması üçün mexanizm olmalıdır. Bu, həmin torpaqları qamarlayan və əldə saxlayan keçmiş məmurlara qarşı müharibədir”,-deyə Eynulla Fətullayev vurguluyor.
terefdar.az/

Yorumlar