KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: NATO Rusiyanı işğal etmək istəyir ?

Fuad Gahramanlı: NATO Rusiyanı işğal etmək istəyir ?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
281 0

Putindən yeni idda:
NATO Rusiyanı işğal etmək istəyir ?
Putin indi də rus xalqını Qərb təhlükəsi ilə qorxutmağa çalışır.
Bu gün Putin qələbə Paradında çıxışında bildirib ki, “NATO, torpaqlarımızı ələ keçirməyə, işğal etməyə hazırlaşır. Onlar Donbasa və Krıma girmək istəyirdilər. Biz heç vaxt vətənimizdən ayrılmayacağıq. İndi biz görürük ki, bütün dünya Ukraynaya ən müasir silahlar gətirir.” Onun bu çıxışı əslində Ukraynaya qarşı başlatdığı işğal müharibəsinin Rusiyanı bütün dünya ilə qarşı – qarşıya qoyduğunu, tam təcrid olunduğunun etirafıdır.
Bu arada Rusiyanın Suriyadakı hərbi birləşmələrini çıxararaq Ukraynaya göndərməyə hazırlaşdığı da bildirilir. Ukraynaya göndəriləcək canlı qüvvə və texnikanın yerində İran İslam İnqilabı Keşikçiləri Korpusunun və Livandakı Hizbullahın Suriyadakı bölmələri yerləşdirilib. Bu Rusiyanın öz sərhədlərindən kənar ərazilərdən çəkilmə prosesinin də başlandığını göstərir. Ukrayna müharibəsində Rusiyanın itkiləri artdıqca, onların yerini doldurmaq zərurəti Putini məcbur edir ki, ölkədən kənar hərbi rezervləri də geri çəksin. Günlük müharibə xərcləri 900 milyon dollar civarında olan Rusiya üçün ölkədən kənar hərbi xərclərin yükünü daşımaq getdikcə çətinləşir. Bu vaxtı ilə Sovet İttifaqının Əfqanıstanda çəkilməsi və ardınca gələn çöküş prosesini xatırladır.
Vaxtı ilə ABŞ-la silahlanma yarışına cəlb olunmuş SSRİ-nin süqutundan bu amil çox mühüm rol oynamışdı. İndi də vaxt uzandıqca Ukrayna müharibəsinin uzanması sanksiyalar altında əzilən Rusiya iqtisadiyatını hər gün tükəndirməkdədir.
Dünən isə G7 ölkələrinin toplanaraq Ukraynaya göstərilən yardımların artırılmasından tutmuş ölkənin bərpasına qədər mühüm məsələlərdə razılığa gəldilər. Bu Ukraynaya olan yardım prosesini daha da böydərək davamlılığını təmin etmək baxımından çox mühüm bir tədbirdir və strateji baxımdan Rusiyanı çıxılmaz vəziyyətə salır.
Qeyd edək ki, bu arada Belarusun Almaniyadaki səfiri ölkəsinin Almaniya və Avropa İttifaqı ilə dialoqa qayıtmaq istəyirdini bildirib. Belorusun bu mövqeyi Putinin məğlubiyyətini və onun tam təkləndiyini, artıq Lukaşenkonun Putinlə yolunu ayırmağa çalışdığını, eyni aqibəti bölüşmək istəmədiyini göstərir.
Zaman keçdikcə ruslar Ukrayna cəbhəsində getdikcə daha ağır zərbələr almaqdadır. Xüsusilə Xarkov və İzyum istiqamətində rus ordusu ağır itkilər verərək bəzi yaşayış məntəqələrindən geri çəkilməyə məcbur olub. Ötən müddətdə əməliyyatın ikinci mərhələsində Donbas ərazisində rusların çoxsaylı itkilərinə baxmayaraq, bütün hücum cəhdlərinin qarşısı alınıb. Hətta ötən 20 gün ərzində genişmiqyaslı hücum planları uğursuzluğa uğrayan rus qüvvələri bu gün Donetsk və Luqanskıda mtüdafiə mövqelərinə çəkilməyə məcbur olublar.
Putinin müharibənin gedişində hər hansı dönüş etmək planlarının iflasa uğraması fonunda Qərbin getdikcə artan dəstəyi, məğlubiyyət faktını rus xalqından gizlətməyi getdikcə daha da çətinləşdirir. Ona görə də Putin Qərbin Rusiyanı işğal etmək niyyətində olduğu iddiasını ortaya atmaqla, rus xalqını qorxudub öz işğal avantürasına dəstək qazanmağa çalışır.
Ukrayna qalib gələcək !

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir