TRIDENT JUNCTURE18 Nato tatbikatı

Сохранение присутствия ИГ* в Сирии выгодно для США, считает политолог

CHP Genel Başkanı Kemal Kılıçdaroğlu neden Londra’da?

Պուտինն ասաց, ինչ պետք էր. Ռոբերտ Քոչարյանի թավշյա տարբերակը

SERJ SƏRKİSYAN İKİ YOLDAN HANSI BİRİNİ SEÇƏCƏK?

Ermenistan, Gündem 10 Ağustos 2018
38

Ermənistanın eks-prezidenti Serj Sərkisyan İtaliyada 10 gün dincəldikdən sonra anasına baş çəkmək bəhanəsi ilə Dağlıq Qarabağa gəlib. Sərkisyanın iki variantı var. O ya həbs təhlükəsi qarşısında uzun müddət Ermənistana qayıtmayaraq Dağlıq Qarabağda qalacaq, ya da Ermənistanın baş prokurorunun tələbi ilə Robert Köçəryan kimi İrəvana qayıdıb sorğu-sual edildikdən sonra həbsxanaya yollanacaq.

Sərkisyan birinci varianta üstünlük verərsə onda baş nazir Nikol Paşinyana qarşı açıq savaşa başlamalı olacaq. Ancaq bu varianta Qarabağdakı separatçıların hazırki idarəediciləri razılaşmayacaqlar. Çünki Qarabağ separatçıları Sərkisyanı qorusalar və İrəvana təhvil verməsələr Paşinyan da Qarabağ separatçılarını qorumayacağı ilə onları hədələyə bilər. Ona görə də Qarabağ separatçıları üçün müsbət qərar o olar ki, Serj Sərkisyan anasının yanında çox qalmayaraq İrəvana yollansın.

Bu arada, Nikol Paşinyan 17 avqustda İrəvanda keçirəcəyi mitinqə Qarabağdakı gənc tərəfdarlarını da dəvət edib. Bu Paşinyana ona görə lazımdır ki, onun Robert Köçəryana və Serj Sərkisyana qarşı mübarizəsi Qarabağ ermənilərinə qarşı mübarizəsi kimi dəyərləndirilməsin.
Elhan Şahinoğlu

Yorumlar