KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Səfəviçiliyə qarşı Nadir Şahın avşarçılıq paradiqması

Səfəviçiliyə qarşı Nadir Şahın avşarçılıq paradiqması

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
431 0

Nadir padşah ola bilmək üçün səfəviliyin paradiqmalarını çökərtməli idi. Çünkü Səfəvi paradiqmasına görə ata tərəfindən ərəb, ana tərəfindən fars soyuna dayanan Mehdi gələnə qədər iqtidar və şahlıq Əli soyundan “seyyid”lərə məxsus idi. İslamiyyəti bir soyçu, irqçi və faşist ideologiyaya dönüşdürən Səfəvilik üçün Əli soyu və Əli dölü müqəddəs olmuşdur. Nədənsə bu müqəddəsliyi Əlinin başqa döllərinə yükləməmiş, fərqli qadınlardan olan evladlarını qutsal və məsum olaraq görməmişlər. Çünkü Səfəvi paradiqmasına görə imamı Allah təyin edər. İmamət və imam Allah tərəfindən müəyyən edilən məqam və şəxsdir. Böyləcə Səfəvi paradiqmasına görə Allah da irqçi və faşist bir ərəb-Qureyş milliyətçisi olaraq görünməkdədir. Böylə tarixi bir ortamda özbəöz türk olan və heç bir ərəb-fars irqinə dayanmışlığı olmayan Nadir necə şah ola və dövlət qura bilərdi? O zaman öncə Səfəviyyətin icadı olan səltənətin məşruiyyət miqyasını ortadan qaldırmaq gərəkirdi. Səfəvilər də yalan-yanlış özlərini Əli soyuna dayandırmaqdaydılar. Əli dölündən olduqlarını iddia edirdilər. Səfəvi paradiqmasına görə səltənət ata tərəfindən Əli soylu ərəb və ana tərəfindən Sasani soylu fars olanlara məxsus idi. Çünkü Şiə mifinə görə Hüseynin Şəhrəbanu adlı Sasani soylu bir qadını olmuşdur. Bu iddianın tarixi əsası olmamışdır. Bütün paradıqmaları ortadan qaldırmaq üçün Nadir Şah, avşarçılığı dövlət ideologiyası olaraq ortaya qoydu. Avşarçılıq Səfəviliyin ərəb-fars irqçiliyinə qarşı Avşar mehvərli Oğuz kimliyini yüksəltməyi niyyət etmişdi. Bu üzdən də Avşarçılıq Səfəvi ölçülərinə, dünyagörüşünə, farsçı-ərəbçi irqçi din anlayışına qarşı türk kimliyi məxrəcli dövlət düzənini önə çıxarırdı.
Güntay Gencalp

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir