Qasım Süleymaninin ABŞ tərəfindən İraqda öldürülməsi bir daha cəmiyyətimizdəki maariflənmə ehtiyacını və milli kimliyimizin gücləndirilməsi zərurətini ön plana çıxardı. Öncə onu qeyd edim ki, bu sahədə son illərdə irəliləyiş var. Getdikcə daha çox insan (xüsusilə də gənclər) məsələyə maraq baxımından milli, analitik baxımdan isə qlobal baxa bilir və bu çox sevindiricidir.
Amma ümumən əksəriyyət mesələlərə başqalarının pəncərəsindən baxmaq vərdişini davam etdirir. Bu, həmin əksəriyyətdə Azərbaycan mərkəzli düşünmə vərdişinin zəif olduğunu göstərir (bilərəkdən “şüur” ifadəsindən istifadə etmirəm, çünkü aralarında çox şüurlu və dəyərli insanlar da var). Əksəriyətdə yanaşma Süleymani (İran) sevgisi ya da Süleymaniyə (İrana) nifrət üstündə qurulub (başqa prizmadan baxsaq Tramp (ABŞ) sevgisi ya da Trampa (ABŞ-a) nifrət üstündə).
Bir-biriylə əlaqəli iki problemlə qarşı-qarşıyayıq: 1. Özünü Süleymaninin ya da Trampın yanında olmaq məcburiyyətində hiss etmək. 2. Süleymaninin ya da Trampın yanında durmalarına baxaraq digərlərini dost ya da düşmən (xain, satılmış, agent) kateqoriyasına aid etmək. 2-ci məqamın cəmiyyətimizdə yaratdığı “daxili xain axtarışı” illərdir davam edən problemdir və milli gücümüzü zəiflədən amillərdəndir.
Məsələlərə Azərbaycan pəncərəsindən deyil, ABŞ-ın, İranın, başqa dövlətlərin və başqalarının “mətbəxlərində” hazırlanan ideologiyaların pəncərəsindən baxdıqca da bu problem davam edəcək.
Təbii ki, başqa problemimiz də var: Bizim öz “mətbəximiz” varmı? O “mətbəxdə” ideologiyaları kimlər hazırlayır? O ideologiyaları kimlər tanıtmağa çalışır? Niyə milli olan bir çox şey kimi ideologiyamız da rəqabətqabiliyyətli deyil və s.
Bu barədə Nazim Cefersoyun da maraqlı təhlilləri var, oxumağınızı tövsiyyə edirəm.
Məsələyə analitik baxımdan yanaşmamı bəzi media qurumlarına açıqlamışam. Burada təkrarlamaq istəmirəm. Nazim Cəfərsoyun, Shahin Caferlinin, Fuad Chiragovun, Elxan Şahinoğlunun, gənclərdən Novruzeli Yusubzade, Kamran Sultanlı və digərlərinin təhlilləri çox maraqlı idi. Ümid edirəm ki, onların sayı da sürətlə artacaq.
Araz Aslanlı
Süleymani, Tramp və biz..
386 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.