KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə -Rusiya yaxınlaşması

Türkiyə -Rusiya yaxınlaşması

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
490 0

Martın 10-da gözlənildiyi kimi Türkiyə prezidenti R.Tayyib Ərdoğanın Rusiyaya səfəri gerçəkləşdi. Bu səfər özündə Suriya münaqişəsinin və Türkiyə-Qərb əlaqələrinin dərin böhran keçirdiyi fonunda baş verirdi. Hazırda iki ölkə Qərblə ciddi qarşıdurma ərəfəsində birgə ortaq lahiyələrə imza ataraq, Qərbə qarşı yumşaq güc nümayiş etdirməkdədirlər. Xüsusilə Türkiyə rəhbərliyi ötən il hərbi çevrilişə cəhddən sonra, Rusiyanın ciddi dəstəyi fonunda öz kursunu Moskvayla yaxınlaşmağa istiqamətlədi. Ərdiğanın 15-İyul olayından sonra, Avropadan mümkün dəstəyi ala bilmədiyini görən Putin, bunu özü üçün fürsət görərək, Türkiyəni öz orbitinə çəkməyə çalışdı. Putin bununla NATO-nun önəmli müttəfiqini yanına çəkməklə, bu hərbi alyansın Yaxın Şərq siyasətini boşluğa gətirib çıxaracağını planlaşdırdı. Görünən odur ki, Putin bir qədər istəyinə yaxınlaşmaqdadır.Qeyd etmək lazımdır ki, Türkiyənin gələn ay apreldə keçiriləcək referendumla bağlı Avropa ilə Türkiyənin əlaqləri hər keçən gün gərginləşməkdədir. Həmçinin Ərdoğanın Moskvaya kurs götürməsində də ciddi hesablamaları olduğu şübhəsizdir. Ötən il Təyyarə insdentindən sonra, hər iki tərəf ciddi siyasi böhrana girərək, iqtisadi və siyasi əlaqlərdə böyük durğunluq yaşamışdı. Bu instendən sonra, Türkiyə iqtisadi cəhətdən milyardlarla dollar itirir və turizm sektoru axsayırdı. Həmçinin siyasi və təhlükəsizlik sahəsində Suriyaya qarşı birbaşa hərbi müdaxiləyə keçə bilmirdi. Bu yaşanan olaylar, Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi kürdlərin terrorçu hərbi-siyasi təşkilatı olan PYD-nin böyük bir əraziləri tutması ilə müşayiət olnurdu. Rusiya ilə əlaqələri normallaşdırandan sonra,Türkiyə “Fərat qalxanı” əməliyyatına strat verdi. Bu əməliyyat Yaxın Şərqdə geosiyasi dəngələrdə mühüm dəyişikliyə yol açmaqdadır. Türkiyə Şimali Suriyada İŞİD -i məğlub etməkdə, həmçinin kürdlərin muxtariyyət arzusunun puç olmasına gətirib çıxarda biləcək uğurlu əməliyyatlara imza atdı.
Hazırda Türkiyə və Rusiya Suriyada kordinasiyalı fəaliyyət göstərsələrdə, Suriyada Rusiyanın dominant olması, bəzi strateji əhəmiyyətli məsələlərdə Türkiyə ilə maraqları toqquşmaqdadır. Çünki, Putin Türkiyənin Suriyada qalıcılığını qəbul etmir. Türkiyədə Suriyada Rusiyanın uzun vədəli siyasətini öz milli və regional maraqlarına təhlükə hesab edir. Ərdoğan gerçəkləşdirdiyi Moskva səfərində bir sıra məsələləri həll etməyi planlaşdırırdı. Cənab Ərdoğanın bu səfərdə əsas məqsədi, birinci olaraq, Rusiya-Türkiyə iqtisadi əlaqələrini möhkəmləndirilməsidir. Çünki, Rusiya Türkiyəyə qarşı bəzi iqtisadi embarqonu aradan götürməyib. Təbii ki, bu iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən faktordur. Və, bu iqtisadi razılaşma hər iki ölkənin ortaq maraqlarına cavab verir. İkinci, Moskvanın dəstəyi ilə Suriyada kürdlərin muxtariyyətinə imkan verməmək, Suriyanın ərazi bütövlüyünü qorumaq. Üçncü, Moskvada PYD-nin nümayəndəliyinin bağlanması və Suriyanın şimalında bufer zonanın yaradılmasına Moskvanın dəstəyin almaqdır. Qeyd etmək lazımdır ki, Rusiya isə, öz növbəsində PYD-nin hərbi qolunu və PKK- nı terrorçu təşkilat kimi qəbul etmir. Bu səfərdən sonra da, öz siyasətini davam etdirəcəyi, kardinal dəyişikliklərə getməyəcəyi gözlənilir. Həmçinin PYD-nin Moskva ofisinidə bağlamayacağı bunun sırasındadır. Çünki, kürd məsələsi, Rusiyanın Türkiyə üçün təzyiq kartıdır. Cənab Ərdoğan yalnız, bu səfərlə iqtisadi münasibətləri qaydasına salmış oldu.Siyasi proseslərdə fikir ayrılıqları qalmaqda olacaq. Amma, Türkiyənin bundan sonrada Suriyada hərbi iştirakına dəstək aldı. Aparılan danışıqlarda Rusiya yalnız, kürdlərə silahlı dəstək verməyəcəyini öz öhdəsinə götürür.
Bu səfərdə regional problemlərdə iki ölkənin əməkdaşlığı pioritet olsada, əsas vurğu yapılan Türkiyənin Rusiya ilə müdafiə sahəsində hərbi əməkdaşlığının müzakirə olunması perspektivləridir. Bir NATO ölkəsinin rəqibi olan bir ölkədən müdafiə təyinatlı raket silahlarının alması, bu qurumun ciddi şəkildə narahat edən məsələlərdən biridir. Türkiyə dövlət başçısı görünür Rusiyadan ” S-400″ raketlərinin alınması qərarında israrlıdır.
Ankara -Moskva yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, konfliktin hər hansısa irəliləyişə nail olunacağı isə, yaxın perspektivdə mümkün görünmür. Ərdoğanın Qarabağ münaqişəsini Putinlə görüşdə qabartması, Ankara-Moskva və Bakı üçlər ittifaqı yaradılması barədə açıqlaması, regionda problemlərin birlikdə həll edilməsinə hesablanıb. Amma, bu üçlər ittifaqının yaranması, (bunun baş verməsi hələki gözlənilmir) baş verersədə Kremlin Ermənistandan əl çəkəcəyi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət təsirə malik olacağı isə mümkün görünmür. Rusiya Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına hazır deyil. Çünki, hazırkı beynəlxalq və regional situasiya Rusiyanın güzəştsiz mövqe sərgiləməsi ilə nəticəlınəcək. Çünki, Ermənistan Rusiyanın Cənubi Qafqazda dayaq məntəqəsidir və burada hər hansı xoşagəlməz hadisələrin yaranmasında maraqlı deyil. Ona görə də Ərdoğanın Moskva səfərində Qarabağ münaqişəsi dilə gətirilsədə, bunun həlli yolları iki ölkənin gündəliyində Suriyadan sonrakı məsələ kimi qalır.
Türkiyə -Rusiya yaxınlaşması, regional proseslərin ümumi vəziyyətinə müsbət dinamika qatsada Türkiyənin Qərblə qarşıdurmasına yol açacaq. Burada Qərbin Suriyada kürdlərə böyük dəstək verəcəyi və Türkiyə əleyhinə fəaliyyətinə imkanlar tanıyacağı gözlənilir.

Muhammed Asadullazade

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir