KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Cənubi Qafqaz “bombası” Yaxın Şərqdə partladı: Blinkenin iddiasının pərdəarxası

Turan Rzayev: Cənubi Qafqaz “bombası” Yaxın Şərqdə partladı: Blinkenin iddiasının pərdəarxası

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
128 0

“Politiko” nəşri yazır ki, ABŞ Dövlət katibi Antoni Blinken keçən həftə Konqresin bir qrup nümayəndəsinə xəbərdarlıq edib ki, onun ofisi Azərbaycanın Ermənistana qaçılmaz müdaxiləsi ehtimalını izləyir.

“Politiko” nəşri kifayət qədər nüfuzlu nəşrdir. Yəni belə bir mövzuda Antoni Blinkenin adından yalan məlumat yaza bilməzlər. Digər tərəfdən “Amerikanın Səsi”nin Dövlət Departamentinə göndərdiyi sorğuda məsələyə dair təsdiq olmadığı kimi təkzib də yoxdur.

Dövlət Departamenti güc tətbiq edilməklə həll yolunun qəbuledilməzliyini vurğulayır. Lakin sual yaranır: hansı güc tətbiqi? Azərbaycan Ermənistanın ərazisində nə vaxt güc tətbiq edib?

Ümumiyyətlə, Blinkenin iddiaları əsassızdır. Azərbaycanın belə bir planı yoxdur. Bunu təsdiqləyən konkret faktlar var:

Birincisi, Azərbaycan bu günə qədər Ermənistanın beynəlxalq hüquq ilə tanınan ərazilərində hərbi əməliyyatlar keçirməyib. Hərbi zərurət yaranmadığı təqdirdə zərbələr belə endirməyib. Hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüşlər Azərbaycanın beynəlxalq hüquqla tanınan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazisində gedib.

Ermənistan keçmiş təmas xəttindən uzaqda yerləşən və döyüş bölgəsi sayılmayan Azərbaycan ərazilərinə zərbələr endirdiyi halda rəsmi Bakı bu zərbələrə heç vaxt eyni şəkildə cavab verməyib.

Azərbaycan torpaqlarının işğal altında olduğu, habelə döyüşlərin ən pik zamanı da belə Ermənistan ərazilərində hərbi əməliyyatlar keçirməyibsə indiki məqamda bunu niyə etsin?

İkincisi, Prezident İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Onun bu sözləri bir çox yerli və xarici mətbuat orqanlarında yayımlanıb. Belə olan təqdirdə Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlaması nə dərəcədə mümkün ola bilər?

Bəli, Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini tarixi torpaqları sayır, lakin bu o demək deyil ki, həmin əraziləri işğal etmək niyyətindədir.

Bu gün Azərbaycanda Ermənistandan zorla və məcburi şəkildə qovulan milyonlarla Qərbi azərbaycanlı qaçqınlar var. Rəsmi Bakı İrəvandan bu insanların öz ata-baba torpaqlarına qayıtmasını tələb edir. Lakin bu da o mənaya gəlmir ki, Azərbaycan Ermənistan ərazilərinə daxil olaraq bunu zorla edəcək.
Üçüncüsü, Ermənistan Baş naziri Nikol Paşinyanın da imzaladığı 10 noyabr bəyanatında Zəngəzurdan maneəsiz hərəkətin təmin edilməsi öz əksini tapıb. Lakin rəsmi İrəvan bəyanatda öz əksini tapan bu məsələni də icra etmir.

Rəsmi Bakı Ermənistanın destruktiv mövqeyinə baxmayaraq bəyanatda əksini tapan bu məsələni hərbi yolla icra etmir. Halbuki iki ölkə arasında yekun sülh müqaviləsi imzalanmayıb. Beynəlxalq hüquqa görə, müharibə vəziyyətinin qalması və tərəflərdən birinin israrla sülh prosesindən yayınması digər tərəfə sülhə məcburetmə əməliyyatına başlamaq haqqı tanıyır.

Müqayisə üçün deyim ki, bu gün Azərbaycanı əsassız iddialar ilə ittiham edən ABŞ İkinci Dünya müharibəsi gedişində Yaponiya ilə təslim olana qədər onun ərazisində müharibə aparıb. Azərbaycan isə Ermənistanla bunu etmir.

Aydın məsələdir ki, Azərbaycanın Ermənistana hərbi müdaxilə etməyəcəyini Entoni Blinken də digər ABŞ rəsmiləri də yaxşı bilir. Ümumiyyətlə Vaşinqtonu bu məsələ yox, Cənubi Qafqazda Rusiyaya məğlub olması narahat edir. ABŞ Cənubi Qafqazda Rusiyanın təsir dairəsini nə qədər qırmağa çalışsa da buna nail ola bilmir. Əksinə, Azərbaycanın apardığı uğurlu balans siyasəti ABŞ və Qərbin regiona müdaxilə bəhanəsi olan Dağlıq Qarabağ münaqişənin bitməsinə səbəb oldu.

Gürcüstan da Azərbaycanın tutduğu siyasi xətt bənzəri yol izləyir. Ermənistan isə regionda zəif oyunçudur. Yəni belə bir geosiyasi vəziyyət Vaşinqtonun ürəyincə deyil.

Vaşinqtonun hazırda düşünməli olduğu daha ciddi məsələlər var: HƏMAS-İsrail müharibəsi. Müharibənin genişlənməsi və region ölkələrinə sıçrama ehtimalı aktualdır. ABŞ indiki məqamda diqqətini daha çox bu regiona verməlidir.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir