KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: ABŞ irimiqyaslı savaşa başlayır? – Yaxın Şərqi dəyişdirəcək proses

Turan Rzayev: ABŞ irimiqyaslı savaşa başlayır? – Yaxın Şərqi dəyişdirəcək proses

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
92 0

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib ki, Vaşinqton Suriya, İraq və Yəməndəki bombardmanlarla məhdudlaşmayacaq, İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir.

ABŞ bir neçə gündür İraq və Suriyadakı hədəfləri bombalayır. Bundan başqa, Yəməndə husilərə qarşı vaxtaşırı zərbələr endirilir. İordaniyada 3 amerikan hərbçisinin öldürülməsi və 50-yə yaxın hərbçinin yaralanması fonunda Vaşinqtonun cavab addımları atacağı gözlənilirdi. Bununla belə, Pentaqonun cavabı diqqət çəkir.

Məsələ ondadır ki, Vaşinqton İraq, Suriya və Yəməndəki hədəfləri bombalasa da, İran ərazilərini hədəf almır. Halbuki İordaniyadakı insidentin pərdəarxasında birbaşa rəsmi Tehran dayanırdı. Hətta ABŞ rəsmiləri bu barədə açıq mesajlar belə verdi.

Görünür, ABŞ Yaxın Şərqdə müharibəyə qoşulmaq istəmir və xüsusilə birbaşa İranla toqquşmadan qaçır. Bunun birdən çox subyektiv səbəbi var:

Birincisi, qarşıdan ABŞ prezident seçkiləri gəlir. Təcrübə göstərir ki, Vaşinqton seçki müddətində müəyyən münaqişə ocaqlarında gərginlik yaratsa da, birbaşa müdaxilədən qaçır. Çünki seçki öncəsi və seçki zamanı itkilərin olması bütün hallarda səsverməyə təsir edir.

İkincisi, ABŞ-ın İrana birbaşa müdaxiləsi hər zaman zəif bir ehtimal olub. Çünki İran hər nə qədər hücum xarakteli müharibələrdə zəif olsa da, müdafiə xarakterli müharibədə dişli rəqibdir. Dini-ideoloji, coğrafi, habelə geosiyasi üstünlüklərə malik Tehranla giriləcək bir müharibə fəlakətlə nəticələnə bilər. Hətta bu müharibəni ABŞ qalib gəlsə belə, bu qələbə sadəcə “Pir qələbəsi” olar.

Üçüncüsü, hazırda ABŞ-da daxili siyasət heç də ürəkaçan deyil. Əksər cənub ştatları miqrant böhranına görə mərkəzi hakimiyyətlə fikir ayrılığı yaşayır. Texasda isə artıq Birləşmiş Ştatlardan ayrılmaq çağırışları yüksəlir. Yəni belə bir vəziyyətdə ABŞ nəinki İranla, heç bir ölkə ilə birbaşa müharibəyə girməz.

Nəticə etibarilə ABŞ Prezidenti Co Bayden hərbçilərin öldürüldüyü ABŞ bazasına hücuma hansısa formada cavab verməli idi. Suriya və İraqdakı müəyyən məntəqələrə vurulan zərbələr fonunda da bunu etdi.

ABŞ prezident seçkiləri Yaxın Şərqin gələcəyi baxımdan çox önəmlidir. Belə ki, Tramp yenidən prezident seçilərsə, vaxtilə başlatdığı prosesi yekunlaşdıra bilər. Söhbət Suriya və İraqdan ABŞ qoşunlarının çıxarılmasından gedir. Trampın qoşunları geri çəkmək və hərbi xərcləri azaltmaq vədləri onu indidən noyabrdakı seçkilərin favoritinə çevirib.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir