KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. RUSİYANIN XƏZƏRDƏKİ DONANMASI BORU XƏTTİNƏ QARŞIDIR

RUSİYANIN XƏZƏRDƏKİ DONANMASI BORU XƏTTİNƏ QARŞIDIR

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
374 0

Rusiya Xəzəri sülh hövzəsi elan etsə də, Xəzərdə hərbi potensialını artırır. Hərbi donanmanın Azərbaycan sərhəddində yerləşdirilməsi Moskvanın Azərbaycana xoş olmayan jestidir. ABŞ-ın Xəzərdə hərbi varlığı olmasa da, Xəzərin təhlükəsizliyi ilə bağlı Bakı ilə sıx əməkdaşlıq edib və müxtəli illərdə Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər verib, sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak edib.

Görünür, bu faktor da Rusiyanı narahat edib. Ancaq ABŞ-ın Azərbaycana verdiyi kiçik tutumlu katerlər Rusiyaya heç bir təhlükə törətmir. Fikrimcə, Rusiyanın Xəzərdə hərbi dəniz donanmasını gücləndirməkdə bir başqa marağı da var. Rusiya Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin çəkilməsinin əleyhinədir. Bu mövzu ilə bağlı danışıqlar son illər intensivləşib. Türkiyə və Avropa İttifaqı Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsini istəyirlər. Moskva bundan narahatdır. Xəzərdə və Azərbaycana yaxın ərazidə hərbi dəniz donanmasının gücləndirməsi həmin boru xəttinin çəkilməsinə də əngəldir.
Elhan Şahinoğlu kafkassam bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir