Şimdi yükleniyor

Hasan Oktay: TDT-nin Zirvə Görüşü Azərbaycanın regional rolunu möhkəmləndirir

TDT-nin Zirvə Görüşü Azərbaycanın regional rolunu möhkəmləndirir” -HƏSƏN OKTAY

 

Ötən gün Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü baş tutdu. Görüşdə təşkilata üzv ölkələrin dövlət və hökumət rəhbərləri iştirak edərək, regional əməkdaşlığın gücləndirilməsi, iqtisadi, siyasi və mədəni sahələrdə birgə layihələrin inkişafı, eləcə də təhlükəsizlik və nəqliyyat dəhlizləri kimi strateji mövzular ətrafında fikir mübadiləsi apardılar.

Zirvə görüşü, həmçinin Azərbaycan və digər üzv ölkələrin qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Gununsesi.info-ya danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay bu görüşü əlamətdar hesab edir:

“Bu sammit zamanı Türk dövlətlərinin liderləri regional sülh, təhlükəsizlik və sabitlik mövzularında fikir mübadiləsi aparıb, qardaşlıq münasibətlərini gücləndirmək məqsədilə müsbət əlaqələr qurmaq niyyətlərini ifadə ediblər.

Görüş Azərbaycanın regiondakı inkişaf edən xarici siyasətini daha da möhkəmləndirir və Azərbaycan-Türkiyə, həmçinin Şimali Kipr münasibətlərindəki səylərə əhəmiyyətli töhfə verir. Gələcəkdə Kiprdə keçiriləcək prezident seçkilərində Ersin Tatara dəstək göstərilməsi də Azərbaycan-Kıbrıs-Türkiyə münasibətlərinin inkişafına xidmət edəcək”.

Politoloq qeyd edib ki, Cənubi Qafqazda Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli sülh sazişinin bağlanmasından sonra, Azərbaycan şərq ilə qərb arasında mühüm qovşaq kimi yerləşməsinin verdiyi imkanlardan istifadə edərək, özünü regional enerji mərkəzinə çevirməyi planlaşdırır.

Şəbnəm Rəhimova

Gununsesi.info

“TDT-nin Zirvə Görüşü Azərbaycanın regional rolunu möhkəmləndirir”

Share this content:

Yorum gönder