KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: Ərdoğan-Əliyev görüşündə bu məsələlər müzakirə ediləcək: Antiterror əməliyyatının dəqiq tarixi

Turan Rzayev: Ərdoğan-Əliyev görüşündə bu məsələlər müzakirə ediləcək: Antiterror əməliyyatının dəqiq tarixi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
172 0

28 mayda keçirilən prezident seçkilərinin ikinci turundakı qələbəsindən sonra ilk səfərinə hazırlaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlişi bir çox baxımdan diqqət çəkir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk rəsmi səfərini Azərbaycana etməsi gözlənilirdi. Belə ki, o bundan öncə də seçkilərdə qalib gəldikdən sonra ilk rəsmi səfərini Azərbaycana etmişdi.

Bənzər formada Azərbaycan Prezidenti İlham Əliyev də prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edib. Türkiyə və Azərbaycan prezidentlərinin ilk səfərlərini bu formada təşkil etməsi onların timsalında bərqərar olan bir dövlətçilik ənənəsindən xəbər verir.

Ümumiyyətlə ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında, ilk sırada ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Ondan sonra rəsmi səfərlər, rəsmi işgüzar səfərlər, işgüzar səfərlər, qonaq səfərləri və şəxsi səfərlər gəlir.

Dövlət səfərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir.

Bu gün Türkiyə Azərbaycanın rəsmi səviyyədə tanınan tək hərbi müttəfiqidir. Bundan başqa iki ölkə arasında istər daxili məsələlərdə, istərsə də beynəlxalq arenada nümayiş etdirilən mövqe eynilik təşkil edir.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri Türkiyə Azərbaycan əlaqələrinin daha da güclənməsinə töhfə verir. Misal üçün 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək, səsləndirdiyi bəyanatlar Ankaranın ən yüksək səviyyədə verdiyi dəstək hesab edilə bilər. Təsadüfi deyil ki, Ankara Bakıya qarşı edilən bir çox təzyiqin bloklanmasında ən böyük paya sahibdir.

Bundan başqa Türkiyə istehsalı PUA-ların Azərbaycana daha münasib qiymətə satılması bu PUA-ların istifadəsi üçün kadrların hazırlanması prosesində Türkiyənin dəstəyi önəmli idi.

Nəticə etibarilə Azərbaycan özü öz hərbi gücü ilə öz torpaqlarını işğaldan azad etdi. Türkiyənin siyasi və mənəvi dəstəyi isə hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. Bu mənada İkinci Qarabağ müharibəsində əldə edilən zəfər həm də Türkiyə və bütün türk dünyasının tarixi qələbəsi kimi qiymətləndirilə bilər.

Ərdoğanın Azərbaycan səfəri iki ölkə münasibtələri ilə yanaşı, regional və geosiyasi baxımdan da diqqət çəkir. Rəsmi Ankara Bakının strateji hərbi siyasi tərəfdaşı və müttəfiqi olmaqla yanaşı, həm də Cənubi Qafqazda maraqlı olan ölkələrdəndir.

Türkiyə mövcud Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesini yaxından izləyir və mütəmadi olaraq Bakı-Ankara arasında bu məsələyə dair məsləhətləşmələr, fikir mübadilələri aparılır. Necə ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında Azərbaycanın həssaslığını nəzərə alır, eyni qaydada rəsmi Bakı da proseslərdən Ankaranı məlumatlandırır. Vaşinqton və Ankara arasında bu məsələyə dair pərdəarxasında başqa danışıqların getməsi də istisna deyil.

Ərdoğanın Azərbaycana səfəri zamanı müzakirəsi ehtimal edilən məsələlərdən biri də Bakının separatçılara qarşı başlada biləcəyi ehtimal antiterror əməliyyatlarıdır. Azərbaycan geosiyasi vəziyyəti nəzərə alaraq bir müddətdir ki, bu prosesi təxirə salıb. Lakin bununla belə əməliyyatların keçirilməsi aktual olaraq qalır.
Azərbaycan münbit geosiyasi vəziyyət yaranan qədər gözləmə mövqeyində qalsa da bu gün gözlənilən vəziyyət tam olaraq yetişib.

Ərdoğanın Türkiyə prezident seçkilərində qələbə qazanması, İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin yenidən normallaşmağa başlaması, İran Talibal gərginliyi, Ukraynanın əks hücum əməliyyatlarına başlaması kimi məsələlər Bakıya antiterror əməliyyatlarına başlamaq üçün uyğun geosiyasi vəziyyətin yarandığını göstərir.

Ərdoğan-Əliyev ikili görüşlərində bu məsələnin müzakirə edilməsi də istisna deyil.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir