Hulisi Akar Gürcistan’da

İran ABD gerginliğinde diplomasi

UKRAYNA’NIN ASKERİ TEKNİK KOMPLEKSİ RUSYA’YI DENGELEYEBİLİR Mİ

ОРГАНИЗАЦИЯ УПРАВЛЕНИЯ ГОРСКИМИ НАРОДАМИ СЕВЕРНОГО КАВКАЗА В XIX — НАЧАЛЕ XX ВВ.: ОСНОВНЫЕ ЭТАПЫ, ОСОБЕННОСТИ И ПРОБЛЕМЫ

Qara dənizə qərq olan sirli sui-qəsdin şifrələri

Gündem 26 Aralık 2016
387

Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi Qara dənizin sularına qərq oldu. Təyyarənin göyərtəsindəki 92 nəfərin taleyi məlum deyil və çox güman ki, məlum olmayacaq da. Bir bazar günü baş verən bu qəza ən müxtəlif versiyaları gündəmə gətirir.

SSRİ-dən qalma təyyarə ömrünü başa vurmuşdu. Həqiqətən də Tu-154-ün istehsal tarixi 1983-cü ili göstərir və 33 illik təyyarənin bir qərinədən sonra zərurətdən qəza törətməsi versiyası inandırıcıdır. Bu baxımdan, qəzanı qədər adlandırıb 92 nəfərə rəhmət diləməkdən başqa insanın əlində heç nə gəlmir. Amma hər şeyin bu qədər sadə görünmədiyi də ayrı bir həqiqətdir və məhz bu həqiqət qəzaya sui-qəsd nöqteyi-nəzərindən baxmağı vadar edir.

a) Moskva ətrafından havaya qalxan təyyarə Mozdakda yanacaq doldurmağı nəzərdə tutsa da, müvəqqəti dayanma nöqtəsi Soçi olub. Buna səbəb hava şərtlərinin yaxşı olmadığı göstərilir. Lakin təyyarə Soçidən qalxandan cəmi 2 dəqiqə sonra radardan itir, daha sonra Qara dənizin üzərində qəzaya düşdüyü xəbəri gəlir. Bu məqam şübhələrə yola açır.

b) Təyyarə Suriyaya uçurdu və Bəşər Əsədin Putinə başsağlığı mesajında dediyinə görə, Hələbin azad olunması münasibətilə keçiriləcək bayram şənliyini təşkil edəcək heyəti aparırdı. Güman ki, bu Suriyadakı rus hərbiçilərinYeni İl şənliyi adı altında olacaqdı. Lakin rus hərbiçilər Moskvanın onlar üçün bu qədər böyük xərcə düşməsini Hələbi azad edərək qazanmışdılar. Qələbə olmasaydı, şənlik də olmayacaqdı. Bu, həm də rus əsgərinin Suriyada daha uzun müddət qalacağına bir işarədir.Suriya: qəzada düşündürücü suallardan biridir.

c) Təyyarənin Müdafiə Nazirliyinə məxsus olması və heyətin əksəriyyətinin çiyinlərində rus “paqon”ları daşıması detalı diqqət çəkir.

d) Tu-154 Mozdakda dayanmalı halda, Soçidə dayanır və Qara dənizin üzərində qəzaya uğrayır. Niyə Soçidən qalxarkən, yaxud Suriya ərazisinə daxil olarkən yox, məhz Qara dənizin üzərində.

Suallara cavab Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun kameraların önündə güllələnərək qətlə yetirilməsində gizləndiyini deyə bilərik.

Qara bazardan altı gün öncə: türk polisi Altıntaş Rusiya səfiri Andrey Karlovu kameraların önündə güllələyərək qətlə yetirdi və bağırdı: “Hələbdə qardaşlarımız öldürüldüyü müddətdə sizlərə rahatlıq yox!”.

Hər şey məlum idi: Rusiya-Türkiyə ittifaqına açıq etiraz; Moskva və Ankaranın Suriyada birgə hərəkət etməsi və indiyə qədər Vaşinqton başda olmaqla Qərb güclərinin ilmə-ilmə toxuduğu Yaxın Şərq planının baş tutmayacağı reallığı; türk polisin əli ilə rus səfirini öldürərək ruslarla türkləri ötən ilin 24 noyabrında Su-24 təyyarəsinin vurulduğu günə qaytarmaq (bu, “bəlkə də baş tutar” ehtimalı idi); Və hər iki ölkəyə “ittifaq qura bilməzsiniz, Suriyanı, eləcə də Yaxın Şərqi bizim ssenarimizdən kənar şəkilləndirə bilməzsiniz” mesajının ən sərt formada verilməsi.

Səfirə atılan güllənin Hələbin rus əsgərinin köməyi ilə alması və şəhərdən təxliyənin baş tutması ilə eyni ərəfəyə təsadüf etməsi də hər şeyi açıq şəkildə ortaya qoyurdu. Qatilin Hələb mesajı onsuz da ortada idi. Səfirin öldürülməsinin ana mənzərəsi belədir. Lakin diqqətdən qaçan bir məqam var: niyə rus səfiri və güllənin kameraların, yəni dünyanın gözü önündə atılması.

Bütün prosesin əsas məğzi burada gizlənib: Səfirə atılan güllə başlanğıcdır. Amma nəyin?!

Rusiya-Türkiyə ittifaqının Qərb güclərinə sərf etməməsi bütün səbəbləri ilə ortadadır. Səfirin öldürülməsi də bu hücumun bir hissəsi idi. Lakin o dəqiqdir ki, Karlovun öldürülməsi ilə Ankara və Moskva bir-birinə qarşı çıxmayacaq. Əksinə, bu, iki ölkənin ümumi hədəfə doğru daha sıx birləşməsinə səbəb olacaq. Qətldən dərhal sonra hər iki paytaxtdan verilən bəyanatlar bunu təsdiq etdi. Bu qətl hətta Putinin “Bu, təyyarənin vurulmasının Türkiyə və Rusiya münasibətlərini pozmağa qarşı olduğuna dair şübhələrimiz yoxa çıxartdı” mesajını verməsinə səbəb oldu. Yəni Ankara və Moskva həm də “pis günün dostu” oldular. Karlova tuşlanan silahı dolduranlar da bunun belə olacağını yaxşı bilirdilər. Bəs niyə buna getdilər, özü də hər kəsin gözü önündə?

Çünki: Türkiyə-Rusiya ittifaqının pozulması üçün ən müxtəlif yollara əl atsalar da, bu baş tutmadı və Suriyada hər şey Qərbin planının tam əksinə cərəyan etməyə başladı. Və Türkiyə cəzalandırılmağa başlanıldı: İstanbulda və Kayseridə törədilən terror aktları da buna nümunədir. Bu terror aktlarının Ankaranı cəzalandırmaqla yanaşı, Türkiyədə iqtidara qarşı “yeni qəzəb”in baş qaldırmasına da hədəfləndiyi məlum idi.

Lakin Türkiyə və Rusiyanı düşmən etmək və bu, ittifaqı pozmaq istəyənlər əsasən Türkiyəni hədəfə alır, Ankaranın geri çəkilməsinə səbəb olacaq addımlar atırdılar. Bu, Türkiyənin vurulmasının Rusiyadan daha asan olduğu reallığından da irəli gəlirdi. Hədəfə doğru planlar heç bir nəticə vermədi və Türkiyə Şərqə doğru addımlamaqdan geri çəkilmədi. Və Qərb gücləri Türkiyə ilə yanaşı, Rusiyanı da hədəfə almaq qərarına gəldi. Bu, həm ittifaqın hər iki tərəfini cəzalandırmaq, həm də bəlkə Rusiyanın geri çəkilməsinə səbəb olacaq gözləntisi ilə edilən gedişdir. Rusiya səfirinin Ankaranın mərkəzində güllələnməsinin səbəbi budur. Karlov Rusiyaya qarşı yeni hücumun başlanğıcının qurbanı oldu.

Cəmi 6 gün sonra Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi Suriyaya gedərkən qəzaya uğrayır. Həqiqətənmi hər şey bu qədər sadədir?

Hadisələrin inkişafı Tu-154 təyyarəsinin qəzaya düşməsinin terror olduğu, yəni Karlovla başlanan “Rusiyanın vurulması” planında ikinci addım ola biləcəyi ehtimalını önə çıxarır.

