KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qafqaz müsəlmanları idarəsi bu faciədə sorumludur

Qafqaz müsəlmanları idarəsi bu faciədə sorumludur

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
442 0

Bir neçə ildir ki, yazılarımda dini xurafat təhlükəsi olduğu barədə həyacan təbili çalmaqdayam.Hər dəfə bu təhlükənin daha da artıdğını və fərqli xarakterlə inkişaf etdiyini qeyd etmişəm.Əvvələr xurafat yaşlı nəsil içərisində daha çox yayqın idisə sonradan bu mərəz gənc nəsilə keçməyə başladı.Son dövrlər isə təhlükəli cərəyan artıq yeniyetmə və azyaşlılar arasında yayılmağa başlayıb.Hətta keçən il bir dini qurumun körpələr evində aşura əzadarlığı keçirməsi faktı da olmuşdu.Bu günlərdə 12 yaşlı İsmayılın faciəsi və dini zəmində intihar etməsi ,bizi artıq real hərəkətə keçməyə məcbur etməlidir.Məlumatlarda İsmayılın hər həftə məscidə getməsi bildirlir.Bu da sonunda körpə balanın intiharı ilə nəticələnib.
Dini ayinlərdə azyaşlı və körpə uşaqların iştirakına qadağa qoyulmalıdır.Bu qadağanı pozmağa çalışan valideyn və dini icma rəhbərləri cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.Hesab edirəm ki, kütləvi dini ayinlər qadağan olunmalıdır.Din fərdi məsələdir.Dini qanunlarla yaşamaq istəyən buyursun, heç kimə bildirmədən öz həyatını yaşasın.Allahla insanın arasında vasitəçilərin olmasına heç bir ehtiyac yoxdur.Göbələk kimi sayı artan məscid tikintiləri dayandırlımalıdır.Məscid imamlarının maliyyələşdirliməsinə son qoyulmalıdır.Bütün bu baş verənlərə sorumlu olan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti dayandırılmalı və dinin idarəçiliyi bütünlüklə dövlətin nəzarətinə keçməlidir.QMİ -nin yarıtmaz fəaliyyətinin nətticəsində ölkəmizdə silahlı radikal dini qüvvələr yetişib ki, bunların da xarici düşmən qüvvələrə işləməsi heç kimdə şübhə doğurmur.Nə qədər gec deyil, qəti və radikal addımlar atılmalıdır.Bir zamanlar avropada xristianlar yerin kürə şəklində olduğunu idda edən Cordano Brunonu tonqalda diri-diri yandırdılar.Lakin zaman keçdikcə onlar da xurafatın bəşəriyyəti geriyə çəkdiyini və burada heç bir mütərəqqi fikirlərin olmadığını anladılar.O səbədən də bu gün avropada xristian məbədləri ziyarətsiz qalıb.Kilsələr sadəcə yeni evlənənlərin kəbinin kəsmək üçün istifadə edilir.Biz isə hələdə zəncir vuran və boş başlarını xəncərlə kəsənlərlə qarşı mübarizə aparmaq zorundayıq.
Vasif Efendi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir