ABŞ dövlət katibi Reks Tillersonun Moskva səfəri, iki ölkə arasında problemlərin həllində mühüm əhəmiyyət kəsb etdi . Qeyd edim ki, bu səfər ABŞ-ın Suriyaya hücumundan sonra baş tutması təsadüfi deyil idi. Ağ Ev Suriyada Rusiyanın mövqeyin zəiflətməklə, Tillersonun səfərində hər hansı bir məsələdə Rusiyanı küncə sıxmaq idi. Qeyd edim ki, ABŞ bununla, Moskva danışıqlarında istədiyi nəticəni almaqdadır. Həmçinin Rusiyanın yeni şərtlərinin bununla qarşısın almış oldu. Qeyd edim ki, iki dövlət Yaxın Şərqdə geosiyasi mübarizə aparır. Bu mübarizədə ABŞ-ın qalib gəlməsi labüddür. ABŞ çalışacaq ki, Rusiyanı Suriyadan elə çıxartsın ki, bu ölkə revanş götürüb, yaxın qonşu ölkələrə təzyiq etməsin. Çünki, rəsmi Kreml Suriyada məğlubiyyətinin əvəzin Şərqi Avropada vəziyyəti gərginləşdirməklə beynəlxaq təhllükəsizlik sisteminə ciddi təhdid yaradar. Moskvada Lavrov-Tillerson görüşü çox gərgin atmosferdə keçdi.Buna baxmayaraq, tərəflər müəyyən razılaşma əldə edəndən sonra, Putin ilə birgə görüş keçirtdilər
Görüşdən sonra, mətbuat konfransında Lavrov Tillersonun yeni sanksiyalarnan hədələmədiyini qeyd etdi, Tillersonda Əsədin sonu çatdığını vurğuladı. Demək, iki ölkə Əsədsiz Suriyanı da müzakirə edibdir. Buna baxmayaraq, Rusiya Əsədi tam müdafiə edir. Bu kimi Moskva-Vaşinqton danışıqları davam edərsə, Əsədin getməsi tezləşdiriləcək. Gprünən odur ki, ABŞ mövqeyindən geri çəkilməyib, Rusiyada reallıqla barışacaq. Rusiya ABŞ-la bu kimi məsələlərdə ortaq məxrəcə gəlməsə, ABŞ Suriyaya yeni hücumlar təşkil edəcək. Buda Əsəfin məğlubiyyəti, Rusiyanın beynəlxalq imicinin korlanması ilə nəticələnəcək.Xatırladım ki, Rusiya qarşı yeni sanksiyalar Konqresə təqdim edilib, Suriyada yeni müsbət gəlişmələr olmasasanksiyalar gözlənilir. Tillerson Moskva da Sanksiyaların ertələnməsini, Lavrovla müzakirə etsədə, bu Rusiyanın Suriyada davranışlarından asılı olacaq. Vurğulamaq lazımdır ki, ABŞ Suriya problemində qərarlıdı, Əsədin getməsini masaya gətirib. Əsədin getməsi, İranında Suriyanı tərk etməsi deməkdir. Rusiya çalışacaq ki, ABŞ-la ortaq məxrəcə gəlsin. Əsədin getməsini qəbul etsədə, yeni hökumətdə öz adamları olsun.Suriya ərazisində bazalarını saxlasın. Qeyd edim ki, ABŞ-Rusiya müəyyən məsələlərdə razılığa gəliblər. Bunun detalları bir müddətdən sonra ortaya çıxacaq.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh Institutunun sədri, Məhəmməd Əsədullazadə
Suriyada ABŞ-Rusiya qarşıdurması
495 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.