KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusiya Türkiyənin önəmli tərəf olduğunu görməli və buna görə hərəkət etməlidir”

Rusiya Türkiyənin önəmli tərəf olduğunu görməli və buna görə hərəkət etməlidir”

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
325 0

“Türkiyə PYD-nin qurulacaq barış masasında yer almasına isti yanaşmır”

“Türkiyə, Rusiya və İran prezidentlərinin Soçidə keçirilən üçtərəfli zirvə görüşü qısa vaxt ərzində Suriyada sülh planının həyata keçirilməsi baxımından çox önəmlidir. Türkiyə terror təşkilatı kimi irəli sürdüyü və dəyərləndirdiyi PYD-nin gələcək günlərdə qurulacaq barış masasında yer almasına heç də ilıq yanaşmır. Bu mənada Türkiyənin məsələni yenidən gözdən keçirməsi ortaya çıxa bilər”.

Bunu Versus.Az-a Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Həsən Oqtay noyabrın 22-də Soçidə baş tutan üçtərəfli zirvə görüşünün məqsəd və əhəmiyyəti barədə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyə daxildə gedən müharibə üzündən, Suriya torpaqlarından ölkəyə qarşı yönələn terror basqınlarından, eləcə də Şimali İraq başda olmaqla regional idarəçilərin qısa və uzun vaxt ərzində ölkədə gerçəkləşdirdikləri sosial və siyasi böhranlara şahid olduğu üçün artıq yeni “məcaralara” səbəb olmaq istəmir. Bu üzdən də Türkiyə PYD mövzusunda həssas davranmaqda davam edəcək:

“Ərdoğan bu iddialarını keçmişdə yaşanan böyük təcrübələrə istinad edərək irəli sürür və hərəkət edir. Ərdoğan-Əsəd görüşməsi yaxın zamanda gerçəkləşərsə, buna təəccüblənməmək lazımdır. Türkiyənin gələcəyi və mənfəətləri baxımından bu görüşə ehtiyac var”.

Siyasi ekspert bildirib ki, Türkiyənin ABŞ-ın dəstəklədiyi bölücü qurumların Suriyada xüsusi ad altında danışıqlara getməsinə imkan yaratması müzakirə mövzusu ola bilməz. Onun fikrincə, bu prosesdə Rusiya Türkiyənin önəmli tərəf olduğunu görməli və buna görə hərəkət etməlidir.

TAHİRƏ
Versus.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir