KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyəyə qarşı savaş açılıb

Türkiyəyə qarşı savaş açılıb

Hasan Oktay Hasan Oktay - - 10 dk okuma süresi
424 0

Hasan Oktay: “Bu savaşda silah olaraq PKK və İŞİD terror təşkilatından istifadə edilməkdədir”

“1914-1918-ci illərdə Osmanlı dövlətinə qarşı nə həyata keçirilirdisə, bu gün də eynisi İŞİD və PKK terror təşkilatları vasitəsilə təkrarlanır”

Türkiyə bir neçə aydır ki, beynəlxalq terror şəbəkəsinin əsas hədəfinə çevrilib. Bir terror aktının ağrı-acısı sona çatmamış qardaş ölkə daha bir xain hücuma məruz qalır. Artıq terror təkcə Ankara və İstanbulda deyil, digər vilayətlərdə də həyata keçirilir. Ötən həftə sonu Kayseridə baş tutan terrakt bunun sübutudur. Bəs görəsən silsiləli şəkildə həyata keçirilən terraktlarla Türkiyəyə hansı mesaj verilir? Ümumiyyətlə, bu terrorun arxasında duran beynəlxalq güclər varmı? Və bu kimi xain hücumlarla Türkiyəni yolundan döndərmək mümkün olacaqmı? Bə və digər suallarla Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Arşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik. “OLAYLAR”- verdiyi müsahibədə Hasan Oktay Kayseri terrorunu doğuran səbəblər, onu həyata keçirən qüvvələrin başlıca niyyəti və s. barədə danışmaqla bərabər onu da bildirib ki, bütün bu cəhdlərə baxmayaraq Türkiyəni diz çökdürmək mümkün olmayacaq.

-Hasan bəy, təəssüflər olsun ki, terror artıq Türkiyənin günlük həyat tərzinə çevrilib və son aylar ard-arda baş verən terror aktları onlarla insanın həyatına son qoydu. Sizcə, həyata keçirilən bu terraktlar sözün əsl mənasında nəyə hesablanıb?

-Türkiyədə son vaxtlar həyata keçirilən terror aktlarının hansı məqsədə xidmət etdiyi diqqət mərkəzindədir. Suriya böhranından bu yana Türkiyə terrorun açıq-aşkar hədəfinə çevrilib. Bu bir tərəfdən Türkiyə Respublikası dövlətinin rəhbərlərinin məsələni düzgün dəyərləndirməməsi ilə bağlıdırsa, digər tərəfdən Türkiyənin bölgədə aktiv rol oynamasını istəməyənlərin təsiri ilə əlaqədardır. Xüsusilə, sabiq xarici işlər naziri Əhməd Davudoğlunun bölgədəki prosesləri düzgün dəyərləndirməyərək tətbiq etdiyi siyasət Türkiyəni terrorun hədəfi halına gətirib. Terrorun məqsədi Türkiyəni bu proseslərdən geri çəkindirmək, onu qorxutmaqdır. Türkiyə 30 il PKK terror təşkilatına qarşı mübarizə apardığı bir halda indi isə bir çox terror qruplaşmalarının hədəfi halına gətirilib. Terrorun əsas məqsədi Türkiyəni geri çəkindirməkdir. Lakin terror vasitəsilə Türkiyə ilə hesablaşmaq istəyən dövlətlər bu əməllərinə çata bilməyəcəklər.

-Artıq bunu PKK-nın terror aksiyaları deyil, Türkiyəyə qarşı başlamış bir müharibə kimi dəyərləndirmək olarmı?

-Əlbəttə. Bu Türkiyəyə qarşı açılmış bir savaşdır və bu savaşda silah olaraq PKK və İŞİD terror təşkilatından istifadə edilməkdədir. Amma istər PKK, istərsə də İŞİD terror təşkilatı olsun, onların öz əməllərinə çatmaları mümkün deyil. Bu hər iki terror təşkilatı nə etdiyini anlamadan, nə üçün istifadə edildiklərini bilmədən terror aksiyaları həyata keçirirlər. Hər iki terror təşkilatının arxasındakı güclər Türkiyəni diz çökdürmək istəyirlər. Ancaq hesab etmirlər ki, türklər ən çətin günlərdə belə bir çıxış qapısı tapa bilirlər. Bu Allahın Türklərə bir lütfüdür. 1914-1918-ci illərdə Osmanlı dövlətinə qarşı nə həyata keçirilirdisə, bu gün də eynisi İŞİD və PKK terror təşkilatları vasitəsilə təkrarlanır. Bütün bu terrorların məqsədi Türkiyədə vətəndaş müharibəsinə nail olmaq və bununla da bölgədə təsirli qüvvəyə çevrilməkdir.

-Belə çıxır ki, Türkiyəyə qarşı başladılmış bu savaşın arxasında Qərb və bəzi Avropa dövlətləri dayanır?

-Türkiyəyə qarşı açılmış bu savaşın arxasında hansı dövlətlərin dayandığını söyləmək beynəlxalq münasibətlər sisteminə uyğun olmaz. Amma tam açıq şəkildə və cəsarətlə söyləmək mümkündür ki, Birləşmiş Ştatları və İran hazırda bölgədə Türkiyəyə qarşı bir ittifaq formalaşdırıb. Lakin bu ittifaqlar keçici bir dövr üçündür. Çünki İran fərqində olmadan odun içinə atılıb. Bundan başqa Avropa Birliyi Türkiyədəki terror təşkilatlarını dəstəkləməklə tarixi bir səhvə yol verməkdədir. Onların Türkiyə hökuməti ilə bir çox mövzuda razılığa gələ bilməməsi bu dairələrin terrora dəstək vermələrini şərtləndirə bilməz. Terror beynəlxalq bir bəladır və bu bəlaya şərik olanlar artıqlaması ilə ondan əziyyət çəkərlər.

-Bəzi ekspertlər hesab edirlər ki, terror aksiyaları Türkiyənin Rusiya ilə əlaqələrinin inkişaf etdirilməsinə və Yaxın Şərqlə bağlı ortaya qoyduğu mövqeyə cavab olaraq reallaşdırılır. Siz bu barədə nə düşünürsünüz?

-Türkiyə Rusiya əlaqələri bir tənliyin bilinməyən, amma ən əhəmiyyətli problemidir. 24 noyabr təyyarə böhranından sonra bütün dünya Türkiyə ilə Rusiyanı vuruşdurmaq üçün əlindən gələn səyi göstərmişdir. Lakin regional gerçəklikər bu döyüşün önünə keçdi. 24 noyabr təyyarə böhranı və Türkiyədə baş verən 15 iyul hərbi çevriliş cəhdi bir-biriylə əlaqəlidir. 24 noyabrda Türkiyə ilə Rusiyanı vuruşdura bilməyənlər bunun intiqamını 15 iyul zərbəsi ilə almaq istədilər. Hazırda isə terror təşkilatları vasitəsilə Türkiyə ilə hesablaşırlar. Lakin onların bu niyyətləri baş tutmayacaq. Türkiyə regional güc olacaq. Eyni zamanda bütün ittifaqların axtarılan dövləti olacaq Türkiyənin təcrübəsi tarixi bir təcrübədir. Bu həm də regional bir gerçəklikdir. İnanıram ki, çox qısa zamanda Rusya-Türkiyə əlaqələri gözləniləndən də daha yaxşı bir səviyyəyə çatacaq.

-Bu arada Kayseridə milliyətçilərin HDP-nin binasını yandırması planlı şəkildə vətəndaş qarşıdurmasına şərait yaratmaq deyilmi?

-Kayseridə meydana gələn hadisə ilə əlaqədar çox ətrafı düşünmək lazımdır. Hadisə sadə bir terror hücumu deyil. Bu birbaşa Türkiyəyə edilmiş bir hücum olaraq bu ölkədə vətəndaş müharibəsi yaratmaq istəyənlərin planlarıdır. Biz hadisə baş verər-verməz HDP binalarına hücum olacağını və bunun da milliyyətçi qruplar tərəfindən törədiləcəyini açıqladıq. Hətta dövlətin terrorun hansı istiqamətdən gəldiyini bildiyi üçün bir müddət öncə HDP deputatlarının bəzilərinin qoruma məqsədli nəzarətə aldığını söyləmişdik. Həmçinin bu günlərdə həmin millət vəkillərinə qarşı bəzi sui-qəsdlərin olacağı, bu sui-qəsdlər nəticəsində Türkiyədə qarışıqlıq yaradılacağını da ifadə etmişdik. Kayseri terraktı bir növ dövlətin aldığı qabaqlayıcı tədbirlərə, yəni HDP-li deputatlara sui-qəsd təşkil edilməsinin qarşısının alınmasına yönəlmiş bir cavabdır. Ona görə də Kayseridə belə bir terror aktı həyata keçirildi. Bununla onlar öz hədəflərinə nail olmağa çalışdılar. Türk millətçiləri dünya gerçəklərini və Türkiyənin içində olduğu gerçəkləri çox yaxşı görərək vətəndaş müharibəsinə stimul yaratmamalıdırlar. Bu mənada MHP lideri Dövlət Bahçeli çox əhəmiyyətli fikirlər bildirir, addımlar atır. O, həm millətçiləri soyuqqanlı davranmağa çağırır, həm də dövlətə terrora qarşı mübarizə məsələsində hər cür dəstək olur. Türkiyə bir vətəndaş müharibəsinə yuvarlanacağı təqdirdə bundan ən çox ziyan görən məhz milliyyətçi seqment olacaq. Onun üçün Türk milləti qətiyyətlə vətəndaş müharibəsinin tərəfdarı olmayacaq. Kayseridəki həyata keçirilən terror aktı gözlənildiyinin əksinə olaraq soyuqqanlılıqla qatşılandı ki, burada da Dövlət Bahçelinin böyük səyi var. Bununla o, vətəndaş müharibəsinin qarşısını almış oldu. Türk millətçiləri çox həssas və sayıq olmalıdırlar. Həmçinin terror üzərindən Türkiyəni diz çökdürməyə çalışanlara alət olmamalıdırlar.

-Türkiyə bu terrorların öhdəsindən gələ biləcəkmi?

-Terror qısa zamanda bitəcək və Türkiyə bölgədə yeni ittifaqlarla regional güc olma nöqtəsinə çatacaq. Həmçinin beynəlxalq əlaqələri inkişaf etdirərək üstün bir mövqeyə sahib olacaq. Hesab edirəm ki, Türk millətçiləri və Türk dünyası Dövlət Bahçelinin fikirlərini, çıxışlarını diqqətli təqib etməli izləməlidirlər.

Süleyman İsmayılbəyli

Olaylar.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir