Şimdi yükleniyor

Kənan Novruzov: Azərbaycan TDT-nin güclənməsinə mühüm töhfə verir

 

Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qəbələdə keçirilən qurumun 12-ci Zirvə Görüşü barədə “X” hesabında yazıb ki, Türk dövlətləri arasında əməkdaşlıq və həmrəylik hər ötən gün daha da dərinləşərək güclənir.

“Can Azərbaycanın Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusu ilə təşkil olunan TDT dövlət başçılarının 12-ci Zirvə görüşündə qəbul olunan qərarların xeyirli olmasını arzu edirəm”, – o qeyd edib.

Azərbaycanda keçirilən TDT-nin 12-ci Zirvə Görüşü tarixi hadisə idi. Bu Zirvə görüşü bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, Azərbaycan TDT-nin növbəti Zirvə Görüşünə ev sahibliyi ilə özünün təşkilat daxilindəki rolunu bir daha açıq şəkildə göstərmiş oldu. Məlum olduğu kimi, Azərbaycan TDT-nin əsas üvzlərindəndir. Bu mənada rəsmi Bakının təşkilatın inişafında oynadığı rol danılmazdır. TDT Zirvə Görüşünə ev sahibliyi də bunu aydın şəkildə göstərdi.

İkincisi, TDT-nin Zirvə Görüşü üzv ölkə liderlərinin ikitərəfli və çox tərəfli görüşlər keçirməsinə, qarşılıqlı fikir mübadiləsi aparmasına şərait yaratdı.
Üçüncüsü, bu Zirvə Görüşü vasitəsilə üzv dövlətlər həm də müasir çağırışları müzakirə etmək imkanı əldə etdilər.

TDT-nin 12-ci Zirvə Görüşü üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin güclənməsi istiqamətində bir töhfə oldu. Heç şübhə olmamalıdır ki, təşkilat bundan sonra daha da güclənəcək və beynəlxalq münasibətlər sistemində öz yerini daha da möhkəmləndirəcək.

Kənan Novruzov

Share this content:

Yorum gönder