1. Təyyarənin ekipaj üzvləri Rusiyanın Suriyadakı Xmeynim hərbi bazasında yerə enəcək və Hələbdə Kreml strategiyasına qazanc gətirən qələbəni əldə etmiş hərbiçilərə “Yeni il şənliyi” verəcəkdilər. Belə şənliyin təşkili çox güman ki, rus hərbiçilərini mükafatlandırmaq və bütün müharibələrdə olduğu kimi, hərbiçilərdə ruh yüksəkliyi yaratmaq məqsədi daşıyırdı. Marşruta uyğun olmadığı halda, Soçiyə enən Tu-154-ə orada bomba qoyulur, yaxud da dənizin üzərində raketlə vurulur.
Rusiyaya məhz hərbi təyyarəsini qəzaya uğradaraq və hərbiçilərini öldürərək, “Suriyada zəfər çala bilməyəcəksən” mesajı verilir; Əsgərlərə ruh yüksəkliyi vermək üçün gedənlər məhv edilərək, Suriyadakı rus ordusunda ruh düşkünlüyünün yaradılmasına hesablanan addım atılır; bu, müharibənin psixoloji cəbhəsidir və ruslara məhz bu cəbhədən zərbə endirilir.

2. Tu-154-ün məhz Qara dənizin üzərində qəzaya uğraması isə iki açıq versiyanı gücləndirir:

Birincisi, sui-qəsd izlərinin dəniz sularında itirilməsidir: burada Tu-154-ün Soçidən havaya qalxarkən 2 dəqiqə sonra radardan itməsi əsas şübhəli məqamdır. Hesab etmək olar ki, Soçiyə eniş edərkən təyyarənin sisteminə hansısa müdaxilə edilib. Lakin təyyarənin radardan itəndən sonra qəza törətməsi ehtimalı vurulması ehtimalından daha aşağıdır. Çünki Rusiya mediası Tu-154-ü idarə edən Roman Volkovun kifayət qədər təcrübəli pilot olduğunu və indiyə qədər 3000 saat uçuş həyata keçirdiyini yazıb. Təcrübəli pilot təyyarəni Suriyaya çatdıra, yaxud da heç olmasa geri qaytara bilərdi. Bununla yanaşı, Tu-154-ün qalıqlarının sahildən cəmi 6 kilometr uzaqlıqda tapılması da onun vurulması ehtimalını gücləndirir. Yəni sistemi pozulduğu üçün radardan çıxan təyyarənin “xilas olması”na imkan verilmədən, dərhal vurulub.

İkincisi Ankara və Moskva ittifaqına qarşı olduqları mesajının yenidən verilməsi: Çünki Qara dənizdə əsasən Türkiyə və Rusiya donanması hakimdir. Bu dənizə zaman-zaman “türk gölü” təsadüfən deyilməyib.

***

Karlovla başlanan hücum dalğasının ardının gələcəyi ehtimalı da güclüdür. Güman ki, Türkiyə ilə yanaşı Rusiyanı da yeni terror aktları və sui-qəsdlər gözləyir. Xüsusilə önümüzdəki günlərdə Şimali Qafqazda baş verəcək hadisələr bu baxımdan önəmlidir. Ümumi mənzərədə görünən odur ki, Qərb cəbhəsi Obamanın gedişinə qədər istədiklərinə nail olmaq üçün ən sərt vasitədən – terrordan istifadəni gücləndirəcək. Bununla heç nəyə nail olmasalar belə “qisas” alınacaq və insanlarda qorxu yaradılacaq. Təhlükəsizliyi pozulan, ölüm təhdidi altında yaşayan xalqın öz hakimiyyətinə qarşı çıxması daha asan başa gəlir. Hücumların arxasında bu hədəf də var.

Türkiyə və Rusiyaya zərbə endirilməsi ssenarisi artıq başlayıb. Növbəti hədəfin Suriyada Rusiya ilə birgə hərəkət edən İran ola bilər. Halbuki, İran hazırda Amerikanın Suriyada Ankara-Moskva-Tehran üçlüyünün birgə hərəkətinə müdaxilə üçün sonuncu elementidir. Bu baxımdan, İran hələlik hədəfdə deyil. Lakin yanvarın 20-də Trampın vəzifə səlahiyyətlərinə başlamasından sonra vəziyyət dəyişə bilər. İrana qarşı ABŞ-ın hansı siyasət aparacağı, bölgədəki proseslərə, həmçinin, Suriya məsələsinə də təsirsiz ötüşməyəcək.

Asif Nərimanlı

Yorumlar