KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Vilnus görüşündəki Qarabağ detalı: Putinin 2025 planı Ərdoğanı niyə narahat edir?

Turan Rzayev: Vilnus görüşündəki Qarabağ detalı: Putinin 2025 planı Ərdoğanı niyə narahat edir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
194 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata açıqlamasında Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı cavablandırarkən deyib ki, “Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”.

Ərdoğan hər nə qədər “2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, həmin ildə isə bu yerləri tərk edəcək” desə də, onun “Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram” sözləri diqqət çəkir.

Prinsip etibarilə Ərdoğanın ehtiyatlı, bir o qədər də özündə narahatlıq ehtiva edən açıqlaması səbəbsiz deyil. Belə ki, 10 Noyabr bəyanatına görə, Rusiya sülhməramlılarının səlahiyyət müddəti 2025-ci ildə bitəcək. Lakin Kreml bu vaxtı uzatmaq, növbəti 5 il daha Qarabağda qalmaq istəyir.

Bunu son vaxtlar istər Ermənistan-Azərbaycan şərti dövlət sərhədində baş verən təxribatlar, istərsə də sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə gərginliyin artması da təsdiqləyir.

Ərdoğan Putini yaxşı tanıyır. Nələr edə biləcəyinin, hansı yollara əl atacağının fərqindədir. Düzdür, Ukrayna ilə müharibədə Ankara-Moskva təmasları vacibdir və Putinin Ərdoğana ehtiyacı var. Lakin Qarabağ məsələsində liderlərin baxışı uzlaşmır.

Kreml Cənubi Qafqazı Türkiyə və ya digər hər hansısa bir qüvvə ilə bölüşmək istəmir. Bunu da bu və ya başqa formada göstərir.
Bakı və Ankara hazırda Rusiya sülhməramlılarının növbəti beş il ərzində Qarabağda qalmaması üçün əlindən gələni edir. Misal üçün baş verən təxribatlara rəğmən, Brüssel, Vaşinqton görüşlərinin keçirilməsi, Ankaranın pərdəarxasında həm Paşinyanla, həm də Şarl Mişellə təmaslar qurması və Qarabağ məsələsini Vaşinqtonun gündəminə gətirməsi buna misal ola bilər. Təsadüfi deyil ki, son zamanlar ABŞ Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi istiqamətində səylərini artırıb.

Bundan başqa, Türkiyənin əlində Kremlə qarşı Ukrayna müharibəsi ilə bağlı da təzyiq rıçaqlarının olduğunu da demək olar. Lakin hələlik bunun istifadəsinə zərurət yaranmayıb.
Bakı və Ankara Ermənistanla Azərbaycan arasında 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasına çalışır. Əgər bu baş verməsə, prosesin 2025-ci ildə həlli daha çətin olacaq. Çünki 2025-ci ildə Azərbaycanda mühüm siyasi proses – prezident seçkiləri keçiriləcək.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir