KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rahib məsələsi ABŞ-Türkiyə münasibətlərindəki çatın görünən hissəsi idi

Rahib məsələsi ABŞ-Türkiyə münasibətlərindəki çatın görünən hissəsi idi

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
295 0

Toğrul İsmayıl: ““Aysberq”in əsas hissəsi, görünməyən tərəfi Suriyadakı proseslər, Suriyada İran-Rusiya-Türkiyə əməkdaşlığı, eləcə də Ankaranın Rusiyadan S-400 raket sistemlərini alması və digər məsələlərdir”

Rusiyanın Türkiyəyə satdığı S-400 zenit-raket müdafiə sistemləri 2019-cu ilin oktyabrından etibarən Türkiyədə quraşdırılmağa başlayacaq. Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat açıqlayıb.

Nazir bildirib ki, hazırda zenit-raket kompleksini idarə edəcək yerli heyətin seçimi aparılır, gələn ilin əvvəlində heyət Rusiyaya göndəriləcək.

Eyni zamanda F-35 qırcılarının taleyi ilə bağlı açqılama verən müdafiə naziri deyib ki, Vaşinqton F-35 döyüş təyyarələrini 2019-cu ilin martında Türkiyəyə tədarük edəcək.

Xatırladaq ki, Türkiyə və Rusiya arasında S-400 sistemlərinin alınması ilə bağlı anlaşma ötən il bu vaxtlar imzalanıb. Artıq Türkiyə tərəfi müqaviləyə əsasən depozitləri də Rusiyaya ödəyib. Müqaviləyə əsasən ilk partiyada iki S-400 sistemi Türkiyəyə veriləcək. Sonrakı mərhələdə isə daha iki ədəd S-400 qurğusu Türkiyə ərazisində yığılacaq.

Ancaq məlumdur ki. Türkiyənin NATO müttəfiqləri, xüsusən də ABŞ bu anlaşmaya qarşdıır. Vaşinqton bu mövqeyini açıq şəkildə bildirib və hətta buna görə Ankaraya təzyiq də edib. Ancaq Türkiyə hakimiyyəti qərarlı davranıb və müəyyən bir dövrdə gözləsə də, Vaşinqtondan ədalətli təklif olmadığı üçün Moskva ilə razılaşıb.

İndi isə necə deyərlər müqavilə rəsmiləşmək üzrədir. Bu hadisə bir tərəfdən Türkiyə və Rusiya arasında hərbi-siyasi əməkdaşlığı daha da dərinləşdirir, Ankaranı Vaşinqtondan bir az da ayırır. Çünki Türkiyənin NATO üzvü olduğu 1952-cü ildən bu yana Türkiyə ilk dəfə Rusiyadan bu miqyasda silah alacaq. Üstəlik S-400-lər bir mənada NATO nəzarətində olamayacaq. Bu isə Vaşinqtonu narahat edir. Üstəlik, söhbət bir neçə milyard dollarlıq layihədən gedir.

Bəs, S-400-lərin Türkiyəyə göndərilməsi Vaşinqton-Ankara münasibətlərinə necə təsir edəcək? Çünki rahib Bransonun azad edilməsindən sonra Ankara-Vaşinqton əlaqələrinin yumşalmasından söhbət gedirdi və bu prosesin daha da inkişaf edəcəyi bildirilirdi. Hətta bu ayın ortalarında Ankaraya gələn dövlət katibi Maykl Pompeo da yaxın dövrdə sanksiyaların yumşaldılacağını bildirmişdi. İndi isə görünür ki, ruslardan S-400-lərin alınması ikitərəfli əlaqələrə yenidən zərbə vuracaq.

Ancaq politoloq Toğrul İsmayıl deyir ki, rahib Bransonun azad edilməsi ikili münasibətlərə o qədər də müsbət təsir etməmişdi. Çünki ABŞ-Türkiyə gərginliyinin əsas səbəbi rahib deyil, regional siyasət və Türkiyə-Rusiya, eləcə də Türkiyə-İran əlaqələri idi:

“Branson məsələsi “aysberq”in sadəcə görünən hissəsidir. Bu, Trampa seçkilər üçün lazım idi. Yevangelist kilsəsi rahibinin həbsdən qurtarılması ABŞ-da keçiriləcək aralıq seçkilərdə Tramp üçün ciddi kartdır. Ona görə də Tramp bu qədər açıq təzyiq etdi. Ancaq “aysberq”in əsas hissəsi, görünməyən tərəfi Suriyadakı proseslər, Suriyada İran-Rusiya-Türkiyə əməkdaşlığı, eləcə də Ankaranın Rusiyadan S-400 raket sistemlərini alması və digər məsələlərdir.

Xüsusilə də Türkiyənin maraqlarından yanaşdıqda burada əsas məsələs ABŞ-ın Suriyada istifadə etdiyi PKK və PYD təşkilatları ilə bağlarıdır. Yəni Tükiyənin Amerikadan, Amerikanın isə Türkiyədən narahatlığı var. Bu mövzularda ortaq bir mövqeyə gəlmək mümkün olmayıb. Ən önəmli məsələlərdən biri isə Con Boltonun Qafqaz səfərindən sonra daha da əhəmiyyəti artan məsələ İrana qarşı sanksiyalardır. Artıq bunu Azərbaycan da öz üzərində hiss etməyə başlayıb. Ancaq Türkiyə İrana qarşı ABŞ sanksiyalarına qatılmaq istəmir. Bu da iki ölkə münasibətlərində gərginliyi daha da artıran faktorlardan biridir”.

Politoloq deyir ki, ABŞ onun hər göstərişinə itaət edən bir Türkiyəyə ehtiyac duyur. Ancaq hal-hazırda münasibətlər Amerikanın istədiyi şəkildə deyil və bu səbəbdən də T.İsmayıla görə, problemlər yaranır: “Ərdoğan və komandası isə bölgədə öz siyasətini aparmaq istəyir, bu isə Vaşinqtonda xoş qarşılanmır. Eləcə də Avropa Birliyi də bu vəziyyətdən məmnun deyil. Bu mənada problemlərin həll olunduğunu demək çətindir.

Bundan əvvəlki açıqlamalarımda da demişəm, rahib Bransonun azad edilməsi Amerika-Türkiyə münasibətlərinin düzəlməsi demək deyil. Bu xəmir hələ çox su aparacaq. Dediyim kimi, Amerikaya bölgədə zəif bir Türkiyə lazımdır. Diqqət edirsinizsə, Amerika son dövrlərdə regionda artıq Səudiyyə Ərəbistanını önə çəkməyə çalışır. Bu isə həm də İrana qarşı təzyiqi artırmaq məqsədi daşıyır. Bu siyasət bölgədə gərginliyi daha da artıracaq”.

Kənan Rövşənoğlu, musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir