KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Qənimət Zahid: Tarix nədən utanmasın ki?

Qənimət Zahid: Tarix nədən utanmasın ki?

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
160 0

 

Ömür Çelikdönmez adlı bir türk jurnalist varmış. Peşəsini, şübhəsiz, sevən, özünə də sayğısı olan bir bəy əfəndi imiş. Biz də onun preşəsinə və özünə sayğı bəsləyərik. Çünki, tanımırıq. Tanımıdağımız şəxslərlə bağlı sayğısız danışmaq olmaz. Amma bir yazısından tanımağa başladım. Yazı çox gurultulu bir başlıqla « Dikgazete » adlı bir saytda
«Azerbaycan, yakın geçmişi ve “Hazar’ın Sultanı Mihriban Paşa” ile MİT Müsteşarı Hakan Fidan akraba mı!.. » başlığı ilə yayınlandı. Bu məqalənin ilk sətirləri də çox pafosludur və adamın ayaq üstə durub oxumağı gəlir. «Can Azerbaycan’ın yakın tarihi bilinmezlerle dolu.
Öyle ki insanın, “yalan söyleyen tarih utansın” diye bağırası geliyor ».
Tarix yalan söyləməz. Ya tarixçilər yalan söyləyər, ya tarix haqqında danışanlar, ya da elə hamı, o cümlədən jurnalistlər. Demək ki, bu kontekstdə utanmalı olan tarix deyil, tarixi yalan danışanlardır, yaxud yazanlardır.
Sayğılı Ömür Çelikdönmezin bircə yazısındakı bəzi yalnlışları göstərmək də bizə qalır, bir ümidlə ki, növbəti yazılarında bu yanlışları düzəldə bilsin, inşallah. Amma hüzurunuzda ərz edim : Bu yazıdakı bütün yalan və yanlışları təkzib etmək fikrində deyiləm, səbrim və zamanım yetməz. Sadəcə, çox qabarıq yanlışları fərqləndirmək istəyəcəm. Məqsədli olaraq yalan deyil, yanlış ifadəsini yazıram, belə düşünürəm ki, dəyərli həmkarımız bu faktları bilərəkdən deyil bilməyərəkdən təhrif edib, bəlkə də. Bilərəkdən deyilənin- yazılanın adı yalan, bilməyərəkdən deyilənin adı isə yanlışdır.
Yanlış və ya yalan1.
Azerbaycan Devlet Başkanı Ebülfeyz Elçibey, Haziran 1992’de, seçimi kazanır kazanmaz Azeri ordusunu Karabağ’ın üzerine sürdü ve bölgenin yarısını ele geçirdi.
Ancak, Ermeni ordusu tarafından da desteklenen Karabağlı Ermeniler bu toprakları yeniden istila etti.
1.a bölümü : Əbülfəz Elçibəy Azərbaycan ordusunu Qarabağın deyil, Dağlıq Qarabağın üzərinə sürdü, onun yarısından çoxunu təımizlədi. Həmin Dağlıq Qarabağ hələ də Azərbaycanın nəzarətində deyil.
1.b. Azərbaycan ordusunu Qarabağlı ermənilər deyil, Rusiyanın da dəstək verdiyi Ermənistan ordusu işğal etdi. Ömür Çelikdönməz bu qədər səthi görünən, amma o qədər də səthi olmayan faktları təhrif edib tarixi yalan söyləməkdə ittiham edirsə, gərək özünün yazdıqlarının tarixi nə qədər bulaşdırdığının fərqində olsun.
Ömer Çelikdönmez Mehriban Əliyevanın atasından, yəni yazıçı Mircəlal Paşayevdən bəhs edərkən tarixi bir az da utanmağa məcbur etmişdir..
O belə qeyd edir: Mircəlal Paşayev Lenin’in de öğrenim gördüğü Tataristan’daki Kazan Devlet Üniversitesi’ne kaydoldu.
Daha sonra Bakü Devlet Üniversitesi’ne geçti.
Yazıq Lenin də Kazan Universitetində deyəsən elə Mircəlal Paşayev qədər və ya ondan bir qədər də az təhsil ala bilmişdi. Universitetə girdikdən sonra tələbələrin etiraz aksiyalarının ilk dalğasından sonra Lenini bu universitetdən qovdular və o, bu universitetdə Ömür Çelikdönmez qardaşımızın dediyininin eksinə olaraq təhsil ala bilmədi, ekstern qaydada imtahan verib Sankt Peterburq universitetinin diplomunu aldı.
Mircəlal Paşayebv haqqında ikinci yanlış. Ömər Çelikdönmez onun haqqında bəhs edərək bildirir : «Azerbaycan Edebiyat tarihinde “Azerbaycan Türkleri’nin Maksim Gorki’si” olarak bilinir». Bu yerdə Azərbaycan ədəbiyyat tarixinə burnunu azacıq da olsa dürtə bilmiş hər kəsin dodaqları qaçardı. Ədəbiyyat tarixini yaxşı bilənlər isə qəhqəhə çəkib sayın Ömer Çelikdönmezin bu fantaziyasına gülərdilər. Amma sonra da kədərlə başlarını yellərdilər.
Yanlış 3.
Mehriban Aliyeva’nın annesi Aida Imanguliyevanın annesi ise Gevher Sultanzade, Şivanşahlar Şamahı’nın asilzadelerindendir. Ya Ömür bey, Allahı sevərsən, bu hoqqaları hardan və hansı dərin fantaziyalarla ortalığa çıxardığını söylə, biz də bir az ürəkdən əylənək. Yəni, əslən Şamaxıdan olanların yüzdə neçəsi Şirvanşahlar soyundan ola bilər, qardaşım? Məsələn, mən əslən Şamaxılıyam və sülaləm də min ildir ki, elə şamaxılıdır. Mən Mehirbandan və ya bir başqasından ağılsız deyiləm ki, niyə özümü aparıb Şirvanşahlara bağlamayım ki ? Tarix cəhənnəm, insanlara bu qədər alabəzək münasibət sizi niyə bu qədər ruhlandırmalıdır və yeni yanlış fəthlərinə həvəsləndirməlidir ki? Yəni, demək istəyirəm ki, bu Şirvanşahlar versiyasını dərhal rədd edin, bu versiyaya müəlliflik haqqınızdan da imtina edin və lütfən beləcə də qəbul edin ki, bu tövsiyyələrti sizin xətrinizi dünyalar və tarixlər qədər istədiyim üçün verirəm. Yoxsa, nəyimə gərəkdir ki ? Onsuz da bu Əliyevlər haqqında ağzına və ağlına gələn yalanları hamı söyləyir…
4-cü yanlış : Van Erciş’i devlet payitahtı yapan Karakoyunlu devletinin bakiyesi Karapapak aileler günümüzde de bu bölgede yaşamaktadır. Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı yardımcısı, Mihriban Hanımın ailesi Paşayeva sülalesinin tarihi; Karakoyunlulara uzanıyor. Hatta MİT Müsteşarı Hakan Fidan’ın akrabalarından bir kısmı da Erciş’te ikamet eden Karapapak aileler olduğu daha önce basında yer almıştı.
Hazar’ın Sultanı Mihriban Paşa’nın ve MİT Müsteşarı Hakan Fidan’ın soy silsilesi izlendiğinde her ikisinin de akraba olabileceği muhtemeldir.
Bu epizodun bu qədər uzanmasında və tarixi barmaqlamasında əsas məqsəd də bu olsun gərək : Mehriban Əliyeva və Hakan Fidan əmiuşağıdırlar, özlərinin də ya xəbəri yoxdur, ya da xalqdan bu parlaq bilgiləri gizlədirlər…
Azərbaycanlılar bir az üfürülmüş, həm də dinləyən şəxsin xoşunu və diqqətini daha çox cəlb etmək üçün böyüdülmüş yalana «gop » da deyərlər. Amma bu gop sayğılı həmkarımızın qələmində məqsədsiz fırlanmayıb. Qaraqoyunlu, Qarapapak türkləri- filan kimi aşırımlardan keçməkdə əsas məqsəd Mehriban Əliyevanın soyunu Türkiyənin MİT müstəşarı, indi isə yeni Xarici İşlər Naziri olan Hakan Fidana bağlamaq imiş. Yəni, bunlar qohum imişlər. Bu, yanlış sayıla bilər, Van- Ercisdə yaşayanlar uisə şiə azərbaycan türkləridir. Qaraqoyunlu sözündəki « qara » hissəciyinə bənd olub «qarapapak » , « qaraçəkmə », « qarakəllə » kimi tayfaları da oraya köhnə tarixlə yerləşdirmək bu şaquli yalanın dibinin bərkidilməsi üçün gərək ola bilərdi. İlham Əliyev prezident olandan sonra cilalanmış, bir ara hətta soyunun İmam Cəfəri Sadiqə qədər dartıb aparan yazıları da jurnalistikanın vitrinlərinə sərmiş Paşayevlər ailəsi… Heydər Əliyev sağlığında bu nəsli vitrinin altına da yaxın buraxmırdı. İndi Mehriban Əliyevanı «Mehriban Paşa» deyib türk ordusundə genəl kurumay başkanlığına qədər aparmaq iddiasında olanları da anlamaqda çətinlik çəkmirəm…

Bu yazının içindəki yalanları- yanlışları seçmə qaydada fərqləndirdim, amma dananın böyüyü damda qalıbmış. Lap başda ! « Xəzər sultanı » Mehriban Paşayeva » ifadəsində.
Mehriban Əliyeva Xəzərin deyil, Xəzərin azərbaycan sektorunun sultanı ola bilər. Xəzərin sahillərində yerləşən 5 dövlətin hər birində « Xəzər sultanı » adına iddia edən iri çaplı mafiozlar- diktatorlar var, bu yanlış ifadə ilə Ömür Çelikdönməz Azərbaycanın oinsuz da kövrək olan diplomatik münasibətlər müstəvisinə daha bir intriqa atmış ola bilir.
Bu yazının hər bir abzasında qəhqəhə çəkib gülə biləcəyiniz qatı açılmamış istehzalar yatır, onların hər biri haqqında yorum yazmaq istəmirəm. Belə yazılar zatən, Azərbaycanın ən düşük qəzetlərində- jurnallarında gen- bol yayılır, bir də Türkiyədən bu palitraya rəng qatanlar varsa, nə gözəl !
Yazının girişi nə idi ? «Öyle ki insanın, “yalan söyleyen tarih utansın” diye bağırası geliyor » ! Bağırma, qardaşım, nəfəsini yorma, sadəcə, belə nəsnələri yazma, vəssəlam.

Qənimət Zahid

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir