İdlip Olayı Nasıl İncelenmeli -II-

США ввели санкции против Китая

İdlib Mutabakatı Oyunları Bozdu…

PKK destekçisi Avusturyalı gazeteci Max Zirngast neden tutuklandı?

Üç ölkə kürdlərə qarşı birgə əməliyyat hazırlığında

Gündem 4 Ekim 2017
252

Siyasi analitik Həsən Oktayın fikrincə, hazırda beynəlxalq vəziyyət buna imkan verməsə də, bunun üçün əsaslar formalaşdırıla bilər

Xəbər verdiyimiz kimi, oktyabrın 2-də Türkiyə ordusu Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar İrana səfər edib. “Təsnim” agentliyinin məlumatına görə, Akar Tehrana İran ordusu Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqirinin dəvəti ilə səfər edib. Tehranda Akar və Baqiri Şimali İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilən referendum, iki ölkə arasında əməkdaşlıq, sərhəd təhlükəsizliyi, hərbi əməkdaşlıq, qaçaqmalçılıqla mübarizə, Suriya böhranı və regional problemlər müzakirə olunub.

General Akarın İran prezidenti Həsən Ruhani ilə görüşü zamanı da əsas mövzu regiondakı vəziyyət, terrorizmə qarşı mübarizə, ortaq təhdidlərə qarşı mübarizə haqda danışılıb. İran prezidenti İraqda kürd referendumunu nəzərdə tutaraq coğrafi sərhədlərin dəyişdirilməsinin bölgədə qeyri-sabitliyin yaranmasına gətirəcəyini bildirib. Eyni zamanda təhlükəsizliyə zərbə olacağını qeyd edib. Bundan başqa, İran prezidenti iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın və münasibətlərin inkişaf etdirilməsi, təcrübə mübadilə proqramlarının həyata keçirilməsi kimi məsələlər müzakirə olunub. Həsən Ruhani iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin əsas hədəflərindən birinin terrora qarşı mübarizədə əməkdaşlıq olduğunu qeyd edib.

Hulusi Akar isə Türkiyənin İraq və Suriya başda olmaqla, bölgə ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını, terrorizmə mübarizədə İran və digər dost ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bildirib.

Hulusi Akarın daha bir görüşü İran Ali Milli Təhlükəsizlik Şurasının sədri və dini liderin təmsilçisi, admiral Əli Şamxani ilə olub. Bu görüşdə də təhlükəsizlik, sərhədlərin qorunması, regional vəziyyət, Suriya müharibəsi müzakirə olunub. Şamxani ilə Akar arasında Rusiya, Türkiyə və İranın Astana sammitində əldə olunmuş razılaşmanın icrası ilə bağlı danışılıb.

Qeyd edək ki, oktyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri baş tutacaq. Hulusi Akarın Tehran ziyarəti müdafiə və təhlükəsizlik sahəsində iki ölkə arasında əməkdaşlığın artırılması ilə yanaşı, Türkiyə prezidentinin Tehran səfəri öncəsi əldə olunacaq hərbi sahədə anlaşmaların detallarının razılaşdırılması məqsədi daşıya bilər.

Lakin ekspertlərə görə, Akarın Tehrana səfərində əsas mövzu kürd məsələsidir. Çünki İraqda yaranmış yeni vəziyyət, kürdlərin referendum keçirməsi birbaşa iki ölkəni – İran və Türkiyəni təhdid edir. Hər iki ölkə İraqdakı kürd muxtariyyəti ilə birbaşa sərhədə malikdir, üstəlik, öz ərazilərində ciddi sayda kürd etnik qrupu var və bunların içərisində silahlı separatçı təşkilatlar mövcuddur. Həm Ankara, həm də Tehran növbəti mərhələdə kürd separatizminin öz ərazilərində alovlanmasından narahatdır. Bunun üçün sərhədlərin möhkəmləndirilməsi, daxildəki separatizmin qarşısının alınması ilə yanaşı, regional əməkdaşlıq mühümdür. Çünki sərhədlər xeyli dərəcədə “açıqdır” və iki ölkə arasında əməkdaşlıq olmasa, terrorun yayılmasının qarşısını almaq mümkün olmayacaq.

Image result for Siyasi analitik Həsən Oktay

Yeri gəlmişkən, ötən gün İran mətbuatı SEPAH quru qoşunlarının komandanı, general Məhəmməd Pakpura istinadən İran və İraq ordusunun sərhəddə birgə hərbi təlimlərə başladığı haqda xəbər yayıb. Təlimlərdə quru qüvvələri, artilleriya, zirehli texnika, vertolyotlar və pilotsuz aparatlar iştirak edir. Əsas məqsəd sərhəd təhlükəsizliyinin təmin olunmasıdır. Ötən həftə Türkiyə və İraq ordusu da sərhəddə birgə təlimlərə başlayıb. Bundan başqa hazırda Türkiyə və İraq hökumətləri iki ölkə arasında əsas sərhəd-keçid məntəqəsi hesab olunan Habur gömrük-keçid məntəqəsinə alternativ yeni körpünün yaradılması və bu bölgənin İraq hökumətinin nəzarətində olması ilə bağlı danışıqlar aparır. Bütün bunlar kürd administrasiyasına təzyiq etmək, separatçı qərardan geri çəkilməsinə nail olmaq məqsədi güdür.

Ancaq bütün bu təzyiqlərin fayda verməyəcəyi təqdirdə Türkiyə, İran və İraqın kürd muxtariyyəti ərazisinə hərbi müdaxilə həyata keçirə biləcəyi haqda xəbərlər dolaşır. 3 ölkə arasında son günlərdə hərbi sahədə əməkdaşlığın və məsləhətləşmələrin (ötən həftə İraq ordusu Baş Qərargah rəisi Ankarada idi – K.R.) keçirilməsi hərbi müdaxilə versiyalarını aktuallaşdırır.

Ankarada yerləşən “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oktay deyir ki, Şimali İraqda keçirilən referendum və onun ardınca baş verən olaylar ən çox Türkiyə və İrana təsir edəcək: “İrana görə kürd dövləti ideyasını İsrail dəstəkləyir və bu da gələcəkdə İrana ciddi problemlər yarada bilər. Türkiyə üçün isə son 10 ildir çox yaxşı əlaqələrin mövcud olduğu Bərzaninin Ankara ilə razılaşdırmadan və hətta Türkiyənin etirazlarına rəğmən referendum keçirməsi narahatlıq yaradıb”.

H.Oktayın fikrincə, birbaşa hərbi müdaxilə az ehtimal olsa da, qarşıdurma qaçılmaz ola bilər: “Beynəlxalq hüquq baxımından Türkiyə və ya İranın Şimali İraqa birbaşa hərbi müdaxilə həyata keçirməsi hazırda real görünmür. Ancaq eyni zamanda Türkiyə və İranın sərhədlərini təhdid edən qruplara qarşı təhlükəsizliyin təmin olunması məqsədilə əməliyyatlar keçirə bilərlər. Son bir ayda İran və Türkiyə Baş Qərargah rəislərinin qarşılıqlı səfərləri bölgədə qaynar olayların olacağına işarədir. İranın, Türkiyənin və hətta iki gün əvvəl Ankaraya gələn Putinin açıqlamalarında İraqın ərazi bütövlüyünə edilən vurğu çox mühümdür. Bu prosesdə mərkəzi Bağdad hökumətinin atacağı addımlar əhəmiyyətlidir. Tehran səfəri zamanı İran və Türkiyə arasında anlaşmanın əldə olunması və bunun əsasında birgə hərbi əməliyyatların keçirilməsi üçün hüquqi əsas yaradıla bilər”.

Kenan Rovşenoğlu
http://musavat.com/ru/mobile/news/uc-olke-kurdlere-qarsi-birge-emeliyyat-hazirliginda_472645.html

Yorumlar