KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Rusiyanın Qarabağla bağlı yeni planı yoxdur

Rusiyanın Qarabağla bağlı yeni planı yoxdur

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
423 0

Rusiyanın Qarabağla bağlı yeni planı yoxdur
elhan
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aprelin 22-də İrəvanda verdiyi açıqlamalar ondan xəbər verir ki, Rusiyanın münaqişənin ədalətli həlliylə bağlı yeni planı və ya təklifləri yoxdur. Lavrovun İrəvana səfərindən çıxan başqa bir nəticə isə bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürmədən azad olunması məqsədilə Kremlin İrəvana təzyiq etmək fikri yoxdur.
Lavrov İrəvanda dedi ki, Kazan prinsipini Ermənistan rədd etməyib. Lavrovun sözlərindən belə çıxır ki, Ermənistan rədd etməyibsə, danışıqların ikinci tərəfi – Azərbaycan rədd edib. Əslində isə Azərbaycan Kazan prinsiplərinin əleyhinə deyil. Bu sənəddə rayonların boşaldılmasının, qaçqınların geri qayıtmasının və kommunikasiya xətlərinin açılmasının vurğulanması Azərbaycanın maraqlarına cavab verir. Sadəcə, Azərbaycan sənəddə statusun müəyyənləşməsi maddəsinin əleyhinədir. Ermənistan isə bu maddəni əsas tutaraq, digər bütün maddələri statusdan asılı vəziyyətə gətirir.
lavrovnalbantyan
Lavrov İrəvanda dedi ki, ATƏT sədri olan Almaniya münaqişənin həllində fəallıq nümayiş etdirməlidir. Bununla Moskva münaqişənin həllinin uzanmasında başqa dövlətlərin, o cümlədən Almaniyanın da məsuliyyət daşıdığına işarə edir. Rusiya xarici işlər nazirinin Azərbaycan üçün daha bir ziyanlı fikri budur: “Cəbhə bölgəsindəki insidentləri araşdırmaq lazımdır”. Azərbaycanın strategiyası belədir ki, torpaqlar azad olunmayana qədər işğalçı Ermənistan daima təzyiq altında saxlanılmalıdır. Lavrov isə əksinə deyir ki, atəşkəs müddətsizdir və ona riayət etmək lazımdır.
Aprelin 12-də Rusiyanın ATƏT-dəki daimi nümayəndəliyi Azərbaycanın daimi nümayəndəliyinə nota təqdim edib. Həmin notada Azərbaycanı atəşkəs razılaşmalarına əməl etməyə çağırıb. Maraqlıdır ki, nota təkcə Azərbaycana nümayəndələyinə verilib, Ermənistan nümayəndəliyinə verilməyib. Bu ondan xəbər verir ki, Moskva aprelin 2-də məhz Azərbaycanın cəbhə bölgəsindəki atəşkəsi pozduğuna işarə edir.
Lavrovun İrəvanda Türkiyə əleyhinə söylədiyi fikirlər də Azərbaycanın maraqlarının əleyhinədir. Lavrov artıq necənci dəfədir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolunu tənqid edir, Ankaranın Qarabağla bağlı açıqlamalarını təxribatçı adlandırır. Lavrov heç şübhəsiz Ankaranın “biz Bakının işğala son qoymaq siyasətini dəstəkləyirik” ifadəsini nəzərdə tutur. Daha öncə isə Rusiyanın baş naziri Dmitri Medvedyev də Türkiyəni nəzərdə tutaraq “cəbhə bölgəsindəki münaqişəsini üçüncü qüvvə qızışdırıb” demişdi. Bu da səhv yanaşmadır. Azərbaycan Rusiya ilə normal münasibətlərin davamına çalışır. Ancaq rusiyalı rəsmilərin Türkiyə əleyhinə verdiyi açıqlamalara Bakı reaksiya verməlidir. Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi bəyanatla çıxış etməsinə ehtiyac var. Həmin bəyanatda qeyd olunmalıdır ki, rəsmi Bakı Ankaranın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindəki mövqeyini təqdir edir.
Elhan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzi/Bakü

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir